Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:40 - 20.04.2019  
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Tarix: 24-03-2019, 00:09 | Bölmə: ---

Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə 2014-cü ildə keçirdiyi əməliyyatla bağlı bu yaxınlarda yayılan məlumatlar gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır. Yayılan məlumatlardan belə məlum oldu ki, həmin ünvanda yerləşən "Kapriz” adlı sauna-striptiz klub Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsusdur.

Təqdim olunan sənədlərdən də həmin obyektin Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirildiyi ortaya çıxdıDaha dəqiqi, real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu təşkil edən striptiz klubun təsisçisinin Milli Məclisin sədrinin həyat yoldaşına məxsus "Arizarum Qrup” MMC olduğu məlum olub.

Rusiya polisinin xanım Əsədovaya məxsus klubda əməliyyat keçirməsinin səbəbi isə orada narkotik maddələrin satılmasına dair şikayətlər olub. Əməliyyat zamanı bu faktın təsdiqini tapdığı, hətta videoçəkiliş aparıldığı, KİV üçün reportaj hazırlandığı da məlum olub.  

Ancaq 2014-cü ildə baş verən bütün bu faktların, məlumatların hansı şərtlərlə gizlədildiyi, qarşılığında nə istənildiyi və eləcə də indi niyə dövriyyəyə buraxıldığı sirr olaraq qalır.

Təbii ki, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərlik edən bir şəxsin ailə üzvlərinin başqa ölkənin paytaxtında dəyəri 10 milyonlarla ölçülən obyektləri hansı pulla və niyə aldığı, öz obyektində belə bibırçılıqların baş verməsinə nədən imkan verdiyi də ictimaiyyəti düşüdürən başqa suallardır…

Ancaq qəribə də olsa ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan, 100 minlərlə insanın heyrətlə izlədiyi bu məlumatlara hələ də nə Oqtay Əsədovun özü, nə də ailəsi hər hansı aydınlq gətirməyib.

Düzdür, açıqlama verənlər də olub. Ancaq ictimaiyyət nə Milli Məclisin mətbuat xidmətinin iddiaların yalan olduğu üçün reaksiya vermədiklərinə dair uğursuz açıqlamasını, nə də deputat Fəzail Ağamalının "Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir?” kimi tragikomik "arqumentini” bu rəzaləti izah etmək üçün yetərli hesab etməyib.

Hamı Oqtay Əsədovdan cavab gözlədiyi bir vaxtda, spikerin ailə üzvlərinin Moskvadakı əmlaklarına dair yeni məlumatlar yayılıb. Belə ki, Moskvadan Zaur Əliyev adlı şəxsin azadlıq.info-ya verdiyi məlumatdan, göndərdiyi sənədlərdən və fotosübutlardan belə aydın olur ki, spiker Oqtay Əsədovun ailəsi son bir neçə ildə Rusiyada daşınmaz əmlaka külli miqdarda vəsait yatırıb.

"Sabiq bankir Cahangir Hacıyevin həyat yoldaşının Londondakı məsrəfləri haqda məlumatlar Azərbaycan və dünya basınında tüğyan edəndən sonra Oqtay Əsədovun da bu istiqamətdən "nəfəsi açıldı. Məlum oldu ki, spikerin həyat yoldaşı ərinin siyasi ranqı və çəkisi, digər göstəricilərini də üzərinə alaraq, sabiq bankirin həyat yoldaşını çaya susuz aparıb, susuz da geri qaytarar”, – deyə yazan müəllif, bildirir ki, Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də "Triumph Palace”da ( "Zəfər Palas”) yerləşir.

25_big

"Triumph Palace” və  ya "Triumf Palas” deyilən yer Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir.

"Avropanın bu ən hündür yaşayış kompleksindən əlimizdə bəzi sənədlər var. Bu sənədlər təsdiq edir ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada iki lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər. Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira xanımın aldığı mənzillərdən biri Triumf Palasın 12-ci (65 nömrəli mənzildir), o biri isə 37-ci mərtəbəsində (372 nömrəli mənzil) yerləşir” – məlumatda bildirilir.

1 esedova-zemfira-kupça

Əsədovların binadakı qonşuları da məşhur simalardır: "”Triumf Palas” ünvanını seçən spiker ailəsi əlbəttə, aristokratiyanı nəzərə alaraq bunu edib. Atalar necə deyib, "Ev alma, qonşu al”! Amma əgər həm ev, həm də qonşu almaq kimi bir lüksün varsa, bundan ötrü yetərincə pulun, üstəlik, bir …. respublikasının parlamentinin spikeri kimi qüdrətli ərin varsa, o zaman qonşuları da, keşniş kimi, dəstə ilə ala bilərsən. Zemfira xanım Əsədova da belə qonşuları, özü də dəstə ilə alıb: məşhur aktyor Oleq Tabakov, müğənnilər MakSim, Dima Bilan, top ulduz Lolita və digərləri…”

palas-otaq-1

Məlumatda mənzillərdən birinin quruluşu barədə də məlumat verilib: "372 saylı mənzilin quruluşu barədə hələlik bilgimiz yoxdur, ümid edirik, yaxınlarda olacaq. Amma 65 saylı nisbətən daha aşağıda olduğu üçün əyilib baxmaq olur. Bu mənzilin pəncərələri üzü Kremlədir (gərək əlin də, ətəyin də, yönün də böyüklərə tərəf olsun), pəncərələr döşəmədən tavana qədərdir, çox otaqlıdır, 250 kvadrat metr sahəsi var.

palas-otaq-2

Mənzildə fitnes və kitabxana (etiraf edək ki, kitabxanada yalnız qalın cildli və yaraşıqlı cildlərinə görə seçilmiş kitablar düzülüb), spa-otaq, hətta kinoteatr belə var. Yeri gəlmişkən, Oqtay müəllimin bu kinoteatr azarının hardan gəlmə olduğunu anlamaq olur. Onun Bakı ətrafındakı bütün rezidensiyalarında kinoteatr mütləq və mütləq nəzərə alınır.

Mənzildə böyük salonun bir divarı boyu dünyanın məşhur şərab markalarından olan "Petrus” nümunələrindən ibarət kolleksiya düzülüb.

скачанные файлы

Şahidlərin” dediyinə görə, spikerin bu "Triumf Palas”dakı 65 saylı "kiçik” mənzilinin mebel təchizatına təxminən 1,2 milyon dollar xərclənib. Mənzil barokko üslubunda işlənib, cilalanıb…”

Məlumatda həmçinin o da bildirilir ki, Əsədovlar Rusiyada böyük biznes imperiyası qurublar: "Taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranları var. Rusiya ilə yanaşı Əsədovların Türkiyədə, Avropanın bir necə ölkələrində milyonluq mülk və biznesləri var”.

Müəllif  özəl mənbələrə istinadla Oqtay Əsədovun və ümumiyyətlə Əsədovlar ailəsinin 2010-11-ci illərə qədər Rusiya ilə seyrək bağlılıqları olduğunu, bütün sahib olduqlarını sonrakı illərdə əldə etdiklərini iddia edir. "Niyə Moskva” sualı isə yenə açıq qalır.

Ümid edirik ki, Oqtay Əsədov bu dəfə çıxıb bütün iddiaları cavablandıracaq.

Vaqif
AzPolitika.info

Xəbər 1196 dəfə oxunub






Oxşar xəbərlər

Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18349] initstartout [0.00014] initstartin [0.00062] calstart [0.00858] calend [0.00048] topnewsend [0.00347] rsssend [0.00000] ehgend [0.02394] tagsstart [0.00058] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.14563]