Sumqayıtda kürəkən qayınanasını döyüb

  • 18 apr 2019, 08:22

Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib.

Məlumata görə, hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb.

Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Belə ki, kürəkəni 1959-cu il təvəllüdlü Natavan Mirzəyevaya üz nahiyəsindən zərbələr endirib. Xəsarət alan qayınana xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər