Abutalıbov ittihamları cavablandırdı - Yalanladı

  • 01 may 2019, 08:02

Baş nazirin müavini Hacıbala Abutalıbov mətbuatda onunla bağlı yayılan məlumatlara münasibət bildirib. Sabiq mer "Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun haqqında verilən informasiyalar yalan və iftiradır: "Yalan ayaq tutar, yeriməz.

Verilən informasiyalarla dərc olunmuş sənədlər tamamilə bir-birini təkzib edir. Bu informasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunmuş Vidadi Əliyevdir. Bu, onun sənədləri saxtalaşdırma yolu ilə mənimsəmə və qanunsuz olaraq tikdiyi obyektlər haqqında məlumatlar aidiyyatı dövlət orqanlarına məlum olduqdan sonra öz gördüyü işləri ört-basdır etməyə çalışması və ona nail olmadıqda əvvəllər – məhkum olunduğu vaxtda istifadə etdiyi böhtan dolu bir şantajdır.

Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyatı yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz. Mən bu günə qədər mənəviyyatımı qoruya bilmişəm. Ümummilli lider Heydər Əliyevimizin yanına getməyə tələsən Hacıbala Abutalıbov bundan sonra mənəviyyatını yüzqat qorumalıdır və qorumağa çalışacaq. Zəhərli ilanın nə qədər günahı varsa da, ona zəhərverən koramalın günahı isə çox-çox böyükdür”.

"AzPolitika.info” xatırladır ki, bir sıra saytlarda yayılan məlumatlarda Hacıbala Abutalıbovun Bakı şəhər İcra hakimiyyətinin rəhbəri vəzifəsini icra edərkən dövlət əhəmiyyətli binaları öz qohumlarının adına qeyri-qanuni özəlləşdirməsi, sahibkarların mülklərini əlindən alması və icra hakimiyyətinin tikinti işlərini görən fəhlələrin məvacibini veməməsi ilə bağlı iddialar yer alıb.

1556212859-972

Belə ki, yayılan məlumatlara görə, Bakı şəhəri Xətai rayonu General Şıxlınski küçəsi 95A saylı 14 mərtəbəli bina Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin Sərəncamı əsasında hərbi qulluqçular üçün inşa edilmiş,həmin binanın 1-ci mərtəbəsində və yarım zirzəmisində hərbi qulluqçulara müxtəlif mərasim məclisləri üçün nəzərdə tutulan 609.7 kvadrat metr sahə mövcud olub. Prezident İlham Əliyevin, Müdafiə naziri və digər dövlət məmurlarının iştirakı ilə binanın açlışının olduğu, hərbi qulluqçuların xidmətinə verildiyi bildirilir.

Hacıbala Abutalıbovun vəzifəsindən süi istifadə edərək, hərbiçilər üçün dövlət vəsaiti hesabına tikilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi və yarımzirzəmisində yerləşən 609.7 kvadrat metr sahəni ənənəvi olaraq "Klassik-Şəms” MMC adına özəlləşdirdiyi iddia olunub. Sonradan da "Klassik-Şəms” MMC-nin rəhbərliyinin xəbəri olmadan həmin sahəni öz yaxın qohumunun adına rəsmiləşdirdiyi qeyd edilir.

Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayonu Füzuli küçəsi 39 saylı binanın (sürüşdürülən bina) birinci mərtəbəsinin də  "Klassik-Şəms şirkətinin adına özəlləşdirdiyi bildirilir. Sonradan "Klassik-Şəms” şirkətinin heç bir xəbəri olmadan Hacıbala Abutalıbovun göstərişi ilə yaxın qohumunun adına rəsmiləşdirərək, öz adına götürdüyü (Qədim Kitabxana olub) iddia olunur. Qanuna əsasən isə kitabxana Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə ləğv ediləndən sonra özəlləşdirilməli idi.

Bundan əlavə bildirilib ki, "Qış Park”ı adlanan ərazidə 21.06 2013-ci ildə 241 saylı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun sərancamı ilə "AY-1″MMC-yə güya öz vəsaiti hesabına 3 ədəd ictimai iaşə obyektinin tikilməsi üçün icazə verilmişdir. Həmin avtomobil dayanacağı və Yeni Park kompleksinin tam olaraq dövlət vəsaiti hesabına tikilib. Ancaq Hacıbala Abutalıbov öncədən öz yaxın qohumunun adına yaratdığı MMC-yə bu ictimai iaşə obyektlərini güya öz vəsaitləri hesabına tikəcəklərinə sərəncam verdiyi (sərəncam əlavə edilir) qeyd olunub.

Qeyd olunub ki, Hacıbala Abutalıbov həmin obyektləri özü üçün nəzərədə tutub və öz yaxın qohumlarının adına rəsmiləşdirib. 3 ədəd "Palid”,” İnnabi” və "Zanbaq” kafelərinin,  avtomobil dayanacağının Yeni Park kompleksinin bir hissəsi olaraq inşa edilməsinə baxmayaraq, Abutalıbov tərəfindən ələ keçirildiyi iddia edilib.

Eyni zamanda Hacıbala Abutalıbovun  xeyli sayda obyekti saxta yollarla özəlləşdirdiyi, həmin obyektləri isə xaricdə yaşayan oğlunun vahabi dostlarının işlətdiyi billdirilib…

1z2

3

Qış Parkındakı obyektləri Hacıbala öz xeyirən necə mənimsədi - FOTO-FAKT
 
Qış Parkındakı obyektləri Hacıbala öz xeyirən necə mənimsədi - FOTO-FAKT
Qış Parkındakı obyektləri Hacıbala öz xeyirən necə mənimsədi - FOTO-FAKT
Oxşar xəbərlər