CAVAB: "Media "Don Kixot"larının Sanço Panzaya təsəlli məktubu YAXUD kafeyandıran avaraya növbəti HƏQİQƏTLƏR"

  • 29 yan 2019, 01:18

Demokratik.Az saytının rəhbəri ötən gün bir sıra elektron KİV vasitələrində Məhəmmədəli Qəribli adlı şəxsin dedikləri əsasında xəbər olaraq tirajlanan növbəti gözdənsalma kampaniyasına cavab verib. Osman Nərimanoğlunun facebook səhifəsində yayımladığı sərt mövqe yazısını - cavabını olduğu kimi təqdim edirik: 

Dünən mənə qarşı növbəti birtərəfli anti-təbliğata cəhd edən Məhəmmədəli Qəribli adlı kütbeyin bir müxbirin mövqeyi əvvəlkilərdən fərqli və "fərli” alındı. Azından, məni xeyli güldürə bildi... 

Dost dediklərinin saytında yayımlatdığı xəbər yazısını oxuduqca hazırlayanın və açıqlama verənin təxəyyülünə lap "heyran” qaldım. Bu üslubsuz status qəhrəmanının xatiri-təsəllisinə hazırlanmış cılız yazıda əslində "bumeranq effekti" də var. Yenə şər atlanır üstümə, amma, xoşbəxtlikdən geriyə - öz sahibinə qayıdır...
Barəmdəki bir qullab xəbərdə adıçəkilənin iddiaları ötənlərdəki kimi, tamamilə səviyyəsizlik və adəti-axmaqlıq nümayişindən savayı bir heçdir. 
Son cızmaqara ispan yazıçısı Migel De Servantesin dünyaca məşhur ""Ağıllı zadəgan Don Kixot" romanındakı prikol epizodları yadıma saldı. Və, nəyi var güldüm ki, güləsiniz...
Deməli, həmin romanın süjet xəttinin baməzə və yalançı qəhrəmanı zadəgan Alonso Kixanonun cəngavərlər haqqında romanları oxumasından sonra, günün birində ilhamlanaraq özünü əsl cəngavər hiss etdiyini yəqin xatırladınız... 
Alonso Kixanonun özünə "Don Kixot" adını seçərək, ulu babalarından yadigar qalan yaraq-əsləhəni də taxıb, səfehliklər etdiyini göz önünə gətirdim. Saxta qəhrəman romanda Rosinant adlı qoca və arıq atına minir, Sanço Pansa adlı kəndlisini də özünə köməkçi edir və haydi səfərlərə,... haydi, avaralığa.., haydi, dəliliyə..haydi, həbsxanaya...dəh-dəh, haydi təlxəkliyə...

Romanın məğzini, qəhrəmanların nələr etdiklərini və başlarına gələn əhvalatları oxuyanlar bilir deyə, uzatmağım yersizdir.

Bənzətmə gətirirəm. Məncə, mənə aylardır dil uzadanların çabaları da Don Kixotun hərəkətləri kimi əks nəticə verir. Bəzi Don Kixotlar rəzilliklərinin xəmirində, Qəribli kimi boşboğaz isə savadsızca sətirlərinin yalanında yoğrulurlar. Kütbeyinlərin kündələri də küt gəlir .

Bu Qəribli təkcə Don Kixot deyil, həm də eyni vəziyyətdə Mətbuat Şurasında əyləşən ağalarının – "azman media Don Kixotları”nın zavallı Sanço Pansası rolundadır. Özü də cüssəli bədənilə yox, eləcə də zehniyyətcə 5-də 5 dəqiqliklə kimlərinsə lap Sançosudur da...
Beləliklə, növbəti şər taktikasında boynundakı ipi ipliyindən uzun olan adam Mətbuat Şurasının Don Kixotlarından sifariş alaraq ünvanıma yenə hədyan hayqırır. Güya hansısa cinayətə meyillilərlə - çörəyini kəsib, çayını içib, indi də nankorluq etdiyi kimlərləsə məni "eyniləşdirərək" öz məhkumluğunu, kafe yandıraraq "qəhrəmanlıq” etdiyini unutmağa – unutdurmağa çalışır. Bəs, belə nankorluğunun, kimlərinsə günah əməlindən (əgər varsa) mənə pay bölməyin çox pis adla çağrıldığını bilmirmi bu? Məncə bilir, podelniklərini özü ilə içəri sürükləyəndə də eynisini etmişdi. Öz ziyanlı varlığını bütün dəyərlərdən üstün tutmuşdu...
Dustaq yoldaşları deyir ki, yanında cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş Hacı kişi də, Nizami adlı gənc də bunun əlindən lələdağ imişlər. Podelnik olmalarına çox peşiman imişlər... 
Adamın içində” EQO” vulkanı var ki, əsla dinmir. Kiminləsə didişmək üçün, məşhur olmaq üçün içi didilir. 
Mənə gələndə, durum tam fərqli - mən yalquzağam. Kiminsə etdiyinə qoşulmamışam və kimlərisə kafe yandırmağa, podelnikliyə əsla çağırmamışam. Qəribli və dəstəkçiləri məhz bu fərqə görə mənə dözə bilməz, əziz dostlar!...
Müqəssirim yenidən üzür borcunu bir kənara atıb, bir xəbər yaydırıb, cuvarlarla meydan sulayır. Həm də Göygöl Məhkəməsinin icraatında olan 9 səhifəlik cəfəng, əsassız iddiasını xəbər edib, eyhamlarla sevinib, ədası lap ərşə qalxıb. İcazənizlə, təbəssümlə xeyli gülüm və yazıqlar olsun deyim, bu durumda... ( Çünki, ona məhkəmədə qarşılıqlı iddiam ilə "şərəf və ləyaqət” dərsi keçəcəyimi anlamış deyil! )
Dəyərli dostlar! İşə yaramaz xəbərdə diqqətçəkən "ən təsirli” cümlə belədir:” M. Qəriblinin sözlərinə görə, o, ömründə ilk dəfədir ki, şikayətlə məhkəməyə müraciət edir”. 
Maraqlıdır, deyilmi?! 10 illik məhbəs dövrünü saymasaq, ömrünün cəmi bir neçə ilini media adından çıxış edən bu adam axı nə zaman özünün etdiklərinin, onu-bunu söydüyünün fərqinə vara bilmişdi və cəzası bitmişdi ki, kimisə məhkəməyə də versin. Yəni, həmişə söyən tərəf sağlam və islahedici tənqidlərimi həzm edə bilməzdi ki? Bilməzdi – Çün, nəsihəti həzmə xirttək gərək...
Etdiklərinin cavabını vermək məcburiyəti isə, elə bu cümlədən xalidir. Məndən əvvəlki hədəfləri bəlkə də daha ağıllı və təmkinli olublar, bu səfehin cavabını tutarlı verib "ifşa”etməyi önəmsəməyiblər. Zaman və enerji sərfiyyatımı, bu yolla ictimai qınaqla beləsinin ağıllanmadığını nəzərə alsaq, əslində daha haqlı görünənlər məndən öncə” söyülən”” sələflərim”dir. Axı, kim idi ki, mən qoydum bunu adam yerinə...
Bütün təhqiri atmacalarında müşahidə olunan məntiqsizliyi və həyasızlığı hələlik ortada qalıb. Bu Don Kixot və ya Sanço uydurduğu adi yalanları ilə özü kimi sözlərini də allaş-dollaş edib. Adam ədəbi savadsızlığını qərəzi ilə yenə qarışdırıb. Öz aləmində mənə "mübarizə”sində sanki TRİO yaradıb. Bilin niyə - adam tək qalanda nəfəs ala bilmir, sözünü deyəndə belə köməkçi, yardımcı, dəstəkci axtarır. Adam təkliyinə qorxanın təkidir. Amma özünü "XOXAN" kimi aparır. Kimsə bundan qorxmasın!..
