Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:42 - 21.08.2019  
SSRİ-ni çökdürən kampaniya – kompartiyanı gözdən saldı, Qorbaçovu xalqla düşmən etdi
Tarix: 9-05-2019, 08:54 | Bölmə: ---

"Hesab edirəm ki, antialkoqol kampaniyasını o formada aparmaq yanlış idi. Birdən-birə mağazaların, xüsusilə də Moskvadakı mağazaların qapadılması, böyük növbələr, samoqon çəkilişinin artması, qəndin mağazalardan yoxa çıxması və s. bu kimi hallar kampaniyanın törətdiyi fəsadlar idi. SSRİ-də aparılan antialkoqol kampaniyaları heç vaxt müsbət nəticə verməyib…”

                                                                                                                                    Mixail Qorbaçov

SSRİ-ni çökdürən kampaniya – kompartiyanı gözdən saldı, Qorbaçovu xalqla düşmən etdi1985-ci ilin 7 may tarixi SSRİ-də növbəti antialkoqol kampaniyasının başlanması ilə yadda qalıb. Həmin gün bütün qəzetlərin birinci səhifəsində SSRİ Nazirlər Sovetinin "Sərxoşluq və alkoqolizmin aradan qaldırılmasına dair tədbirlər haqqında” qərarı yer alıb. Yenicə hakimiyyətə gələn Mixail Qorbaçovun start verdiyi bu kampaniya ölkədə böyük səs-küyə səbəb olub.

Bu ərəfədə spirtli içkilərin qiymətlərində artım, alkoqollu içkilərin talonla satışı, bir sıra içki mağazalarının bağlanması əhalidə böyük narazılıq yaradıb. Vəziyyətdən istifadə edən işbazlar qeyri-qanuni alkoqollu içkilərin "istehsal”ına başlayıblar. Mənşəyi bilinməyən xammallardan hazırlanan keyfiyyətsiz içkilər insan sağlamlığı üçün yetərincə təhlükəli olub. Statistik göstəricilərə görə, 1985-1986-cı illərdə spirtli içkilərdən zəhərlənərək olənlərin sayı 54 faiz artıb.

Qeyd edək ki, bu kampaniyaya qədər SSRİ-də dörd dəfə, 1918, 1929, 1958, 1972-ci illərdə dövlət səviyyəsində antialkoqol kampaniyaları həyata keçirilib. Həyata keçirilən tədbirlər kütləvi narazılıqdan başqa heç bir nəticə verməyib. Yeri gəlmişkən, onu da qeyd edək ki, kampaniyaların ideya müəllifləri olan Lenin, Stalin, Xruşov, Brejnev və ən nəhayət, Qorbaçovun xalqın gözündən kənar spirt qoxulu məclisləri gecə yarıyadək davam edib.

SSRİ-də alkoqollu içkilərin istifadəsi ilə bağlı belə bir statistika da var. 1955, 1975 və 1985-ci illərin göstəricilərinə görə müttəfiq respublikalar arasında əhalinin nisbətinə görə ən çox spirtli içkilərdən istifadə edənlər Rusiyada olub. Rusiya Federasiyasında bununla bağlı göstəricilər bu gün təəccüb doğuracaq həddədir. Rusiyada ildə addambaşına təxminən 18 litr təmiz alkoqol düşür. Bu rəqəmi yarımlitrlik araq şüşələrinə çevirsək 90 ədəd araq, tündlüyü 5 faizlik pivəyə çevirsək 720 şüşə pivə alınır.

Bəs bu rəqəmlərə qarşı tibb elmi nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, əgər insan ildə 8 litrdən artıq spirt qəbul edirsə, bu onun səhhəti üçün artıq təhlükə yaratmağa başlayır. Hər əlavə 1 litr kişilərin ömrünü təxminən 1 il, qadınların ömrünü isə 4 ay azaldır.
Bu fakt rus arağını sevənləri heç vaxt vaxt düşündürməyib. Aşağıdakı faktlar bunu bir daha sübut edir:

1. İlk dəfə Moskvada içki verilən iaşə müəssisəsi 1533-cü ildə açılıb.

2. II Yekaterinanın dövründə isə araq ən "hörmətli” içki sayılıb. Yeri gəlmişkən, rusların araq sevgisindən ən səmərəli istifadə edən elə II Yekaterina olub. Onun məşhur ifadəsi bu gün də Rusiyada olduqca populyardır: "Sərxoş xalqı idarə etmək daha asandır”.

3. 1885-ci ilə qədər araq 12 litr 300 qramlıq vedrələrdə satılıb.

4. 19-cu əsrin ikinci yarısından başlayaraq rus arağının istehsalı üçün əsas xammal kartof olub. İstehsal olunan arağın üçdə iki hissəsi məhz kartofdan hazırlanıb.

5. Almaniya-SSRİ müharibəsi illərində də araq arxa plana keçirilməyib. Dövlət Müdafiə Komitəsinin 22 avqust 1941-ci il tarixli qərarı ilə cəbhələrdə döyüşənlərə hər gün 100 qram araq verilib.

6. Dünyada yeganə olan "Araq muzeyi”də Rusiyada, Sankt-Peterburq şəhərində yerləşir.

7. Hazırda rus aralarının çeşidləri 3 mindən artıqdır. Bu rəqəm isə rus arağını sevənlər üçün dünyanın ən yaxşı göstəricisidir.
Rus arağı ilə bağlı bir çox lətifələr, deyimlər var. Araq içənlərə bəraət qazandıran ən yaxşı ifadəni isə elə ruslar deyiblər: "Araq düşmənidir. Amma kim deyir ki, biz düşməndən qorxurb, ondan qaçırıq?”

Bu kimi faktlar, lətifələr, gerçəkliklər SSRİ-də aparılan antialkoqol kampaniyalarının təsirini sıfıra endirib. Sonralar Mixail Qorbaçovun özü də 1985-ci ildə başladığı antialkoqol kampaniyasının düzgün aparılmadığını etiraf edib.

Qorbaçovun antialkoqol kampaniyası sayəsində sovet ticarəti büdcəyə əvvəlki illərə nisbətən 1986-cı ildə 12 milyard, 1987-ci ildə isə 7 milyard rubl az vəsait köçürüb. Bu isə mövcud dövr üçün iqtisadiyyatı onsuz da ağır vəziyyətdə olan SSRİ üçün böyük rəqəmlər olub və onun süqutunu sürətləndirib.

İlham Cəmiloğlu, Musavat.com

Xəbər 928 dəfə oxunub






Oxşar xəbərlər

2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12665] initstartout [0.00013] initstartin [0.00060] calstart [0.00763] calend [0.00041] topnewsend [0.00280] rsssend [0.00000] ehgend [0.01435] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10023]