Adil Vəliyev təkzib etdi, biznesinin siyahısını yaydılar - BƏS SONRASI?

  • 08 apr 2019, 12:19

Sabunçu rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev ötən həftə xəbər saytlarının favoriti olub.

"Demokratik.Az" xatırladır ki, "çılpaq qızlar"ın videosunun yayılması ilə yeni formatda gündəmə gələn məmura Almaniyada yaşayan mühacir Məhəmməd Mirzəli tərəfindən də "dil uzadılıb". Radikal mühacir gənc həmin qızların olduğu məclisdə icra başçısının oğlunun da iştirak etdiyini idddia etsə də, bu, Adil Vəliyev tərəfindən sonradan təkzib olunub. 

A. Vəliyev təkzibində bildirib ki, Sitat: "Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Burada mənim və övladlarımın adının hallanması şantaj və böhtan xarakteri daşıyır”. İcra başçısı eyni zamanda qeyd etmişdi ki, nə onun özünün, nə də övladlarının Rusiyada heç bir biznesi yoxdur: "Əgər belə bir biznes mövcuddursa, mən oradakı bütün obyektləri və gələn gəlirləri Mirzəliyə bağışlayıram. Bu uydurma məlumat əslində hüquqi məsuliyyət yaradır. Əgər o, Azərbaycanda yaşamış olsaydı, bu cür ağır ittihamlara görə qanun qarşısında cavab vermiş olacaqdı”.

Bu mövzunun ardınca sosial şəbəkələrdə sanki icra başçısının təkzibinə cavab olaraq sahib olduğu biznesin siyahısı yayılıb. Hazırda kütləvi şəkildə paylaşılan xəbərdə bildirilir ki, siyahıda olanlar Adil Vəliyevin sərvətlərinin kiçik bir hissəsidir. "Demokratik.Az" həmin siyahını təqdim edir:
1. "Sarı gəlin” şadlıq sarayı.
2. "AQAT” şadlıq sarayı.
3. "Bakıxanov Rezidens” yaşayış kompleksi.
4. "Volkswsvagen”, "Porche”, "Audi”, "Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər Adil Vəliyevə məxsusdur.
5. Binalara üzlüklər çəkən şirkət ("AQAT”)

6. "Azəravtoyol”un bütün tenderlərində qalib olan şirkətlər (Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Goradil, Novxanı, Saray, Corat yolunu (39,6 km) A.Vəliyevin şirkətləri çəkib.

İcra başçısının növbəti iddialara cavab verəcəyi gözlənilsə də, bu hələlik baş verməyib.

 

Demokratik.Az


Oxşar xəbərlər