Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:57 - 19.05.2019  
9 ildə ölkədən 81 milyard dollar çıxarılıb: Beynəlxalq Bank necə boşaldılıb?
Tarix: 7-05-2019, 19:56 | Bölmə: ---

Beynəlxalq Bankının boşaldılması əməliyyatında əsas fiqurantları müəmmalı şəkildə azad olunub; Cahangir Hacıyev dövlətin pulu ilə özünə  dostlar  tapıb – Telman İsmayılova 70 milyon dollar kredit verilməsinin ilginc səbəbləri

9 ildə ölkədən 81 milyard dollar çıxarılıb: Beynəlxalq Bank necə boşaldılıb?Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə proses davam edir. Məhkəmədə üzə çıxan faktlar ölkənin ən böyük və sistem mahiyyətli bankında illərlə talançılığın hansı səviyyədə olmasını göstərir. Cahangir Hacıyevin dost-tanışını məsul vəzifələrə yerləşdirilməsi Beynəlxalq Bankın çöküşünü labüd edən səbəblərdəndir. Kosmosa uçan ilk müsəlman qadına Cahangir Hacıyevin kadrları nə az, nə çox, düz 12 milyon dollar kredit veriblər. Ənuşə Ənsari 12 milyon dolları alıb və Beynəlxalq Bankın varlığını, sadəcə, "unudub”.

Məşhur azərbaycanlı milyarder Telman İsmayılova Hacıyevin dost-tanışı yarısından çoxu dövlətin olan bankından 70 milyon dollar kredit veriblər. Telman İsmayılov krediti ödəyə bilməyib. Amma Anuşə Ənsari kimi "unutqan”lıq da etməyib, özünün şirkətlərinin bir neçəsini Cahangir Hacıyevin nəzarətinə keçirib.

cahangirBütün bunlar Cahangir Hacıyevlə birgə mühakimə olunan sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, "Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan "İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərlərinin məhkəməsində  Cahangir Hacıyevin yaxın dostu Fuad Abdullayev tərəfindən açıqlanıb. Şahid qismində ifadə verən Fuad Abdullayev deyib ki, 1992-ci ildən Beynəlxalq Bankda işləyib. Bildirib ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri olandan sonra 2001-ci ildə onu Moskva filialının rəhbəri təyin edib. Orada bir çox layihə işləri həyata keçirilib. Fuad Abdullayev kosmik talançılığın, Telman İsmayılova kredit verilməsi göstərişinin Cahangir Hacıyevdən gəldiyini deyib.

Sitat: "Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürdü. Odessa şəhərində ticarət şirkətlərinin inşası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Layihəni həyata keçirmək üçün ona kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandığından kreditləri ödəyə bilmədi. 2013-cü ildən isə ödənişləri dayandırdı. Daha sonra isə Telman İsmayılov dörd şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi”.

F.Abdullayev kosmosa turist kimi uçan ilk müsəlman qadın olan Ənuşə Ənsarinin bankdan kredit götürməsi ilə bağlı da maraqlı açıqlama verib.

Sitat: "Ənuşə Ənsari ABŞ-da ”Ağıllı ev” layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Sonradan kreditin faizi ödənilsə də, əsas borc qalmışdı. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur”.

Ənuşə Ənsari 2006-cı ildə kosmos turizmi çərçivəsində kosmosa çıxan ilk müsəlman qadındır. İranın Məşhəd şəhərində anadan olub, sonradan ata-anası ilə birgə Tehranda yaşayıb. 1984-cü ildə isə valideynləri istedadlı övladlarına daha mükəmməl təhsil verə bilmək üçün ABŞ-a köçüblər. Burada informatika və elektronika üzrə təhsil alan Ənuşə Corc Vaşinqton Universitetində magistr dərəcəsi alıb. Sonra ABŞ-ın məşhur rabitə və informasiya kompaniyası olan MCİ-də işləyir. Burada tanış olduğu Həmid Ənsari ilə ailə qurur. 1993-cü ildə Ənuşə, Həmid və onun qardaşı Əmir Telecom "Technologies” kompaniyasını qurublar. Artıq 2006-cı ildə Ənuşənin başında durduğu investisiya firması Rusiyanın federal kosmik agentliyi ilə kommersiya işləri üçün istifadə etmək məqsədilə suborbital kosmik gəmilər donanması yaratmaq barədə saziş bağlayıb. Bundan sonra Ənuşə artıq kosmosa uçuş barədə düşünür.

Daisuke Enomoto ile ilgili görsel sonucu

O, 4-cü turist kosmonavt olacaq yapon biznesmeni Daysuke Enomoto ilə alternativ olur. Və sonda tibbi göstəricilərinə əsasən yapon iş adamına uçmaq qadağan edilir və Ənuşə kosmik heyətin siyahısına salınır. Beləliklə, 18 sentyabr 2006-cı ildə Ənuşə Ənsari bir rus və bir ingilislə birgə Baykonur kosmodromundan kosmosa qalxan ilk turist qadın kimi tarixə düşür. O, 11 günlük kosmik gəzintidən və elmi araşdırmalardan sonra uğurla Yerə dönür. Kompüter şirkətinin kompüter proqramları üzrə mütəxəssisi kimi çalışan Ənuşə uçuşdan yalnız 9 il sonra mətbuata Aya səfərindən açıqlamalar verməyə başlayıb. O bildirib ki, kainatdakı mövqeyimizi görmək məni çox təsir etdi.

Bu, Ənuşə Ənsari haqda ümumdünya torunda olan məlumatlardır. Onun adı 750 milyon dollarlıq biznes layihələrdə keçir. Barəsində xeyli xoş sözlər yazılır. Cahangir Hacıyev və onun dostları Ənuşə Ənsarinin kosmik turist olmasına aldanıb ona 12 milyon dollar veriblər? Bu inandırıcı görünmür. Hacıyevin belə sadəlövh olması məntiqə sığmır. Bəs 12 milyon dolların hansısa bir qadına peşkəş edilməsinin səbəbi nə olub? Bu sual açıq qalır.

