Dövlət əxlaqsızlığa nə vaxt müdaxilə edə bilər?

  • 02 apr 2019, 07:59

Normativ olaraq əxlaqın 2 növü var - fərdi əxlaq və ictimai (ümumi) əxlaq. Fərdi əxlaq(sızlıq) odur ki, öz evində orgiya təşkil edirsən, amma heç kim görmür. İctimai əxlaq(sızlıq) isə budur ki, parkda lüt gəzirsən.

Bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, dövlət fərdi əxlaqa müdaxilə edə bilməz:

"10 nəfərlik bir qrup hansısa villada çılpaq vəziyyətdə şahmat oynaya bilər, cəmiyyətə açıq deyilsə, buna heç kəs qarışa bilməz. Öz işləridir, siz də diqqətə almayın. Lakin ümumi (ictimai) əxlaqın qorunması sahəsində dövlətin öhdəlikləri var. Avropa İnsan Hüquqları Konvensiyasının 8, 9, 10 və 11-ci maddələri PUBLİC MORALİTY olan ümumi əxlaqı qorumaq üçün dövlətə müdaxilə imkanı tanıyır. Ümumi əxlaqla yanaşı, azyaşlıların qorunması da qorunan bir maraq kimi çıxış edir və bu da cinsəlliyin açığa vurulmasının qarşısını alır”.

Professor bildirib ki, insanlar fərdi azadlıqla ictimai əxlaqsızlığı qarışdırmamalıdır.

Oxşar xəbərlər