Biləsuvarın təhsil şefi işdən çıxarıldı

  • 07 mart 2019, 20:18

Biləsuvar rayon Təhsil şöbəsinin müdiri işdən azad edilib.

"Demokratik.Az”ın əldə etdiyi məlumata görə, bununla bağlı nazirlik müvafiq əmr imzalayıb.

Təhsil naziri Cehun Bayramovun imzaladığı əmrə əsasən, Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov vəzifədən azad edilib. 

Vəzifənin müvəqqəti icrası isə Biləsuvar rayon Təhsil şöbəsinin əməkdaşı Anar Xammədova həvalə olunub.

Qeyd edək ki, B.Kazımov bu vəzifəyə 2010-ci ildə təyin edilmişdi.

Oxşar xəbərlər