Cahangir Hacıyev və komandasının sadəlövh olmadığını göstərən məqamlar çoxdur. Məsələn, Cahangir Hacıyevin razılığı ilə Qazaxıstanda "Kultuk” neft yatağı alınıb.

Bu epizod üzrə də Fuad Abdullayevin adı şahid qismində keçir. O ifadəsində deyib.

3099469

Sitat: "Cahangir Hacıyevi Emin Sadiqlə mən tanış elədim. Neft yatağının alınması ilə bağlı razılıq əldə olundu. Həmin neft yatağı bir neçə şəxsin adına rəsmiləşdirildi. Bankın adına isə – bankın Hətəm Həsənovun adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Lüksemburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişməsi gedir”.

xaqaniBeynəlxalq Bankın "xortumlanmasında” adı mərkəzi fiqurlardan biri kimi keçən Xəqani Bəşirovla bağlı nədənsə heç bir tədbir görülmür. Bu gün Fransada yaşayan Xəqani Bəşirov Azərbaycan Beynəlxalq Bankının boşaldılması əməliyyatında əsas fiqurantlardan biridir.

Onun əsas fəaliyyəti Azərbaycandan pulların xarici offşor zonalara daşınıb yerləşdirilməsindən ibarət olub.

C.Hacıyevin benefisiarı hesab edilən, adı hələ bir neçə il əvvəl bankdan yüz milyonlarla dollar kreditin götürülərək mənimsənilməsində keçən, hətta bu iş üzrə bir neçə ay həbsdə saxlanılan Xəqani Bəşirov sonradan müəmmalı şəkildə azad olunub.

Onun adı Beynəlxalq Bankdan milyardlarla manatın mənimsənilməsi işində keçsə də, barəsindəki cinayət işinin nə yerdə olması məlum deyil. X.Bəşirov hələ "kredit oliqarxları”nın həbsi başlamazdan xeyli əvvəldən Azərbaycanda deyildi. Bu gün C.Hacıyevlə müttəhimlər kürsüsünü bölüşən Dünyamin Xəlilov X.Bəşirovun ortaqlarından olub. Dünyamin Xəlilov bu gün həbsdədir, Xəqani Bəşirov isə azadlıqda gəzir.

Onun adı 14 şirkətdə direktor kimi keçib, şirkətlərinin müştəriləri arasında bir çox nazirliklər, o cümlədən Vergilər Nazirliyi,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycanda fəaliyyət göstərən xarici və yerli neft şirkətləri, banklar və nəhayət, həmin Dünyamin Xəlilovun "General Construction” şirkəti yer alırdı.

Bəşirovun fəaliyyətinin əsas istiqamətləri Azərbaycandan pulların xaricə daşınıb offşor zonalarda yerləşdirilməsi və daşınmaz əmlaka, digər sahələrə yatırılması olub. X.Bəşirov Bakıda həbsdə saxlanıldığı günlərdə ABŞ-ın "Global Financial İntegrity” Tədqiqat Təşkilatı inkişaf etməkdə olan ölkələrdən 2004-2013-cü illər ərzində xarici offşor zonalara 1.1 trilyon dollar daşındığına dair hesabat yaymışdı. Hesabatda Azərbaycan çıxarılan pulların həcminə görə 148 ölkə arasında 17-ci sırada dayanırdı. Tədqiqatlar göstərmişdi ki, həmin illər ərzində hər il Azərbaycandan qeyri-leqal yollarla orta hesabla 9 milyard dollar çıxarılıb.

korrupYəni 9 il ərzində ölkədən 81 milyard dollar qaçırılıb. Bu məbləğin tam olaraq Hacıyevin komandasının ayağına "yazılması” doğru olmasa da, onun və dostlarının rolu danılmazdır.

Hazırda Cahangir Hacıyev və onunla birgə məhkəmə qarşısına çıxarılan şəxslərə qarşı CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində "Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və "Aqrokreditbank” tanınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi D.Xəlilovun cəzasını 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını 5 ilə endirib.(musavat.com)

Xəbər 548 dəfə oxunub






Oxşar xəbərlər

İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub
Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub
İlham Əliyev və Nikol Paşinyan görüşdü
Tramp Putinlə görüşəcək
Dişləri möhkəmləndirən qidalar – SİYAHI
“Bu fırıldaq sxemlə “OTKAT” alıblar…” – Sabiq nazir müavini həbs edilə bilər
Ramazanın 9-cu gününün duası – İmsak və iftar vaxtı
"Çinlə bağlı 325 milyardlıq qərarı verməmişəm"
Mənsimov Əli İnsanovla əməkdaşlığa MÜMKÜNSÜZ dedi
Bu gündən 72-ci Kann Festivalına start verilir
Paşinyan: “İlham Əliyevlə qısa danışığımız oldu”
Aygünün qızı tanınmaz halda - FOTO
Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs KİM imiş?
Putin: “Bu silah birinci bizdə olmalıdır”
Rusiya təyyarələri İbliddə sivilləri yaraladı - İddia
“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…” – “Lotu Quli”
Bitkoinin qiyməti 7 min dolları keçib
Xalidə Bayramova cinayət məsuliyyətinə cəlb edilir?
Vüsal Rzazadə ilə bağlı vitse prezidentə MÜRACİƏT olundu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21880] initstartout [0.00014] initstartin [0.00061] calstart [0.00813] calend [0.00045] topnewsend [0.00309] rsssend [0.00000] ehgend [0.05036] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.15545]