“Hacı Nuranın "qucağındakı yalan" - "Şəkildəki körpə 10 milyonuncu sakin deyilmiş

  • 08 apr 2019, 15:01

"Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və heç bir körpə ilə də şəkil çəkdirməyib”.

Bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib.

O qeyd edib ki, həmin körpə dünyaya gələndən sonra Respublika Perinatal Mərkəzinə heç bir jurnalist, yaxud hansısa məşhur şəxs gəlməyib: "Hacı Nuran ümumiyyətlə, burada olmayıb. O, heç buranın ünvanını bilmir. Onun qucağında şəkil çəkdirdiyi körpə 10 milyonuncu sakin deyil”.

Oxşar xəbərlər