Türkiyədə hərəkat başladı: Ordu Xankəndini vursun!

  • 12 mart 2019, 21:40

Türkiyədə yaşayan bir qrup azərbaycanlı ziyalı Ermənistan Baş naziri Nikol Paşinyanın dövlət təhlükəsizlik şurasının iclasını Xankəndidə keçirməsinə qarşı kampaniya başladıb.

Ziyalılar yaydıqları bəyanatda Paşinyanın bu addımının Azərbaycan xalqına qarşı təhqir, Xocalı və Qarabağ şəhidlərinin ruhuna sayğısızlıq olduğunu bildiriblər.

"Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndidə keçirməsi yolverilməzdir, cinayətdir, Azərbaycan xalqına qarşı təhqir, Xocalı və Qarabağ şəhidlərinin ruhuna sayğısızlıqdır!

Biz xalq olaraq, Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu bildirir və Şanlı Azərbaycan Ordusuna "#AzərbaycanOrdusuXankəndinivur” deyirik!”, – bəyanatda qeyd edilib.

Artıq Türkiyənin Girəsun Universitetinin professoru, Oksford Universitetinin Sokrat mükafatı laureatı Aygün Attar, yazıçı-şair Elçin Aslangil, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri, yazıçı Aygün Həsənoğlu, landşaftşünas, yazıçı Şəbnəm Karslı və başqa şəxslər sosial şəbəkələrdə #AzərbaycanOrdusuXankəndinivur həştəqi ilə kampaniyaya dəstək veriblər.

Oxşar xəbərlər