Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:52 - 22.10.2019  
İkram Rəhimov Aydın Quliyevi niyə döymüşdü? - Məhkəmədə "Hürriyyət" sədası
Tarix: 29-04-2019, 08:25 | Bölmə: ---

İkram Rəhimov Aydın Quliyevi niyə döymüşdü? - Məhkəmədə "Hürriyyət" sədasıÖtən il oktyabrın 26-da jurnalist İkram Rəhimovun həbsi ölkə gündəmini necə qarışdırmışdısa, indi də məhkəmə prosesinin gedişində ortaya çıxan bəzi izahatlar və qaranlıq məqamlar aktuallıqla yeni müzakirə statusu qazanır.

Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən baş redaktorun cinayət işi üzrə məhkəmə iclası geniş əks-səda doğurub. 

Hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun dedikləri və müttəhimin bunlara cavabı media cameəsində əsl ajiotaj doğurub. Hamı 2003-cü illərdə "Hürriyyət" qəzetində hansı proseslərin getdiyinə dair xeyli suallara cavab istəyir.

Bəs, gözlənilən cavablar veriləcəkmi?!

Bildiyiniz kimi, məhkəmədə 2000-ci ildən tanış olduqlarını bildirən tərəflər bir-birlərini ittiham ediblər. Qarşılıqlı söz atışmasında Zakir Hüseynov İkramı müxtəlif adlarla ondan pul istəyib aldığını xatırladıb. İkrama mütamadi pullar verdiyini deyib. Baş redaktor isə, 2003 və 2016-cı illərdə aldığı pulları "Hürriyyət" qəzeti üçün abunə pulu, digər halları isə dostluq münasibəti adlandırıb.

Məhkəmədə İkram Rafiqoğlunun səsləndirdiyi maraqlı məqam "Hürriyyət" qəzeti və Rəsul Quliyevlə bağlıdır. İkram Rəhimovun dediyindən məlum olur ki, bəzi məmurlar 2003-cü ildə "Hürriyyət" qəzetinə pul verməyi (abunə olmağı) siyasi-strateji addım olaraq həyata keçirib. Kimlərsə, həmin il prezident seçkilərində iştirak edən sabiq spiker Rəsul Quliyevə dolayısı ilə yarınmaqla, "mən də varam" taktikası işlədib.

Əvvəla onu bildirək ki, məhkəmədə zərərçəkmiş kimi ifadə verən Zakir Hüseynova bu yanaşmanı şamil etmək doğru olmazdı. Görünür, İkram Rəhimov o zaman məmurların "Hürriyyət"-ə qarşı həssaslığını bununla əlaqələndirir. Müəyyən mənada haqlıdır da...

Amma, biz bu sərsəm fikirdən tamamilə uzağıq. Azından ona görə ki, həmin illərdə Gəncədə MSK Dairə Seçki Komissiyasının birinin sədri olan, Gəncənin ən mötəbər orta məktəbi sayılan, Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru işləyən məmurun ABŞ-a qaçmış Rəsul Quliyevə yaltaqlanması absurddur. Eləcə də nəzərə alınmalıdır ki, Zakir Hüseynov ömrünün ağlabatan hissəsini hazırki iqtidara sədaqəti və xidməti ilə keçirib. Mərhum Heydər Əliyevə sevgisini, YAP-çı kimi siyasi əqidəsini, prezidentə sadiqliyini bir an da olsun sarsıtmayıb. Jurnalistlə aralarındakı pul ittihamları isə məhkəmə qaydasında araşdırıldığından, bu mövzuya daha dərin şərh verməyimizi doğru və labüd etmir.

Qayıdaq 2003-cü ildə Rəsul Quliyevin birbaş kurasiyasında olan "Hürriyyət" qəzetində cərəyan edən keçmiş hadisələrə...

Həqiqətənmi, həmin il Rəsul Quliyevin prezident seçiləcəyinə inananlar, buna "stavka" edənlər sabiq spikerin dili olan "Hürriyyət" qəzeti vasitəsilə canfəşanlıq edə bilərdilər? Nə baş verirdi? Okeanın o tayından Azərbaycana boylanan müxalif liderə hansı ağlı başında olan adam dəstək verə bilərdi ki?

