Mənsimov Əli İnsanovla əməkdaşlığa MÜMKÜNSÜZ dedi

  • 14 may 2019, 08:11

Tanınmış iş adamı, "Palmali"nin sahibi Mübariz Mənsimov barəsində yayılan daha bir əsassız iddiaya aydınlıq gətirib.

Mübariz Mənsimov bir müddət əvvəl həbsdən buraxılan keçmiş səhiyyə naziri Əli İnsanovla əməkdaşlıq edə biləcəyi haqda məlumatların mümkünsüzlüyünü bəyan edib.

Mübariz Mənsimov keçmiş məhbusla əməkdaşlığını tamamilə istisna edib. O, İnsanovu tanımadığını və tanımaq da istəmədiyini sosial şəbəkə vasitəsilə bəyan edərək, hər zaman Azərbaycan dövlətinə sadiq qaldığını, Prezident İlham Əliyevlə onu qarşı-qarşıya qoymaq istəyənlərin arzularına çatmayacaqlarını bildirib.

Bildirək ki, iş adamına qarşı belə əsassız xəbərlər tez-tez yayılır və məqsədlər daşıyır.

Demokratik.Az

Oxşar xəbərlər