Həkim Hadı Rəcəbliyə xatırladır: "Tibbi sığorta nə olan ŞEYDİ"?

  • 26 yan 2019, 17:44

Həkim Məzahir Məmmədov özünün facebook səhifəsində Azərbaycanda hələ də tibbi sığortanın tətbiqinin ləngidiyinə tənqidi münasibət bildirib. Həkim Gürcüstan nümunəsini xatırladaraq, sabiq nazir, hazırda Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi deputat Hadi Rəcəblinin də adını çəkərək ona iradını ifadə edir.

"Demokratik.Az" statusun ictimai əhəmiyyətli hesab edir və olduğu kimi oxucularının diqqətinə çatdırır.

"2008-ci ilin əvvəlləri idi...

Tiflisdə konfransdaydıq...

Gürcüstanın səhiyyə naziri (cavan bir oğlan idi, Harvard Univerisitetinin tarix fakültəsinin məzunu olmuşdu, işlətməçilik kursu keçmişdi) əhalinin 85%-nin dövlət tərəfindən tibbi sığortalandığını söylədi.... (2010-cu ildə 100%....).

Orada azərbaycanlı 4-5 nəfər idik. Bir-birimizə baxa-baxa qaldıq...

Biz neft ölkəsi, bunlar Borjomi-Sairmi, limon-mandarin ölkəsi....

Sonra o söyədi ki, islahat nəticəsində tibb müəssisələri (strateji obyektləri müstəsna olmaqla) tam özəlləşdirilmiş, tibbi kadrların 63%-i ixtisara düşmüş, yerdə qalan qabiliyyətli, savadlı kadrlar dünyanın qabaqcıl ölkələrinə təkmilləşdirilməyə göndərilmişlər...

Həmin axşam bizə - qonaqlara ziyafət verildi. Nazir və nazir müavini bizim boşqablarımıza ümumi qabdan yemək qoyub qulluq edirdilər. Şəxsən mənim xəcalət və heyrətdən xirtdəyim yanır, udquna da bilmirdim...

Sonra, bildik ki, ziyafətdə və həmin konfransda Saakaşvilinin xanımı da varmış. Və o bizimlə birlikdə, hamı kimi kofe fasiləsində növbəyə dayanıbmış...

O gecəni ilan vuran yatdı, mən yatammadım...

O illərdə bizim Şəmkir rayonunda da səhiyyədə " islahat" aparılmışdı. 2 terapiya, 2 cərrahiyyə şöbəsi yaradılmışdı. Dəri-zöhrəvi dispanser, qastroenterologiya, revmatologiya, nevrologiya və nəhayət sərhədyanı bölgədə, Bakı-Qazax yolunun üstündə travmatologiya şöbələri bağlanmışdı.... Qotur, sifilis, infarkt və insult xəstələri bir palatada " müalicə" almağa məhkum edilmişdilər və sairə, və ilaxır...

1996-cı ildə prezident (Heydər Əliyev -red) MM-də Hadıya (Rəcəbliyə-red) tibbi sığortanın tətbiq olunması məsələsini tapşırmışdı...

20 il sonra, 2016-cı ildə Hadı "məsələ" qaldırdı ki, "biz sığortanın tətbiqi üçün xaricdən mütəxəssislər çağırmalıyıq görək bu sığorta nə olan ŞEYDİ"?..

Başınızı çox ağrıtdım... Budur bizdə insanların konstutsional sağlamlıq hüququna münasibət!? 100-150 $ civarında məvacib alıb dövlət müəssisələrində çalışan həkim və tibb işçilərini həm dövlət və həm də əlac uman xəstələrin aşağılaması nə qədər ədalətlidir?..

Məncə "öküzü qaldırıb, altından bala istəmək" qədər...Nə deyirsiz?..


Oxşar xəbərlər