Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:59 - 20.03.2019  
Deputatlar qaz və elektrik limitinin ləğvini təklif etdilər
Tarix: 8-03-2019, 23:17 | Bölmə: ---

Deputatlar belə bir qərarın vacibliyini bildirir

Deputatlar qaz və elektrik limitinin ləğvini təklif etdilərQış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olmayan mənzillərin qızdırılması üçün təbii qazdan istifadə olunur. Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, "ceyran peç”i və sair vasitəsilə evləri qızdırmağa çalışırlar.

Nəticədə ilin əvvəlində qaz limitini tükətmiş olurlar. Məlum olduğu kimi, təbii qazdan istifadə ilə bağlı qiyməti 10 qəpik olan 170 kubmetrlik limit bitəndən sonra, 1 kubmetr qazdan istifadə 20 qəpikdən hesablanır. Bu vəsaiti ödəyə bilməyən kəndlilər isə qaz xəttini bağlayaraq, meşələrə üz tutur, ağacları qıraraq, odun yandırmağa başlayırlar.

Bununla bağlı əldə etdiyimi məlumatlar var, aztəminatlı insanlar artıq nə elektrikdən, nə də qazdan istilik məqsədilə istifadə edə bilmirlər.

Çıxış yolu isə təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalin aşağı qiymətlə təbii qazdan , elektrik enerjisindən istifadəsidir. Elə ekspertlər , millət vəkilləri də bunu təklif edirlər.

Milli Məclisin Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında bildirdi ki, vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması üçün belə bir qərar verilə bilər: "Hökumət çalışmalıdır ki, vətəndaşın həyat səviyyəsi yüksək olsun. Əgər gəlirlər normal olarsa, o zaman odun yandırmağa ehtiyac qalmaz. Ancaq vətəndaşın gəlir səviyyəsi aşağıdır. Son dövrlər nə qədər əmək haqları və pensiyalar qaldırılsa da, dünya standartları ilə müqayisədə yaşam şərtləri regionda çox bərbaddır. İnsanlar çox vaxt ən sıradan tələbatlarını ödəməyə pul əldə edə bilmirlər. Ona görə də, belə bir güzəştli addımın olması faydalı olardı. Çünki hazırda çox insan bu yüksək qiymətlərdən və limitin az olmasında əziyyət çəkirlər. Mən özüm də limitlərin aradan qaldırılması məsələsini Mili Məclisdə qaldırmağa çalışacağam. Bu həm maraqlı təklifdir, həm də vətəndaşın marağına uyğun olan təklifdir. Hökumətin də buna imkanları yetərlidir. Belə bir iradə də var, son vaxtlar sosial qərarlar ardıcıl olaraq verilir. Bu kontekstdə müəyyən bir nəticəyə varmaq olar”.

Milli Məclisin deputatı Fəzail Ağamalı da vurğuladı ki, belə bir qərar xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar:

"Vaxtilə bu məsələ müzakirə olunanda mən təklif etmişdim ki, artırılmasa daha yaxşı olar. Çünki rayonlarda, kəndlərdə qaza qənaət edən kombi sistemi yoxdur. Evləri qızdırmaq üçün d aha çox peçlərdən istifadə olunur, nəticədə qaz çox istehlak olunur. Limiti keçdikdən sonra isə qiymət ikiqat hesablanır. Bir sıra hallarda isə vətəndaşlar bu vəsaitin ödənməsində çətinliklə üzləşirlər. Yaxşı olardı ki, Tarif Şurası da dövlət başçısının humanist siyasətini və Azərbaycan xalqının həyat şəraitinin yüksəldilməsi istiqamətindəki addımlarına söykənərək belə bir qərar versin. Bu xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar”.

