Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:52 - 26.05.2019  
Hacı Məmmədovun qəbrə apardığı sirlər - “Qara kəmər” əməliyyatından 14 il keçdi
Tarix: 11-03-2019, 09:31 | Bölmə: ---

Məşhur "Qara kəmər” əməliyyatından 14 il ötdü. 2005-ci il martın 10-da MTN-in (ləğv edilib) keçirdiyi əməliyyat nəticəsində Hacı Məmmədov və onun bandası ifşa olundu. Hacı Məmmədov törətdiyi cinayətlərə görə ömürlük həbsə məhkum olunmuş şəxs kimi Qobustan həbsxanasına göndərilmədi.

Hacı Məmmədovun qəbrə apardığı sirlər - “Qara kəmər” əməliyyatından 14 il keçdiO, 10 il qanunsuz olaraq MTN-in istintaq təcridxanasında saxlanıldı. Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov vərəmli məhkumlar üçün cəzaçəkmə müəssisəsinə köçürüldü və 2017-ci ilin dekabrında orada asılmış meyiti aşkar olundu. Hacı Məmmədovun belə bir ölümlə həyatdan gedəcəyi gözləntiləri "Qara kəmər”dən sonra baş verənləri izləyənlərdə vardı.

 "Qara kəmər” əməliyyatı (10 mart 2005-ci il) "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun evinin kandarında öldürülməsindən (2 mart 2005-ci il) 1 həftə sonraya təsadüf edib. Elmar Hüseynov qətlə yetirildiyi zaman "Beynəlxalq Bank”ın o dövrdə idarə heyətinin sədri olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacı Məmmədovun dəstəsinin girovluğunda idi. Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən oğurlanmışdı. Xanım Hacıyevanın azadlığı üçün onun yoldaşından 20 milyon avro tələb olunurdu...

"Qara kəmər” 14 il əvvəl keçirilsə də, bu günə kimi üzərindən sirr pərdəsi götürülməyən cinayətlər qalmaqdadır. Hacı Məmmədov məhkəməsində yarımçıq ifadələr verməklə bir çox səs-küylü cinayətlərə aidiyyətinin olmasına işarə vurur, amma konkret fikir söyləməkdən yayınırdı. Onun bandasının cinayətlərinin tam araşdırılmaması bu gün də dartışılan mövzulardandır. Belə müşahidələr var ki, banda sifarişli qətlləri icra edəndən əvvəl və ya sonra adam oğurlayıb, ona belə bir hüquq tanıyıblar. İstintaqın qənaətinə görə, Hacı Məmmədovun rəhbərliyi altında 1994-cü ildən başlayaraq 10 il ərzində sifarişli qətllər icra olunub, adamlar oğurlanıb. Belə fikirlər də var ki, banda 1994-cü ildən əvvəl də cinayətlər törədib, lakin həmin cinayətlər Hacı Məmmədovun kriminal dosyesinə əlavə edilməyib. Ümumilikdə cinayət işində qətllərə, adam oğurluqlarına, quldurluğa, qarətlərə, saxta sənədlərin hazırlanmasına, vergidən yayınmaya və sairə aid 60-a yaxın epizod var.

Hacı Məmmədovun qəbrə apardığı sirlər - “Qara kəmər” əməliyyatından 14 il keçdi

 

 

Hacı Məmmədov məhkəməsində bandasının osminoqun 1 ayağı olmasını deməklə özünün yalnız icraçı olduğunu söyləmişdi. Onun bu fikirləri digər bandaların da fəaliyyətdə olmasıhaqda yayılan məlumatları bir daha təsdiqləmişdi.

Hacı Məmmədovun bandası 1996-cı ildə iş adamının oğlu Elşad Həsənov oğurlayıb və onun azad edilməsinə görə 120 min dollar tələb edib. Növbəti il iş adamının oğlu Ülvan Bağırov oğurlanıb və azad edilməsinə görə 850 min dollar alınıb. Hacı Məmmədovun həmin il oğurladığı digər şəxs dostunun oğlu İlham Qədimzadə olub. 1997-ci ildə azad edilməsinə görə 180 min dollar alınıb. 1998-ci ildə çeçenlər Şirxan Albıyevi, Ruslan Ukuşov və Boris Eyyubovu qətlə yetirib. Həmin il 2 iş adamının oğlu oğurlanıb. Cavid Manafovun azad edilməsinə görə yaxınlarından 650 min dollar alınıb. Dövlət Sığorta Şirkətinin sədrinin oğlu Əhməd Məmmədovun azadlığa buraxılması üçün yaxınları 850 min dollar ödəyiblər.

1 il sonra -1999-cu ildə Süd zavodunun direktoru Zeynalabdin Babayevin oğurlanıb. 450 min dollar ödədikdən sonra banda üzvləri onu azad ediblər. Xətai rayon prokurorunun köməkçisi Oqtay Babayevin oğurlanması və 2000-ci ildə azad edilməsinə görə 850 min dollar alınıb. 2001-ci ildə Hacı Məmmədov həmkarı, DİN Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı Azər İsmayılov oğurlayaraq Keşlədəki evinə aparıb, orada işgəncələr verməklə qətlə yetirib. Yasamal rayon prokurorunun köməkçisi Murad Kazımovun oğurlanması və 2001-ci ildə azad edilməsinə görə yaxınları 950 min dollar verməli olublar.

