Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi

  • 20 may 2019, 09:04

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edib.

Demokratik.Az Azərtac-a istinadən xəbər verir ki, Oqtay Əsədov səfər zamanı insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna gedib. Prezident İlham Əliyevin salamlarını çatdıran spiker qeyd edib ki, dövlət başçısının birbaşa göstərişi və nəzarəti ilə onun müalicəsi nəzarət altındadır. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək.

Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Sonra spikerə milli qəhrəmanlarımız haqqında olan kitabı təqdim edib.

O.Əsədovu görüşlərdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşayiət (Azərtac səhvən müşahidə yazıb-red) edib.

 


 

Oxşar xəbərlər