GDU-nun elmi katibi rektorla Cehun Bayramovu üz-üzə qoydu - QALMAQAL

  • 23 iyul 2019, 12:26

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovla təhsil naziri Cehun Bayramov yenidən üz-üzə gəlib. Belə ki, nazir sonuncu telefon danışığında rektoru sətr şəkildə danlamağa məcbur olub. Səbəb isə GDU-nun elmi katibi Teymur İsmayılovla Gəncə şəhər 3 saylı Peşə Liseyinin direktoru Fazil İsmayılov arasında dərinləşməkdə olan şəxsi ədavətli narazılıqlardır. 

Bu barədə "Demokratik.Az"-a ötürülən məlumata görə, bir müddətdir GDU-nun elmi katibinin yuxarıda adıkeçən liseyin direktoru Fazil İsmayılova qarşı savaş açması böyük qalmaqal yaradıb. Ötən ay direktor elmi katibin İsmayıl adlı oğlunu müqavilə müddəti bitdiyi bəhanəsilə müavinlikdən işdən qovub, nəticədə tərəflər arasında başlayan narazılıq nazir Cehun Bayramov səviyyəsinə qədər irəliləyə bilib. Hazırda qəzəbli ata oğlunu işdən qovan lisey direktorundan hər vəchlə qisas almağa çalışır. 

Mənbəmizdən aldığımız xəbərə görə, Teymur İsmayılov qisas üçün işə bəzi mirzələrini cəlb edərək lisey direktoruna qarşı "kompromat müharibəsi" aparır. Bu səbəbdən, münaqişə artıq elektron mediada da təzahür edir. Bu təhsilimizin saflaşması üçün vacibdir, amma məqsəd şəxsi qərəzlə baş verməsəydi...

İşdən qovulan müavinin əlində hansı faktlar var ki?!

Bir müddətdir Gəncə şəhər 3 saylı Peşə Liseyinin direktoru Fazil İsmayılovun korrupsiya, özbaşınalıq əməlləri iddia olunan materialların elektron xəbər portallarına ötürülməsi və dərci prosesi gedir. 

 

 

 

Demokratik.Az-ın elektron poçt ünvanına göndərilən aidiyyatı məktublarda da liseyin direktoru barədə ciddi əsaslı korrupsiya və rüşvət faktlarına yer ayrılır. Diqqətçəkən mühüm məqam ondan ibarətdir ki, həmin informasiyalarda liseyin 100-lərlə şagirdinin dəqiqliklə adı çəkilir, onların təqaüd kartlarının əllərindən alınması, pulların direktor tərəfindən mənimsənilməsi kimi cinayət xarakterli əməllər ifşa edilir.

Yazılan həmin faktlar təbii ki, ciddi şəkildə araşdırılmalıdır. Və hələ də lisey direktoru tərəfindən ittihamlara aydınlıq gətirliməməsi ittihamların əslində real olması düşüncəsini ortaya atır.

Əvvəlki yazını oxumaq üçün buraya tıkla - Gəncədə 3 saylı Peşə Liseyi necə KORRUPSİYALAŞIB ?

Lakin, bu cür dəqiq bilgilərin mediaya ötürülməsi və bizim əldə etdiyimiz sair bilgilər onu deməyə əsas verir ki, bu faktlar məhz işdən qovulmuş İsmayıl İsmayılov tərəfindən ötürülür. Bunun belə olduğunu direktor da öz yaxın çevrələri ilə müzakirə edir.

Bizim əldə etdiyimiz məlumata görə, əslində işdən qovulan və bununla razılaşmayan İ.İsmayılov da illərdir Peşə Liseyində tuğyan edən özbaşına korrupsiya hallarına direktor Fazil İsmayılov qədər məsuliyyət daşıyır. Yəni,  sabiq direktor müavininin özünün də tələbə təqaüdlərinin mənimsənilməsində iştirakı istisna deyil. O da bildirilir ki, müdir öz "təqaüd maxinasiyaları"nı və bənzər korrupsiya əməllərini sabiq müavinin əli ilə reallaşdırıb.

GDU rektoru İsmayılovu, nazir isə lisey direktorunu "qoruyur"?!

Hazırda lisey barədə yazılanlar araşdırılsa da, aidiyyatı qurumların "hərəkətsizliyi" liseyin direktoruna arxayınlıq verir. Bundan əlavə, "Demokratik.Az"-a danışan mənbə bildirir ki, qalmaqallı direktorun arxasında sabiq təhsil naziri, hazırda Vergilər naziri olan Mikayıl Cabbarovun Yevlaxda çalışan sinif yoldaşı Vüsal Məmmədov durur. İllər öncə Fazil İsmayılovun Gəncə Dövlət peşə təhsil mərkəzinin direktoru vəzifəsinə gətirilməsi də adıkeçən nüfuzlu şəxslərin adı ilə bağlıdır. 

GDU rektorunun nazirdən "aldığı" iradlara gəlincə, bildirilir ki, "demoqoqluq" edən İ.İsmayılov 3 saylı peşə liseyinə məhz Yusif Yusifovun təqdimatı ilə düzəlmişdi. Yəni, Fazil İsmayılov işdən qovduğu müavinini rektorun xahişi ilə işə götürmüşdü. 

Belə olan halda, rektor elmi katibi və oğlunu müdafiə edir. Təhsil nazirliyi isə narazılığın durdurulması üçün rektor qarşısında haqlı tələblər qoyur. 

Onu da bildirək ki, rektor GDU-nun elmi katibinə qarşı xüsusi simpatiya ilə yanaşır. Teymur İsmayılovun oğlu İsmayıl İsmayılov da atasının köməyilə GDU-nun məzunu olub.

Elmi katibin GDU-da "kimyaçılar klanı"na rəhbərlik etdiyi, universitetdə özünü idarəçi biri kimi aparması da dəfələrlə iddia edilib.  O da təsadüfi deyil ki, Teymur İsmayılovun həyat yoldaşı da ixtisasça kimyaçıdır və Yeganə Əliyeva GDU-nun Coğrafiya kafedrasının müdiridir.

Universitetin elmi katibi və sənəd qəbulu komissiyasının sədri vəzifələrini də tutmaqla, Teymur İsmayılov bu gün faktiki olaraq GDU-nun fəaliyyətini yönləndirən şəxslərdən biridir. Təbii ki, bütün elmi şuralarda hazır mühazirələrini üzündən zorla oxuyan elmi katibin gücü rektora bağlıdır.

İllərdir korrupsiyadan və özbaşınalıqdan əziyyət çəkən Gəncə 3 saylı peşə liseyinə inzibati nəzarətin bərpa olunacağına ümidlər isə tükənməyib...

Osman Nərimanoğlu

Yazıda adıkeçən hər kəsin söz haqqını tanıyırıq...

Demokratik.Az


Oxşar xəbərlər