Öncə onu bildirək ki, "Hürriyyət"-in adının bu aspektlərdə və İkram Rəhimovun məhkəmə prosesində çəkilməsinə qəzetin təsisçisi və hazırki baş redaktoru Vüqar Məmmədov da reaksiya verib. O narazlığını gizlətmədən bildirib ki, ""Həmin dövrdə qəzetin baş redaktoru, yəni qəzetə birbaşa məsul səxs Aydın Quliyev idi... Hətta belə bir şey olubsa belə, cavabı İkram Rəhimovla Aydın Quliyevdədir”...

Bugünün reallıqları göstərir ki, həmin seçkilərdə mərhum Heydər Əliyevə az qala düşmən mövqedə dayanan müxaliflərin hamısı məhz Rəsul Quliyevin namizədliyi ətrafında dövrələr vurur, iqtidarın dəyişməsini istəyirdilər. Hətta, ümummilli lider öz namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürəndə də qarşı cəbhə Əliyev hakimiyyətinə qarşı qeyri-sivil mübarizə metodlarını davam etdirirdilər. Elə müxalifətin prezident seçkilərindən sonra paytaxt küçələrində üzqaraldan mitinq hadisələri törətmələri, əsl hozuluq etmələri, sivillərlə toqquşmaları da bu qəbildən idi.

Həmin siyasi gərdişdə müxalif KİV-lər tərəfindən ictimai rəyə mənfi impulslar da ötürülürdü. Bir sıra qəzet səhifələrində mərhum Heydər Əliyev hətta təhqir olunurdu, gah da yeni prezident cənab İlham Əliyevə qarşı da ifrat dezinformasiyalar yayılırdı.

Şəkildə "Hürriyyət"-in sabiq, "Bakı-Xəbər"-in hazırki baş redaktoru Aydın Quliyevdir

Həmin ağrılı illərdə bu cür yaramaz media funksiyasını həyata keçirənlərdən biri isə, "Hürriyyət" qəzetinin sabiq baş redaktoru - məhz Aydın Quliyev idi.

İkramın özünün də dəfələrlə dediyinə görə, "Hürriyyət"də bir müddət birgə çalışsalar da sabiq baş redaktorla aralarında köklü üsumət olub. Bunun isə maraqlı səbəbi var.

O zamanlar Gəncədə yaşayan və Qərb regionunda baş verənlər barədə qəzetə yazılar ötürən İkram Rəhimov o dövrün ən radikal qəzeti sayılan "Hürriyyət"-in yeganə əməkdaşlarından olub ki, yazılarında ulu öndərin şəxsiyyətinə və siyasi idarəçilik qabiliyyətlərinə qarşı kin-küdurət ifadə etməyib. Yazılarındakı siyasi loyallıq isə baş redaktoru qane etməyib. Nəticədə, məhz 2003-cü illərdə tərəflər arasında dava-dalaş, narazılıqlar açıq müstəvi alıb.

"Hürriyyət" qəzetinin arxivi vərəqlənsə məlum olar ki, İkram Rəhimov Gəncənin o zamanki icra başçısı Rasim Daşdəmirovdan, Eyvaz Babayevdən və digərlərindən çox sərt yazılar yazsa da, ölkə rəhbərinə qarşı neqativ rəy yaradacaq, baş redaktoru kimi təhqir püskürəcək mövqe göstərməyib. 

Məlumata görə, Aydın Quliyev Gəncə barədə yazılarda iqtidara qarşı radikal yazı üslubunu formalaşdırmaq üçün müxtəlif variantlara əl atıb. İkramla bunu edə bilmədiyindən, uzun illər bölgə müxbirliyində paralellik yaradaraq Qalib Rəhimli adlı birinin acı qələmindən istifadə edib. Bu barədə də məlumatlar yetərincədir.

