Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:15 - 19.04.2019  
Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
Tarix: 9-04-2019, 20:02 | Bölmə: ---

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə ilə aprelin 9-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun sədrliyi ilə geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, müşavirəni giriş nitqi ilə açan Baş prokuror ölkə başçısı tərəfindən əhalinin layiqli həyat səviyyəsinin təmin olunması və dövlət-vətəndaş münasibətlərinin müasir çağırışlara uyğun formalaşmasına yönəlmiş institusional tədbirlərin müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.

Dövlət başçısının humanist siyasətinin təzahürü olan, mühüm strateji əhəmiyyətə malik bir sənəd kimi ölkənin hüquq sisteminin müasir dövrün ən yüksək tələbləri səviyyəsində yenilənməsinə və təkmilləşməsinə təkan verən "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının əhəmiyyətini vurğulayan Baş prokuror sənədin imzalandığı tarixdən ötən müddət ərzində istintaq zamanı həbs edilmiş şəxslərin sayının 30 faiz azaldığını diqqətə çatdırıb.

Həmin sərəncamdan irəli gələn vəzifələrin vaxtında və tam şəkildə yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi, Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun əməkdaşlarından ibarət tərkibdə yaradılmış birgə işçi qrupu tərəfindən təkliflərin hazırlandığını, həmin təkliflər əsasında hazırlanmış qanun layihəsinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında qanunvericilik orqanına təqdim edildiyini, həmin layihənin qəbul edilməklə 1 dekabr 2017-ci il tarixdən qüvvəyə mindiyini qeyd edən Baş prokuror yeni qanunla Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilərək Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməlinin dekriminallaşdırıldığını, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsaslarının xeyli dərəcədə genişləndirildiyini, 152 növ cinayətlərin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunaraq cəza siyasətinin humanistləşdirilməsi istiqamətində bir sıra digər mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Baş prokuror həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində prokurorluğun və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işləri üzrə son dövrlərdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə vəsatət və təqdimatların verilməsi zamanı yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı 12 mart 2019-cu il tarixdə Baş Prokurorluğun bütün struktur qurumlarına və Respublikanın müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının rəhbərlərinə göstəriş xarakterli məktubun göndərildiyini nəzərə çatdırıb.

Müşavirədə fərmandan irəli gələn vəzifələrin vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə 4 aprel 2019-cu il tarixdə Baş Prokurorluqda İşçi Qrupun yaradıldığını qeyd edən Baş prokuror cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrinin hazırlanmasının, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsininin mütəmadi təhlil edilməsinin zəruriliyini vurğulayıb.

Fərmanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsinə münasibət bildirən Baş prokuror cinayət təqibi orqanlarında başlanmış cinayət işlərinin istintaqı zamanı cinayət qanunvericiliyinin müddəlarına düzgün istintad edilməklə əmələ obyektiv hüquqi qiymət verilməsi, cinayət işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araşdırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərli tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Əməliyyat müşavirəsində Baş prokuror fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib.

Bundan əlavə, əməliyyat müşavirəsində Baş prokurorun müavini Namiq Əsgərov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Baş prokurorun köməkçiləri - Toğrul Muxtarov və Zaur Axundzadə çıxışlar edərək fərmanın qarşıda mühüm vəzifələr qoyduğunu vurğulayıblar.

Tədbirin sonunda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar Baş Prokurorluqda həmin fərmanın tələblərindən irəli gələn vəzifələrin vaxtında və səmərəli yerinə yetirilməsi istiqamətində qanun layihələrinin hazırlanaraq təqdim edilməsi təmin ediləcəkdir

Xəbər 245 dəfə oxunub






Oxşar xəbərlər

Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib
Özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı - Foto
Balotelli Fransa çempionatının ən yaxşısı seçilib
Azərbaycanda vərəmin müalicəsi neçəyədir?
Talıb Talenin atası bugün Göygöl rayonunda dəfn edilib
Şamaxıda gölün bəndi niyə uçub? – RƏSMİ
Binəli Yıldırım: “İstanbulda seçki murdar olub”
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb
İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
AXH-nin toplantısında növbəti qalmaqalı: “Çıxarın, o səs yazılarını ortaya...”
“Araz” marketin müdiri intihar etdi
Xətaidə “Eskobar” ləqəbli narkobaron və dəstəsi yaxalandı - FOTOLAR
Azərbaycanda dron “problemi” – Deputat razılaşmır
“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir
“Ruzigar”a 30 sutka həbs cəzası verilib
DİM-də vakant yerlər üçün müsabiqə elan olunub
ABŞ dövlət katibinin müavini Azərbaycanda səfərdədir
Dünyanın 40 ölkəsindən 800-dək uşaq Türkiyəyə gəlib
Gürcüstanda Nəriman Nərimanovun yubileyi qeyd olunub - FOTO
Bankların kredit faizləri gündəmdədir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.23971] initstartout [0.00018] initstartin [0.00095] calstart [0.01342] calend [0.00072] topnewsend [0.00504] rsssend [0.00000] ehgend [0.00942] tagsstart [0.00084] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.20910]