Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:30 - 19.05.2019  
“Bu fırıldaq sxemlə “OTKAT” alıblar…” – Sabiq nazir müavini həbs edilə bilər
Tarix: 14-05-2019, 08:40 | Bölmə: ---

Hüquqşünas: "Dünya Bankı kimi mötəbər qurumun xəbərdarlığı sıradan hadisə deyil…”

İqtisadçı Rövşən Əliyev adı Azərbaycan oxucusuna yaxşı tanış olan Kanadanın "Bombardier Inc.” şirkəti ilə bağlı status paylaşıb. Həmin statusda şirkətin korrupsiya əlaqələrinin Dünya Bankı tərəfindən qeydə alınmasından söhbət açılır. İqtisadçının statusu belədir: 

"Dünya Bankı Kanadanın ”Bombardier Inc.” şirkətinə korrupsiya barədə xəbərdarlıq edib. Xəbərdarlıq məktubu avadanlıqların göndərilməsi kontraktı ilə bağlıdır. Darıxmayın, yəqin işin bir ucu gəlib bizə çıxacaq. 2013-cü ildə "Bombardier Inc.” şirkəti Azərbaycan dəmir yollarının 500 km-lik bölməsində siqnal avadanlıqları quraşdırmaq üçün 340 milyon dollarlıq kontrakt bağlamışdı. Yəqin söhbət Kanada dollarından gedir, bu, 253 milyon ABŞ dolları edir. Ancaq yenə də çox görünür. Düşünürəm ki, o siqnal avadanlıqlarını qızıldan düzəldib "Swarovski daşları” ilə bəzəmirlər ki?”

2013-cü ildə bu məsələ qalxanda Azərbaycanın adını beynəlxalq aləmdə korrupsiya qalmaqalına bulaşdıran Arif Əsgərovun həbs ediləcəyi gözlənilirdi. Həmin günlərdə belə xəbərlər gəzirdi ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini olmuş Arif Əsgərovun "kitabı” bağlanıb, onu həbs edəcəklər. Amma bu iddialar özünü doğrultmadı. Onun başı üzərində həbs təhlükəsi 2013-cü ildə real görünürdü.

Həmin il Azərbaycan Dövlət Dəmir Yolları QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər.

R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O, bu yolla oğlu, "Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Sonradan baldızının digər oğlunu da həbsə yolladı. O dövrdə Azərbaycanda Arif Əsgərovun ətrafında qalmaqallı olaylar səngimək bilmirdi. Ölkə xaricindən də "Bombardier İnc”lə əlaqəli iş materiallarının İsveç məhkəməsinə daxil olması da diqqəti bir daha ona yönəltmişdi.

Arif Əsgərov ile ilgili görsel sonucu

Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və "Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan "Bombardier İnc”in bu ölkədəki törəmə şirkəti "Bombardier Transportattion”un vasitəsi ilə böyük korrupsiyaya yol veriblər. Bundan sonra Rusiya vətəndaşı olan şirkət əməkdaşı həbs olunub.

"Bombardier” şirkətinin bir neçə top-menecerinin "Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak etdikləri üzə çıxdı.Qalmaqalda mərkəzi fiqur kimi Arif Əsgərovun adı hallanırdı. Söhbət "Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedirdi. Müqaviləyə əsasən, şirkət uzunluğu 503 km olan dəmir yolunda "İnterfilo 200″ siqnal sistemlərini quraşdırmalıdır.

Müqavilə imzalanarkən ”Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Həbs olunan Yevgeni Pavlovun vəkilləri bildirirdilər ki, o və "Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar."Bombardier” şirkəti ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilib.

Birinci müqavilə üzrə "Bombardier” şirkəti tərəfindən "Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas” şirkətinə satılırBu şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, ovaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları "Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində "otkat” alıblar.

İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə "Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə "Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə "Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb. Həmin məmurun Arif Əsgərov olması haqda xəbərlərə isə o, susqun yanaşdı.

