Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:26 - 19.06.2019  
Müxalifət cəbhəsində “xain axtarışları”- REAL-a sərt ittihamlar
Tarix: 9-04-2019, 09:24 | Bölmə: ---

Milli Şura iddia edir ki, Brüssel səfərində iştirak edən REAL funksionerləri  iqtidarla işbirliyi qurub, qarşılıqlı ittihamlar kəsilmir

Müxalifət cəbhəsində “xain axtarışları”- REAL-a sərt ittihamlar REAL Partiyası ilə Milli Şura arasındakı savaş qızışır. Partiya rəhbəri İlqar Məmmədovun məlum statusundan sonra başlayan, partiyanın nümayəndə heyətinin Brüssel səfəri və Avropada yaşayan sabiq səfir Arif Məmmədovun buna sərgilədiyi mövqe ilə davam edən qarşıdurma hər keçən gün əndazədən çıxır.

Hər iki düşərgə funksionerləri səviyyəsində bir-birinin ünvanına ən ağır ittihamlar, hətta təhqirlər belə səsləndirirlər. MŞ rəhbərliyi və tərəfdarları açıq şəkildə REAL-ı deputat mandatı almaq üçün hakimiyyətlə işbirliyində ittiham edirlər, hətta partiyadan 2-3 nəfərin üzümüzə gələn parlament seçkilərində deputat olacağı barədə fikirlər səsləndirirlər.

Brüssel səfərində iştirak edən REAL-ın icraçı katibi Natiq Cəfərlinin son statuslarından biri belədir: "REAL-a ilk olmayan, amma son bəsit hücum cəhdinin bircə açması, izahı var: Uzun illər müxalif camiə cəmiyyətə gizli-açıq mesaj verirdi ki, ölkədə dəyişiklik üçün mütləq ABŞ-Avropa dəstək verməlidir, yoxsa bu iş olmaz. Sədrimiz İlqar Məmmədov həbsdə olanda Qərb ölkələrindən və təşkilatlarından gələn ciddi dəstəyə qıcıq olurdular, nədən ona bu qədər diqqət olduğundan narahat idilər. Sonra gördülər ki, REAL təmsilçiləri tez-tez beynəlxalq tədbirlərə dəvət alırlar, elə son 1 ildə 10-a yaxın xarici səfərdə olmuşam, AB ölkələrində müxtəlif tədbirlərə qatılmışam. Hər görüşdən sonra başqa dəvətlər alırdıq.

Son Avropa Birliyinin paytaxtı Brüsselə AB-nin Azərbaycan səfirliyinin texniki dəstəyi ilə baş tutan səfərimizin əks-sədası ona görə dinmir ki, bəziləri təşvişə düşüb, elə bilir ki, Qərb REAL-ı hakimiyyətə gətirir, bunlar isə kənarda qalıblar - olanlar kor və dar qısqanclıqdan, siyasi paxıllıqdan başqa bir şey deyil".

MŞ Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli REAL-ı deputat mandatı qazanmaqda ittiham edib. Bu zaman xanım siyasətçiyə deputat olduğu dönəm xatırladılıb. MŞ funksioneri həmin illərdə ölkədə azad seçki mühitinin olduğunu və bu səbəbdən deputat seçildiyini bildirib.  N.Cəfərli isə ona bu cür cavab verib: "Deməli, hörmətli Gültəkin xanım iddia edir ki, 2000-ci və 2005-ci ildə ölkədə azad seçki olub və rəqabətli mühitdə qalib gələrək parlamentdə yer qazanıb? Bəs necə olur ki, dəfələrlə özü də, MŞ rəhbərliyi də israrla ölkədə hakimiyyətin razılığı olmadan mandat almağın mümkünsüzlüyünü qeyd ediblər? Hansına inanaq? Gültəkin xanım mandatını halal qazanıb, başqa YAP-çılar saxtakarlıqla?”

Qarşıdurmaya MŞ-nin Koordinasiya Şurasının digər üzvü Eldəniz Quliyev də qoşulub. Kinodramaturq bu statusu paylaşıb: "REAL-çıların ağappaq yalana qıpqırmızı demək məharəti təəssüf doğurur. ”Azad söz" səhifəsində Natiq Cəfərli ünvanıma böhtan ataraq ərz elədi ki, Milli Şuranın rəhbərliyind? təmsil olunan Eldəniz Quliyev məni təhqir edib, barəmdə söyüş dolu ifadələr işlədib. İsrarla tələb edirəm: əgər belə bir fakt varsa, qoy, Natiq Cəfərli buyurub təqdim etsin. Əks-təqdirdə, yəni Natiq Cəfərli yalançı çıxmasın deyə, etmədiyim təhqiri və işlətmədiyim söyüşləri doğrultmaq məcburiyyətində qalacam".

