Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:29 - 26.06.2019  
“Biz Cahangir Hacıyevin tapşırığını icra etmişik” – MƏHKƏMƏ
Tarix: 8-04-2019, 14:58 | Bölmə: ---

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elşən Məmmədzadə ifadə verib.

O, hazırda Beynəlxalq Bankın Nağdsız hesablaşmalar departamentinin direktoru vəzifəsində çalışdığını söyləyib: "Bankda bəzi hallarda kreditlər tapşırıqla ayrılıb. Həmin vaxt da mən Kreditorlar komitəsinin üzvü idim. Tapşırıq verilmişdi ki, Dünyamin Xəlilova məxsus şirkətlərə – "Səbail Mebel” MMC-yə və digərlərinə kredit verək. Ancaq kretirlər müqavilə əsasında köçürülürdü, burada qanunsuz işlər görülmürdü. Lakin bəzi istisna hallarda kreditlərin verilməsində müəyyən pozuntular olurdu. Mən də bunun əleyhinə səs vermirdim. Çünki bu, rəhbərliyin tapşırığı idi. Əsasən, göstərişləri Akif Əliyev verirdi. O da deyirdi ki, rəhbərliyin sifarişidir, ancaq rəhbərlik deyərkən konkret kimi nəzərdə tutduğunu bilmirəm”.

Məlum olub ki, şahid ali təhsil almadan bankda mühüm vəzifələrdə çalışıb.

Daha sonra digər şahid Fuad Kərimov dindirilib. O 2013-cü ilin yanvarından 2015-ci ilədək Bankın Baş xəzinədarlıq departamentinin direktoru vəzifəsində çalışdığını qeyd edib: "İşim, əsasən, Bankda veksel əməliyyatları aparmaq olub”.

Prosesdə şahid Akif Əliyev də ifadə verib. O bildirib ki, 1990-cı ildən 2017-ci ilədək Bankda müxtəlif vəzifələrdə, 2001-ci ildən 2011-ci ilə kimi Kreditorlar komitəsinin sədri, 2011-2015-ci illərdə Bankın baş direktoru, daha sonra Problemli kreditlər komitəsinin sədri vəzifəsində çalışıb, hazırda işsizdir.

A.Əliyevin sözlərinə görə, Kreditorlar komitəsində çalışarkən ən yüksək limit 2 milyon 400 min manat olub: "Kreditlər Bankın İdarə Heyəti sədrinin sərəncamı ilə verilirdi. Bank müxtəlif layihələri maliyyələşdirirdi, layihələrin də əksəriyyətinə Dünyamin müəllim nəzarət edirdi. O, şirkətlərinə kredit verilməsi üçün bizə müraciət edirdi. Cahangir müəllim də Dünyamin Xəlilovun belə bir layihəsi olduğunu və onu maliyyələşdirmək lazım olduğunu söylədi. Biz də verilən tapşırığı icra edirdik”.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Xəbər 699 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramil Usubovu qəbul etdi – Foto
Köçəryan yenidən həbs olundu
Şirməmməd Hüseynovla vida mərasimi keçirilib
ATƏT-in nümayəndə heyəti Ağdama gəlib
İsmət Abbasovun oğlu radikal dini təriqətə üzv olub
Professor Şirməmməd Hüseynov dünyasını dəyişib
İSTANBUL MERİNİ SEÇDİ! Qalib yenə Əkrəm İmamoğludur
“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı — VİDEO
Təhsil eksperti Əmrullayevkimiləri və təhsil səviyyəsini qınadı
“Hər bir şəxs bilməlidir ki,...” — İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ
Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır
"Megafun"da partlayış: tanınmış müğənni və övladı xəsarət aldı
İstanbulda bələdiyyə səsverməsi başlayıb
Yabanı çətənə kolları aşkar edilərək yandırılıb
İlham Əliyev niyə məhz onları seçdi? – Kodlar açılır
Dünyanın yarısı milyonerlərə məxsusmuş...
Repressiya qurbanı olmuş qələm sahiblərimiz
Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb
Elçibəyin təyin etdiyi icra başçısı niyə güllələndi?
İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər
Deputat: "Biz ermənilərlə birgə yaşaya bilərik"
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivinə təqdim edilib
Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb
İran ABŞ texnikasını BELƏ MƏHV ETDİ - VİDEO
Ramil Usubovdan DİN-nin şəxsi heyətinə xoş MÜRACİƏT
Donald Tusk: "Brexit" sazişi layihəsi dəyişdirilə bilməz"
“Boltonun Qarabağla məşğul olmağa vaxtı yoxdur, onun diqqəti İrana yönəlib”
“MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas
Rektorun evi qarət olundu: Hadisə niyə gizlədilir?
Gürcüstanın parlament sədri impiçment edilə bilər
Xatirə toyda biabırçı geyimdə - VİDEO
Gəncədə idarə etmədən çıxan motosklet aşıb
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
QHT sədri Lider TV-də siyasi verliş aparacaq
Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
DTX-nın yeni rəisi Əli Nağıyev oldu
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Elinanın qəbri təhqir edildi – Yeni cinayət işi başlandı
Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilib nazir təyin edildi
Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinin fiaskosu: Rövşən Rzayev uğursuzluğu
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20892] initstartout [0.00018] initstartin [0.00095] calstart [0.01122] calend [0.00068] topnewsend [0.00433] rsssend [0.00000] ehgend [0.00851] tagsstart [0.00079] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18221]