Göründüyü kimi, Arif Əsgərov vəzifədə olarkən adı böyük korrupsiya qalmaqallarında keçib, büdcənin dağıdılması, millətin pullarının talan edilməsi, həm də Azərbaycanın adının beynəlxalq aləmdə korrupsiya mövzusunda hallanmasına yol açan hərəkətlər edıb.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

"Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun münasibətini öyrənib. Hüquqşünas  deyir ki, ortada çox ciddi ittihamlar var: "Bu məsələnin beynəlxalq aləmin diqqət mərkəzində olması, Dünya Bankı kimi mötəbər qurumun ”Bombardier Inc.” şirkətinə korrupsiya barədə xəbərdarlıq etməsi sıradan bir hal deyil. Bu, zəncirvari reaksiya doğura, Azərbaycanla əlaqəli görülmüş işlər yenidən araşdırma mövzusu ola bilər. Bu isə ölkəmiz üçün də yaxşı heç nə vəd etmir. Vaxtilə İsveç prokurorlarının rusiyalı şirkət əməkdaşına irəli sürdükləri ittiham üzrə azərbaycanlı məmurun adı hallanırdı. O dövrdə məhkəmə qeyri-müəyyən sonluqla nəticələndi. Hazırkı müraciət üzrə araşdırmalar başlansa, məsələnin hərtərəfli araşdırılacağı gözləniləndir. Belə olan halda  cinayəti təsdiqini taparsa, məsələdə Azərbaycan tərəfindən iştirak etmiş məmurun cəzalandırılması qaçılmaz olacaq. Əgər İsveç məhkəməsinin hökmündə yazılırsa ki, azərbaycanlı məmur rüşvətxordur, ən azı bizim hüquq-mühafizə orqanları bununla bağlı istintaq aparmalıdırlar. Aparmırlarsa, bunu niyə etmədiklərinin səbəbini izah etməlidirlər. Bu iş üzrə isə İsveç məhkəməsinin hökmünün olacağı gözlənilir. Yəni bu məsələnin üstündən sükutla keçmək mümkün olmayacaq. Rüşvət və korrupsiya ilə bağlı qanunlar bütün dünyada, demək olar ki, eynidir. Yəni istintaqın aparılması üçün də elə də ciddi bir maneə yoxdur. Xatırlayırsınızsa, ortada ciddi ittihamlar vardı. "Bombardier İnc.” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün "Azərbaycan məmurunu ələ almaq barədə” ittiham səslənmişdi”.

Hüquqşünas deyir ki, mümkündür ki, məsələ ölkə daxilində araşdırılıb qiymət verilməklə məsələnin beynəlxalq müstəvidə araşdırılmasının qarşısı alınsın:"Azərbaycan dövləti həmin korrupsiya əməli ilə bağlı vətəndaşı məhkəmə qarşısına çıxarıb məhkum etməlidir. Həmin məmur – sabiq məmurdur, indi vəzifədədir, fərq etməz – qanun qarşısında cavab verməlidir. Söhbət külli miqdarda rüşvət almış məmurdan gedir. Azərbaycan qanunlarına görə, belə əmələ yol vermiş şəxsi 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir”.

Yada salaq ki, "Bombardier” şirkətinin adı qarışan beynəlxalq rüşvət qalmaqalı dünya mediasında da geniş müzakirələrə yol açmışdı. Arif Əsgərov 2004-2015-ci illərdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb.

Xəbər 583 dəfə oxunub






Oxşar xəbərlər

İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub
Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub
İlham Əliyev və Nikol Paşinyan görüşdü
Tramp Putinlə görüşəcək
Dişləri möhkəmləndirən qidalar – SİYAHI
“Bu fırıldaq sxemlə “OTKAT” alıblar…” – Sabiq nazir müavini həbs edilə bilər
Ramazanın 9-cu gününün duası – İmsak və iftar vaxtı
"Çinlə bağlı 325 milyardlıq qərarı verməmişəm"
Mənsimov Əli İnsanovla əməkdaşlığa MÜMKÜNSÜZ dedi
Bu gündən 72-ci Kann Festivalına start verilir
Paşinyan: “İlham Əliyevlə qısa danışığımız oldu”
Aygünün qızı tanınmaz halda - FOTO
Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs KİM imiş?
Putin: “Bu silah birinci bizdə olmalıdır”
Rusiya təyyarələri İbliddə sivilləri yaraladı - İddia
“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…” – “Lotu Quli”
Bitkoinin qiyməti 7 min dolları keçib
Xalidə Bayramova cinayət məsuliyyətinə cəlb edilir?
Vüsal Rzazadə ilə bağlı vitse prezidentə MÜRACİƏT olundu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19911] initstartout [0.00017] initstartin [0.00061] calstart [0.00826] calend [0.00044] topnewsend [0.00391] rsssend [0.00000] ehgend [0.03443] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15072]