REAL rəhbəri də susmur. REAL-ın İdarə Heyətin üzvü Erkin Qədirli onları satqınlıqda ittiham edənlərə sərt status həsr edib: "Cəbhəçilər REAL-ı dediklərinin nə anlama gəldiyini düşünmədən satqınlıqda ittiham edirlər. Bu söhbətə o qədər alışıblar ki, söhbətin REAL-a ən azı texniki baxımdan aid oluna bilməyəcəyini anlamırlar. Bir neçə yerə (AXCP, KXCP, BXCP və s.) bölündüklərini, aralarından YAP-a keçmiş olanları və s. nəzərə alsaq, cəbhəçiləri ”satqınlıq" mövzusuna bu qədər həssas yanaşdıqlarını anlamaq olar. Hərçənd o biri yandan, cəbhəçilərin kiminləsə yaxşı münasibətdə olduğunu da demək olmur. Hamıyla münasibətlərini pozurlar, ünsiyyət qura bilmirlər. Bir partiya adı çəkə bilərsinizmi AXCP ilə yaxşı münasibətdə olduğunu açıq və əminliklə söyləyə bilsin? Hamını damğalayırlar. 2013-cü ildə Milli Şuranın yaradılmasıyla bağlı danışıqların getdiyi dönəmdə biz REAL olaraq, təməl şərtləri və prinsipləri razılaşdırmağı, qırmızı xəttləri cizməyi, anlaşma imzalamağı təklif etmişdik. AXCP isə "geniş koalisiya” qurmaqdan danışırdı, hamını bir çətir altına yığmağa çalışırdı. Biz belə yanaşmayla razı olmadığımızdan Milli Şuraya qoşulmadıq. Cəbhəçilər hər yerdə deyirlər ki, guya REAL iqtidarla anlaşıb, bizə parlamentdə yer, ya da başqa vəzifələr vəd ediblər və s. Bu, yalandır. Bizim seçki strategiyamızda parlamentdə nəyin bahasına olursa-olsun yer almaq kimi bir yanaşma yoxdur. Biz heç bir bazarlamada iştirak etmirik. Örnəyi, İlqar Məmmədovun və Rəsul Cəfərovun üzərində məhkumluq var, onlar seçkilərə qatıla bilməyəcəklər. Bu gün hakimiyyətə qarşı dirəşdiklərini söyləyənlərin arasında iqtidarın özündən çeşidli vəzifə, mandat, pul və s. alanların REAL-a "biz o yolu keçmişik” deməsi ikrah doğurur. REAL siz getdiyiniz yolla getmir. Biz iqtidarı söymürük, ona düşmən gözlə baxmırıq, ondan pul, vəzifə və s. istəmirik, heç zaman da belə təkliflərə razılaşmadıq, kimsəni aldatmadıq. REAL-a satqın damğası yapışmaz".

Araşdırmaçı jurnalist Xədicə İsmayılın son statusu kifayət qədər diqqət çəkir. O hesab edir ki, REAL-ın timsalında hakimiyyət yeni müxalifət yaradır: "Arif Məmmədovun sübut edə bilmədən yazdığını da, Erkin Qədirli və Natiq Cəfərlinin də özlərinicə təkzib edən açıqlamalarını da beynimdən sildim. İlqar Məmmədovun bugünkü bloqunu oxudum. Parlamentdəkiləri müxalifət kimi sırımaq mümkün deyildi daha, hökumətə və onunla razılaşan Avropa siyasətçilərinə müxalifətdən istinad nöqtəsi lazım idi. Tapdılar!

Avropa Komissiyasından gələn bütün heyətlərə, ciddi insan haqları problemləri həll olunmadan bu sazişə imza atmayın deyirdik. Fürsətdir və açılımların açarı bu danışıqlardadır deyirdik. Vətəndaş Cəmiyyətinin fəaliyyəti bərpa olunmayınca, şəffaflığı təmin edən sistemlər işə düşməyincə imzalamayın deyirdik.

Erkin bəy və Natiq bəyin mövqeləri zatən bəllidir. Hər zaman görünməyən sıçrayış və islahatlardan, hökumət daxilindəki mifik qarşıdurmadan danışırlar. Brüsseldə də fərqli bir şey danışmayıblar. Daxili auditoriyaya nə yedirtmək istədikləri də mənə maraqlı deyil. Amma indi ziyanı azaltmaq lazım idi.

Çarəsi bu idi ki, partiya sazişin imzalanması üçün olmazsa olmazları ifadə edən bir bəyanat versin və mövqeyini həm burada, həm də Erkin və Natiq bəylərin görüşdüyü şəxslərə, həm vaxtilə bizim çağırışlarımıza səs verərək qətnamə qəbul edən Avropa Parlamentarlarına göndərsinlər ki, nə olur-olsun, imzalansın, mövqeyində müxalifət partiyası REAL-a istinad olunmasın. İlqar Məmmədov isə nə olur-olsun, imzalansın anlamına gələn bloq yazıb, hökumət üçün istinad yeri olmağa razılıq verdi. Yeni sistem müxalifətimiz mübarək".

Düşərgələr arasındakı bu qarşıdurmanın baş rolunda dayanan şəxslərdən biri də Fransada yaşayan qəzetçi Qənimət Zahiddir. O, A.Məmmədovu müdafiə edən bu statusu paylaşıb: "Bir dəstə adam ortaya düşüb, Arif Məmmədovdan Brüsseldəki söhbətin mənbəyini açıqlamasını istəyir. Aydın deyilmi ki, Arif bəy istinad etdiyi tanışının adını çəksə, bu həmin diplomatın işini itirməsilə də nəticələnə bilər? Arif bəy 20 ilin diplomatı bunu bilmirmi? O, heç deyərmi ki, filan diplomat mənə danışıb, bu xidməti söhbətin detallarını?

Arif bəyin dediklərində sizi yandırıb tökən hansı fikirdir? Siz axı həmin cəfəng fikirləri Azərbaycanda da deyirsiz, yazırsız, həm də təkrar-təkrar. Sadəcə, indi ictimai rəy üstünüzə gəlir ki, necə adınızı müxalifət qoyub, hökumətlə birlikdə müxalifətə müxalifətçilik edirsiz? Bu suala isə cavab vermək lazımdır".

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 955 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19460] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00891] calend [0.00044] topnewsend [0.00337] rsssend [0.00000] ehgend [0.03545] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14498]