Çaqqal öz sürüsü olmadan meşədə dolaşmağa cəsarət bulmadığı kimi, ətrafında bir qıyverəni, qıl verəni olmadısa, Qəribli əxlaqı əyri yoluna da tək vara bilmir. Həbsdə oldu - podelnikləri, sosial şəbəkədə kimisə söyür – podelnikləri, layk edirsə - yenə şərikləri. Şərikləri, podelnikləri özündən fiziki görünüşdə fərqlənir, əqidə-əxlaq tərzi isə eyni..
Özünün dediyi kimi, Qəribli Göygöl Məhkəməsində şərəf və ləyaqətinə qahmarlanıb, mənə "dava" açıb. Pah, atonnan, qorxdum, kömək edin deyəcəkdim... 
Bəs, şərəf, ləyaqətinin müdafiəsinə qalxışan kişiyə, sizcə, burdadamı podelnik gərək?! Don Kixot - Sançoya mütləq gərəkdir. Bütün hisslərində, duyğularında, yaşamında, bütün həyatında belə bu yaramaz podelnik axtarır və bu haramzadalıqdan ötə xarakter deyil. Ayıbdan da ayıb, vallah... 
Kül başına Sanço!... Görüm eşşəkdən yıxılasan Don Kixot! Düşüncə xəstəliyidirsə, etdiklərin - Allah şəfanı versin, saxta qəhrəman!..
Bəs bu TRİO-lar – Qəriblinin "Şərəf və ləyaqət” podelnikləri kimlərdir?
Biri, özü - tərbiyyəsizcə şəxsimi aramsız təhqir edən, Mətbuat Şurasının söyüş troluna dönüşən zavallı "Sanço”; 
digəri – Şeyx Nizami Gəncəvinin ruhunu Qaxın Qum kəndində axtaran, 2002-ci ildə yazdığı bir məqalə ilə Gəncəlilərdə ikrah oyadan, Elmar Vəliyevin hökmü ilə müxbirlikdən qovulan, adaşı Əhməd Əhmədzadəyə görə Göygöl SSİ-nin işlərinə müdaxilə etməklə bir idarədə "yuva quran”, maxinasiyalara yol açan qocaman yazar Əhməd İsayev; 
Və, bambılılıq edib Göygöl SSİ-ni ata-baba malikanəsi bilib, idarədə lotuluq, talançılıq edən, dost-aşnasını satan rüşvətxor, korrupsioner, alçaq boylu bir məmur - İlqar Məhərrəmov. ( Red: Bildirək ki, Osman Nərimanoğlunun müraciəti əsasında 1 fevral 2019-cu il tarixində bu məmurun barəsində böhtan və təhqir maddələri ilə cinayət işinin açılması üçün Gəncə Apelyasiya Məhkəməsində Apelyasiya şikayətinə baxılacaq. İlqar Məhərrəmov Mətbuat Şurasına "Demokratik.Az" saytı və rəhbəri barədə dəfələrlə böhtan dolu şikayət məktubu ünvanlayıb. Gözlənilməz mübahisələr doğurub) 
Mövqeyimi təkrarən ifadə edirəm və deyirəm. Bu kimi rəzilləri tənqid etmək azından mənəvi borcdur. Bundan da nəinki peşmançılıq, əksinə, fəxarət hissi keçirirəm. Bunların maskası, iç üzləri, əslində cəmiyyətdə kim olduqları və mənfur əməlləri həmişə faş edilməli, layiq olduqları yer göstərilməlidir. Necə ki, üzərimə düşəni də edirəm. 
Qəriblinin dövriyyəyə buraxdığı gülməli daha bir məqam var: Güya Yasamal Məhkəməsində səhvimi etiraf etmişəm.(?) Fil-filo, ful-fulo püskürməcəsi..
Bu qədər qeyri-ciddi yalanlara artıq mənim və dəyərli oxucumun qarnı toxdur. Belə lazımsız qalmaqalda səhvi olmayan kimə hansı səhvi etiraf edəcəkdi ki?!
"Ey!, Sanço!, yəqin tez-tez acırsan, belə şikəst yalanlarını həmişə özündə saxla. Çünki, tox olmaq üçün mənəvi toxluğa ehtiyac var, yemək tıxamağa yox... Əqidən olsun bir az, əqidə şikəstliyin olsa da, bunu çox biruzə vermə, məncə!