F.Ağamalı onu da vurğuladı ki, qazın qiymətinin artırılması müəyyən dərəcədə sahibkarlar üçün də çətinlik yaradıb:

"Vaxtilə emal müəssisəsi qazın qiyməti artmazdan öncə 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyir. İstixanalarda oktyabrdan başlayaraq mart ayının sonuna kimi qazdan istifadə olunur. Elə müəssisələr də var ki, il boyu istifadə olunur. Bu da onların məsrəflərini çoxaldır və mənfəət götürməkdə onlara problem yaradır. Belə çətinliklər var. Ayrı-ayrı ölkələrin təcrübəsində belə bir praktika da var ki, gecə verilən təbii qazın qiyməti ilə gündüz verilən qazın qiymətində fərqlər var. Bu güzəştlər də tətbiq oluna bilər. Tarif Şurası da limitləri ləğv edərsə, bu da sahibkarlığın daha geniş inkişafına səbəb ola bilər. Xüsusi olaraq sənaye müəssisələrində, kənd təsərrüfatı müəssisələrində işlədilən qazın qiymətinin müəyyən qədər azalmasına gətirib çıxarar”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə açıqlamasında qeyd etdi ki, enerji böyük istehlak təbəqəsi üçün əlçatan olmalıdır:

"Əgər əlçatan deyilsə, o zaman ya enerjidən istifadə azalır, istehlakçılar alternativ enerji növləri axtarırlar. Hökumət hər zaman bu məsələyə diqqət etməlidir. Çünki enerji daşıyıcılarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Hökumətin birinci vəzifəsidir ki, daim monitorinq eləsin və şəhərlərdə, bölgələrdə, kəndlərdə əhalinin yaşam səviyyəsində, maddi vəziyyətinə uyğun olaraq çevik qiymət siyasəti yürütsün. Əks təqdirdə, insanlar bölgələrdə ağacları qırıb yandırmağa başlayacaqlar. Hökumət bir tərəfdən gəlir əldə edirsə, digər tərəfdən onun təbiətinə, başqa resurslarına ziyan dəyir. O baxımdan bu məsələdə qızıl orta tapılmalıdır. Azərbaycanda bu qiymət məsələsi o zaman ortaya atıldı ki, 2016-cı ilin son rübündə ölkəmiz təbii qazı idxal etməyə başladı .Bunun nəticəsində ötən ilin dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 250 milyon manat vəsait ayrıldı. əgər indi Azərbaycan bu qazı idxal etmirsə, ən azı bu limitin həcmini artırsın”.

Ekspert onu da qeyd etdi ki, bu məsələdə diferensial yanaşma da ola bilər:

"Çünki şəhər tipli evlərin qızdırılmasında nisbətən az enerji istifadə olunsa da, kənd yerlərində evlərin qızdırılması və təsərrüfatda istifadə üçün daha çox qaz sərf olunur. Bu məsələdə diferensial yanaşma da ola bilər. Ermənistanda elektrik enerjisi fevralın 1-dən təqribən 50 faiz ucuzlaşdı, gündüz tarifləri 40 dramdan 30 drama, gecə tarifləri isə 30 dramdan 20 drama düşdü. Bu ölkədə sayğaclar ikili tarif sistemilə işləyir, gecə və gündüz tarifləri var. Bu da elektrik enerjisindən daha səmərəli və daha qənaətli istifadəsinə imkan verir. Onlar öz pullarını xərcləmədən, Avropa qurumlarından qrant alaraq bunu həyata keçirdilər. Ona görə də, Azərbaycanın qarşısında çoxlu imkanlar və alətlər var. Bunu tətbiq edərək enerjidən daha səmərəli istifadəni formalaşdıra bilərlər”.

Enerji sahəsi üzrə ekspert onu da vurğuladı ki, qiymət dəyişsə də, keyfiyyətdə dəyişiklik yoxdur: "Hər dəfə qiymət artanda bunu geniş bir abzasla izah edirlər ki, yeni qiymət keyfiyyətin artmasına və sairə səbəb olacaq. Ancaq sonradan heç bir dəyişiklik hiss etmirik. İqtisadiyyat Nazirliyi bununla bağlı monitorinqlər keçirməlidir. Araşdırmaq lazımdır ki, qiymətlərin birdən-birə 50 faiz artımından hökumət nə qədər qazanır. Ancaq heç kim belə bir araşdırma aparmır”. ("Yeni Müsavat”)

