YAP-çı deputat Heydər Əliyevə qarşı radikallaşmış mühacirlərə SƏSLƏNDİ

  • 04 fev 2019, 18:54

"Təsəvvür edin ki, Vidadi kimi , Qurban kimi biri xaricdə oturub Atatürkü aşağılayır, təhqir edir. Bilirsiniz nə baş verər? Mənim heç şübhəm yoxdur ki, türk xalqının heç olmasa 5-6 milyonu ayağa qalxar, əliyalın, ayağıyalın, piyada gedib həmin məxluqları gizləndikləri yuvadan dartıb çıxarar və onlara haqq etdikləri cəzanı verər”.

Bunları tanınmış YAP-çı, sabiq millət vəkili Alqış Musayev "Facebook”da bugünkü statusunda yazıb. O, Avropada məskunlaşmış bəzi şəxslərin Heydər Əliyevə hücumları qarşısında hamının susqunluq nümayiş etdirməsindən şikayətlənərkən belə bir müqayisə aparıb.

A.Musayev daha sonra yazır: "Bizdə həyatının 60 ilini Azərbaycan xalqının tərəqqisinə həsr etmiş, müasir Azərbaycanın banisi, ermənilərin indinin özündə belə adının cazibəsindən və energetikasından qorxduğu Ulu və dahi Öndərimiz Heydər Əliyevə çirkab atırlar. Hamı bir birinə baxır. Gözünü döyür. Gözləyirlər ki, görək Mir Şahin Ağayev nə deyəcək, Zahid Oruc nə yazacaq və sair tək-tük istisnalar.

Belə gedə bilməz!”

Oxşar xəbərlər