Gələk ən əsas Don Kixotlara və "Sançonun” əlinə verilən təsəlli məktubuna!

Saxtalaşdırılan növbəti qərardan təsəlli məktubu...

 

 

Azərbaycanda Mətbuat Şurasının destruktiv fəaliyyətilə özünü doğrultmadığı, alternativ qurumlara, alternativ nəzarətçilərə ehtiyac yarandığı zaman-zaman səslənir. Hesab edirəm ki, hələlik Əflatun Amaşovun sədrlik etdiyi bu repressiv quruma qarşı lazımi təsiredici müstəqil KİV qurumunun yaradılması bir ehtiyac olaraq qalmaqdadır. Ona görə də, bədnam qərarla və məqsədli şəkildə mənim və media orqanımın adının MŞ-nin "qara siyahısı”-na salınmasına tək üsyan edirəm. Bu mənim haqsız olduğumu göstərmir, əksinə! Etiraz etməyimə də hüquqi baxımdan haqqımın olduğu danılmazdır.
MŞ-nin Sançosunun xəbərə əlavə etdiyi "ARAYIŞ” özü də qurumun qərarının saxta olduğunu isbata yardım edir. Bundan əlavə, bir aydan artıqdır Nərimanov rayon Məhkəməsində qaldırdığım iddianın Mətbuat Şurasını qorxuya salması, məktubumun yoxa çıxarılması, işin aidiyyatı məhkəmədə icraata götürülməməsi, sənədlərimin isə nədənsə geri qaytarılmaması təsadüf deyildir. Bu işdə deputat Əflatun Amaşovun şəxsən dəri-qabıqdan çıxması mənə yaxşı məlumdur. Qurumun bu etdikləri çıxardığı qərardakı özbaşına davranışlarını da kölgədə qoyur.
Deputat mandatı ilə özünü "toxunulmaz” edən və haqqı, hüququmu pozub məni "REKET” adlandıran cənab Amaşovun və yanındakıların "Don Kixot” mövqeyi ancaq təəssüf doğurur. Çünki, "reket”çilik mənim sərt sözlər yazmağımla, tənqidlərimlə, bu ictimai qurumun qərarlarını icra etməməyimlə reallaşmır. ”Reketçilik” əməllərlə;
- Azərbaycan Mediasını hörmətdən salmaqla,
- Jurnalistlər üçün tikilib-paylanan evlərdə layiq olmayanlara haqq tanımaqla;
- Prezidentimzi aldadıb, KİV-in inkişafına ayrılan milyonlarla vəsaiti havaya sovurmaqla;
- pullu məmurların şikayətini bəhanə edib ləyaqətli jurnalistlərin adının qarşısına "reket” yarlığı yapışdırmaqla,
- və bir "Sanço" ilə mənə namərdcəsinə hücum etməklə olmurmu?
Reketçiliyin açması çox ağır və məzmunludur axı...
Sözüm yenə Sançoyadır: " Ey, MŞ-nin buyuruq qulu, zavallı Sanço! Əgər iddia etdiyin kimi, məni MŞ-nin trolu qismində "reket” elan edirsənsə, buna inanırsansa, gəl ümumi lənətlər də yağdıraq. 
- Həqiqətən, kimlərisə şantaj edib pul tələb edən, sənin və "ağalarının” təbirincə desək;"reket”çilik edən bu ölkənin ən alçağı və ən ləyaqətsizidir. 
- Məmurlardan pul alıb alçaq işlər görən, pulla yazılar yazıb onun-bunun şərəf-ləyaqətini alçaldan, ölkədəki media siyasətinə ləkə gətirən, pulları oğurlayıb özünə villalar tikən, aldığı rüşvət pulla bahalı maşınlar alan və özünü toxunulmaz bilən də hər kim (lər) sə mənliyinə də, kişiliyinə də, qeyrət-namusuna da bolluca şübhə gətirəndir.
BUNA NECƏ, RAZISANMI? 
Bütün lənətim mənə, ardından sənə və paralel, pərdəarxasında yalandan qarşısına çıxana "reket”deyib çərənləyən, əsas olmadan məni ləkələməyə çalışan hər kəsə aiddir. Kim əməli salehdirsə, lənətdən təbii ki, azaddır... 
Don Kixotu bir daha xatırladım: "Məşhur roman Don Kixotun xülyalarından ayrılması ilə başa çatır. O, məyusluqla cəngavərlikdən əl çəkir və öz adi - real olan həyatına qayıdır. Və sonra öz var - yoxunu bir nəfərə əmanət edib, ölür”.
Biz jurnalistlərin ölümündən sonra övladlarına, rəhmət oxuyacaqlarına miras edəcək evi, villası, pulu olmaya bilər. Bu vacib də deyil, qismətə, mənəviyyata daha çox bağlıdır. Amma, o dünyaya aparacağımız mirasımız da var - o da bu fani dünyadakı əməllərimizdir. 
Vay halımıza ki, özümüzə lənət payı şəllənib tanrının hüzuruna gedək. Bax onda yanımızda arxalana biləcəyimiz, özümüzə şərik edəcəyimiz, axtaracağımız podelnikimiz olmayacaq.
Yazar mənə görə, öz qələminin qüdrətindən doğan fikir xəzinəsilə daha zəngindir. Əməllər isə son mənzili bəlirləyəcək niyyətə birbaş bağlıdır.
Bunu anlamayanlara və hələ də öz şirin yuxularında olanlara Don Kixot və Sançonun kimliyi yaraşır...
Oyan, ey qafil, oyan!... 

Osman Nərimanoğlu

 

Demokratik.Az

Oxşar xəbərlər