Göygöl sakini beyin əməliyyatı üçün xalqa müraciət etdi - VİDEO

  • 07 apr 2019, 12:57


 

Göygöl sakini, 1961-ci il təvəllüdlü vətəndaş Bayramova Şəkər Aslan qızı beyin hüceyrələrinin ödemi xəstəliyindən əziyyət çəkir. Uzun müddətdir xəstəliyin cəngindən xilas ola bilməyən qadın yataq xəstəsinə çevrilərək çarpayının əsiri olub. Sağ beyin yarımkürəsində aşkarlanan ödemin təsirindən xəstənin bədəninin sağ hissəsi hərəkətsizləşərək iflic olub. Hüceyrələrdə isə sürətli quruma gedir. Həkimlər xəstəliyin qarşısını almağın, müalicənin mümkünlüyünü bildiriblər və təcili beyin əməliyyatı tövsiyyə ediblər. Lakin, yoxsul və kasıb ailənin maddi durumu əməliyyata tələb olunan 10 min manat vəsaiti ödəmək iqtidarında deyil. Şəkər ananın övladları, yaxın qohumları və tanışları "yardım aksiyasi" keçirməyə başlayıblar. Əməliyyat üçün rəsmi qurumlara da müraciətlər ediblər, lakin belə əməliyyatlar yalnız özəl klinikalarda və xarici ölkələrdə aparılır. 

Ana ağlayaraq imdad diləyir

Ailə məcbur qalıb sosial şəbəkələr vasiyəsilə xalqdan və imkanlı şəxslərdən də kömək istəyirlər. Şəkər ananın əməliyyatı üçün müraciət edən ailə xahiş edir ki, zəruri məbləğin toplanmasında onlara hamılıqla dəstək olaq. 

Ümid edirik ki, ailənin səsi eşidiləcək, allaha xatir, öz imkanı daxilində hər kəs Şəkər Bayramovanın əməliyyatına ehtiyac duyulan maddi vəsaitə yardım əlini uzadacaq. Bir ana ölümün cəngindən xilas ediləcək.

Allah da yar və yardımçıları olsun, İn-şə-allah!  

Maraqlanan və yardım etmək istəyən şəxslər Şəkər ananın oğlu Eşqin Kazımovla əlaqə yarada bilərlər:

(mob: (+994) 55 - 652-33-21)

Yardım üçün yaradılan bank kartını, bank rekvizitlərini və xəstəlik barədə KT diaqnozunu da təqdim edirik:

 


 

 


 

Oxşar xəbərlər