Məlumata görə, həmin illərdə Gəncənin icra başçısı Eyvaz Babayevdən və başqalarından yazılan yazıların yayımını dayandıran Aydın Quliyev redaksiya vasitəsilə İkram Rafiqoğlunu əməkdaşlıqdan rədd etdiyini bəyan edib. Sonuncunu Qalib Rəhimlinin əvəzlədiyini deyib. Bu barədə redaksiyaya afişa da yapışdırıb. Nəticədə, Bakıya - "Hürriyyət"-in redaksiyasına gələn İkram baş redaktorun otağında Aydın Quliyevlə dava salıb. Bir az da irəli gedərək Aydın Quliyevi döyərək möhkəmcə əzişdirib. 

Bu hadisə barədə söz düşdükcə hamıya olanları danışan İkram özü dəfələrlə bildirib ki, bu hadisədən qısa zaman sonra Aydın Quliyev özü redaksiyanı tərk etməli olub. Döyüldüyünə görə yox, sadəcə seçkilər ərəfəsində "ADP" sədri Rəsul Quliyevin sifarişlərini artıq icra edə bilmədiyi üçün... Və yalnız bundan sonra "Hürriyyət" qəzeti Rəsul Quliyevin ruporu görünməkdən yaxa qurtara bilib, baş redaktorun niyyətli fəaliyyəti tam durdurulub.

Aydın Quliyev sonralar da xeyli müddət Rəsul Quliyevə dəstək olan jurnalist kimi tanınıb. Bu məqsədlə "Bakı-Xəbər" qəzetini yaradıb, illərlə ABŞ-dan siyasi tapşırıqlar alaraq hazırki iqtidara qarşı qəzetində radikal müxaliflik sərgiləyib. Xoşbəxtlikdən, 2006-cı ildə Rəsul Quliyevlə küsüşüb və...

Buna qədər isə, ADP funksioneri şinelini soyuna bilməyən jurnalist əmisinin xeyrinə xeyli kəskin bəyanatlarla yadda qalıb..

Bu gün nə etməsindən, nə yazıb necə düşünməsindən asılı olmayaraq...Qəti əminəm ki,...

Hazırda "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin 2000-ci illərdəki radikal müxalifətçilik fəaliyyəti onu İkram Rəhimovdan daha çox əzişdirir. Çünki, "Hürriyyət"in və "Bakı-Xəbər"-in səhifələrindəki neqativ yazılar bugünün Aydın Quliyevi üçün xəcalət dolu unudulmaz, ağlasığmaz keçmişdir.

Danışacaqsa, baş redaktorun o parlaq keçmişindən xatırlayacağı daha çox şeylər var. Amma o, bunları çətin ki, başqalarına daha dolğun xatırlada...

P,S - Xatırladaq ki, İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.  İttihama əsasən O, başqalarından pul tələb etməkdə günahlandırılır.

Jurnalist isə, həbsindən öncə Azərbaycan prezidentinin köməkçisi cənab Əli Həsənova müraciət yaydığına və tənqid etdiyinə görə izlənildiyini bildirib.

Bugün saat 17:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində İkram Rəhimovun növbəti məhkəmə prosesi baş tutacaq.

Osman Nərimanoğlu

Demokratik.Az 

    

Xəbər 2535 dəfə oxunub






Oxşar xəbərlər

Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
Əli Həsənova REAL SUAL: "“Prezidentin 5-6 köməkçisi 10 milyon vətəndaşın dərdini necə dinləyəcək?”
Alo, mitinq sifariş vermisiniz?
Sabiqləşən Əli Həsənov bu vəzifələri icra edəcək
Tofiq Yaqublunun səhhəti necədir? AÇIQLAMA
Şahin Mustafayev Baş Nazirin müavini təyin olundu - Haqqında qısa DOSYE
Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40122] initstartout [0.00025] initstartin [0.00115] calstart [0.01397] calend [0.00075] topnewsend [0.00742] rsssend [0.00000] ehgend [0.09396] tagsstart [0.00097] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28270]