DİN Baş İstintaq və Təhqiqat İdarəsinə yeni rəis təyin edilib

  • 11 mart 2019, 11:41

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində kadr dəyişikliyi olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Mirhəşimov Anar Böyükağa oğluDİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini – Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Vüqar İsmayılov sağlamlığında yaranan problemlə əlaqədar öz raportu əsasında təqaüdə göndərilib.

Oxşar xəbərlər