İranda müalicə alan 5 yaşlı qızcığazın valideyinləri yardım istəyir

  • 25 yan 2019, 18:46

Möhtərəm cənab Prezident ! Çoxhörmətli I Vitse-Prezident ! Əziz həmVətənlər !

 

 

 

 

 

 

 

 

Biz, Məcidovlar ailəsi, ilk öncə Sizləri salamlayırıq və bütün işlərinizdə ən xoş arzularımızı diləyirik. Çox-çox üzr istəyirik, lakin bu gün elə bir əlacsız vəziyyətdə qalmışıq ki, artıq göydə Allah-Təalaya, yerdə isə Sizlərə yalvararaq, xahiş edirik ki, bizə təcili köməklik edəsiniz. Məsələ orasındadır ki, qızımız, 13.08.2014-ci il təvəllüdlü Məcidova Fatimə Cəlal qızı 07.10.2017-ci il tarixindən etibarən qan xərçəngi xəstəliyindən əziyyət çəkir. "Linfo Leykoz ALL” diaqnozu ilə hal-hazırda İran İslam Respublikasında qohum-əqrəbanın köməkliyi ilə müalicə olunur. Bu müalicə ilə əlaqədar mən, Məcidov Cəlal öz daimi iş yerimdən çıxmalı oldum, evimizi dəyər-dəyməzinə satmalı olduq və övladımızı İrana gətirib müalicə etdiririk. Üç yaşından müalicə olunan körpə qızcığaz dəhşətli əzablar çəkir, lakin həyat uğrunda mücadilə edir, təslim olmur. Sadəcə olaraq iki ildir ki, mütəmadi müalicə olunan Fatimə qızımızın həyatda qalması üçün və çox güman ki, sonda tam sağalması üçün müəyyən maddi vəsait lazımdır. Həmin maddi vəsaitin əldə olunmasında yaxından köməkliyinizə böyük ehtiyacımız var.Cənnətlik Heydər Əliyev körpə balalara böyük qayğı ilə yanaşırdı və onun varislərinin – İlham Əliyev cənablarının və  Mehriban Əliyeva Xanımlarının da daim bu körpələrə necə xüsusi diqqət yetirdiyini bütün dünya bilir. Cənnətlik Heydər Babanın sevimli Nəvəsi Leyla Xanımözü də razı olmaz ki, 5 yaşı hələ tamam olmamış bu körpə qızcığaz maddi çətinlik üzündən gözümüz görə-görə canını tapşırsın. Biz inanırıq ki, adi bir vətəndaş kimi, Azərbaycanlı Ata və Ana kimi Sizlərə olan bu imdad və fəryad dolu müraciətimizdən sonra mütləq bir çarə tapılacaq və 4-5 yaşlı Fatimə qızımız Sizlərin maddi dəstəyinizlə tam müalicə olunaraq sağ-salim Vətəninə dönəcəkdir. Sizlərin də balalarınız, nəvələriniz var. Bir anlığa, iraq olsun, özünüzü bizim yerimizdə hiss edin. Qarşınızda diz çökərək imdad dolu fəryadla Sizlərdən çox-çox xahiş edirik ki, bizim balamıza köməklik edin, onu yenidən həyata qaytarın. Qarşınızda baş əyirik və öncədən Sizlərə təşəkkür edirik. Çox sağ olun !  Allah-Təala Sizləri və doğmalarınızı qorusun ! Amin ! Rəbbülaləmin !

  

            Sonsuz  ümidlərlə: Məcidov Cəlal M.o. və Məcidova Şəhla Ə.q.

25 yanvar 2019-cu il. tel.(@WP)№ 0506937647 (Azərbaycan)

Bank Respublikada yardım üçün hesab №-ci 380194403204055603; ŞV16364990

İran İslam Respublikasında Əlaqə Tel. №-si  +989147062377 və  +989147062358

 



 


 

Oxşar xəbərlər