Hacı Məmmədovun qəbrə apardığı sirlər - “Qara kəmər” əməliyyatından 14 il keçdi2002-ci ildə Hacı Məmmədov dostu, tanınmış kriminalist Rövşən Əliyevin qətlinə imza atıb. Rövşən Əliyev onun bandasının izinə düşdüyünə görə həyatla vidalaşmalı olub. 2003-cü ildə iş adamı Hafiz Məmmədovun atası oğurlanıb və oğlundan 2 milyon avro və 200 min dollar alınıb. Növbəti il DİN-in sabiq polkovnik Fətulla Hüseynov evini kandarında qətlə yetirilib.

Hacı Məmmədovun sonuncu oğurladığı Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva idi. Hacıyevanın xüsusi sifarişlə oğurlandığı, sifarişçisinin girovluqda olan qadına 8 martda Hacı Məmmədovun vasitəsi ilə qızıl güllər yolladığı da bilinir. Bununla belə Eldar Mahmudovun istintaqçıları sifarişçinin kimliyini Hacı Məmmədovdan öyrənə bilməyiblər. Rəsmi olaraq belədir, amma bu inandırıcı görünmür. 

2005-ci ildə "Qara kəmər” əməliyyatından sonra belə məlumatlar vardı ki, Hacı Məmmədovun Keşlədəki evindən çoxsaylı videomateriallar götürülüb. Hansıları ki, Hacı Məmmədov gizli çəkilişlər vasitəsi ilə əldə edib. Həmin videolar kompromat xarakterli olub. Lakin həmin videokompromatlar məhkəmə zamanı ortalığa çıxarılmadı. Hacı Məmmədovun videokompramatlarının Eldar Mahmudovun zənginiyinə şübhə olmayan kompromat bazasının əsasını təşkil edə biləcəyi də istisna deyil.

Картинки по запросу Hacı Məmmədov qara kəmər əməliyyatı

Hacı Məmmədov və bandasının işi üzrə proses 2006-cı il iyulun 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə(hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi) hakim Əli  Seyfəliyevin sədrliyi altında Hacı Məmmədovun cinayətkar dəstəsinin işi üzrə proses başlayıb. 2006-cı il avqustun 28-də keçirilən prosesdə Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodu üzrə ifadəsində sifarişçinin kimliyi haqda suala "Bu, hansısa böyük qüvvənin sifarişi olub” deyə cavabını vermişdi. Lakin vəkillərin dəqiqləşdirici suallarına konkretlikdən uzaq cavablar verməklə həqiqəti söyləməkdən yayınmışdı.

Hacı Məmmədovun bu ifadəsindən belə bir nəticəyə gəlmək olar ki, onunla sifarişçi arasında konkret şəxs olub. Həmin şəxsin kimliyi məhkəmədə  ortalığa çıxarılmayıb. Hacı Məmmədov ittiham aktında kənar çıxmaqdan çəkinib. Məhkəməsi boyu 1 dəfə belə kənarlaşmaya yol verib. Həmin çıxışı zamanı Elmar Hüseynovu vaxtilə iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyev tərəfindən qətlə yetirdiyini söyləyib. Lakin onun bu ifadəsinə inanan olmayıb, həmin ifadənin təqsdiqlənməsi üçün ortaya hər hansı sübut, dəlil də qoymayıb. İfadənin Eldar Mahmudovun təzyiqi ilə Fərhad Əliyevdən pul qoparmaq üçün verildiyi haqda xəbərlər də yayılıb. 

Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodundan danışarkən "Sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi” deyə açıqlamışdı. Bu ifadəni Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodu üzrə 9 oktyabr 2007-ci ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə vermişdi.

Demişdi ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi ona 2 qətl də tapşırıb. Sitat: "Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi. Mən heç kimə qarşı birbaşa ifadə verməmişəm. Əgər belə bir ifadə verəsi olsaydım, cəza çəkməli olan şəxslər bu zala yerləşməzdi. Mən heç kimə mesaj göndərmirəm. Lakin həmin qətllər və oğurlanmalar mənə məcburiyyətlə sifariş olunub. Həmin sifarişçinin kim olmasından məlumatı olan və vasitəçilik edənlər var. İndi onların adını deyə bilmərəm”.

Hacı Məmmədov 2 ildir ki, həyatda deyil. Onun deyə bilmədiyi, adını dilə gətirmədiyi vasitəçi kim olub? Vasitəçinin ifşası sifarişçinin qandallanması demək olardı. Elə həmin gün keçirilən məhkəmədə Hacı Məmmədov belə bir ifadə də vermişdi. Sitat: "Mənim cinayətləri həyata keçirməyim sifarişli olduğu kimi, MTN-in də istintaqı sifarişli idi. MTN-də aparılan istintaq zamanı sifarişçilərin kim olması araşdırılmayıb”.

Niyə araşdırılmayıb? Eldar Mahmudov nazir olaraq bu araşdırmalara niyə imkan verməyib? Niyə o, nazir postundan çıxarılandan sonra da bu araşdırmalar ortada deyil? Hacı Məmmədov məhkəməsində "mən ”osminoq"un bir ayağı olmuşam" sözlərini elə-belə demişdi? Hacı Məmmədovun fikirləri iş üzrə yeni istintaq araşdırması aparılması zərurətinin bu gün də aktuallığını qoruub saxladığını söyləməyə əsas verir.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə 2007-ci il yanvarın 19-da hökm çıxarıb. Hökmə əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Zakir Nəsirov 2017-ci ildə azadlığa buraxılıb.

E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat”

Xəbər 1002 dəfə oxunub






Oxşar xəbərlər

Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.23130] initstartout [0.00017] initstartin [0.00061] calstart [0.01004] calend [0.00059] topnewsend [0.00534] rsssend [0.00000] ehgend [0.00796] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00003] weathend [0.00000] end [0.20577]