"Azərbaycanda əhaliyə satılan elektrik enerjisinin və maye qazın qiymətləri ilə bağlı məsələyə yenidən baxılmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanın keçmiş Baş nazirinin birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Deputat deyib ki, hazırda ölkə başçısı tərəfindən Azərbaycanda çox ciddi islahatlar həyata keçirilir:

"Dövlət başçısı tərəfindən aparılan bu islahatlar bütün sahələri əhatə edəcək. Burada həm iqtisadi, həm sosial, həm struktur islahatları, həm də digər islahatlar aparılır. Hesab edirəm ki, qiymətlərin aşağı salınması ilə bağlı da müəyyən islahatlara ehtiyac var. Yəni, Azərbaycanda qiymət siyasətilə bağlı müəyyən problemlər mövcuddur. Çünki ölkə başçısı tərəfindən sosial sahələrdə müsbət hər hansı addımlar atılan kimi, dərhal bəzi işbazlar bazarda qiymətləri obyektiv və ya subyektiv şəkildə artırmağa başlayır. Yəni, bu məqamdan sui-istifadə halları mövcud olur. Ona görə də bu məsələlərlə bağlı ciddi araşdırmalar aparılmalıdır”.

V.Əhmədov qeyd edib ki, elektrik enerjisi və təbii qazın əhaliyə satılması ilə bağlı qiymət siyasətinə yenidən baxıla bilər:

"Bilirsiniz ki, bu sahələr dotasiya ilə işləyir. Ona görə də bu sahədə qiymətlərin aşağı salınması və ya limit siyasətinin ləğv edilməsi məsələlərini oturub araşdırmaq lazımdır. Şübhəsiz ki, bu sahədə qiymətlər aşağı olarsa, bu ilk növbədə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün böyük dəstək olardı. Ancaq bunu hesablamağa ehtiyac var. Elə etmək lazımdır ki, əhali üçün, həm də kənd təsərrüfatı istehsalı ilə məşğul olan insanlar üçün müsbət olsun. Eyni zamanda dövlətin də imkanları nəzərə alınmalıdır”.

Xəbər 792 dəfə oxunub






Oxşar xəbərlər

Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ
Paşinyanın Azərbaycan xalqına həyasız müraciəti… – Şərh
944 nəfər ÖLÜB-DİRİLDİ: Ölümdən sonra həyat varmış
Əfv olunan siyasi məhbuslar - Tam SİYAHI
“Azərişıq” ASC işıqlı Novruz vəd edir
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRƏNCAM
Terrorun varlığı da, qibləgahı da şeytandır
Prezident əfv sərəncamı imzalayıb - TAM SİYAHI
ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi - elmi-praktiki konfransı keçirilib
Melioratorlara inandırıcı ittiham: - “Kim pul verir, onun əkin sahəsinə su buraxırlar”
“Oqtay Əsədov spikerdir deyə, ailəsi acından ölməlidir?” - Deputat
Zidandan "Real"ın futbolçularına sərt xəbərdarlıq
Əziz Əliyevin təhsil almasına Hacı Zeynalabidin Tağıyev necə kömək edib ?
Eldar Əzizov Abdin Fərzəliyevin "xətrinə dəyib" - İCLASDA
Vidadi Zeynalov azadlığa buraxıldı
Tahir Kərimli: “Nəsiminin nəşi Azərbaycana gətirilsin”
Köçəryanın həbs müddəti uzadıldı
VII Qlobal Bakı Forumu başladı - prezidentin dünyaya mesajları
İrəvanın Qarabağla bağlı “dəvəquşu” siyasəti
Brexit təxirə salınıb
Moskva vilayətində erməni iş adamı qətlə yetirildi
Evinin sənədi olmayanlara xoş xəbər
“Leş mafiyası”na daha bir ittiham

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12539] initstartout [0.00015] initstartin [0.00066] calstart [0.00863] calend [0.00047] topnewsend [0.00362] rsssend [0.00000] ehgend [0.00712] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10408]