Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:41 - 19.06.2019  
"Silahımız düşməni məhv edəcək qədər çoxdur "-ekspert"
Tarix: 11-01-2019, 09:15 | Bölmə: ---

Polkovnik Şair Ramaldanov: "Ali Baş Komandan demişdi ki, Azərbaycan və Ermənistanı təkbətək qoysalar, ordumuz qısa bir zamanda işğalçı ordunu darmadağın edər”

"Silahımız düşməni məhv edəcək qədər çoxdur "-ekspert"Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silahlarla, hərbi texnika ilə təchiz olunması dövlətimizin prioritetləri sırasındadır. Havadarlarına arxalanan Ermənistanın işğalı altında olan ərazilərimizin azadlığı təbii ki, ordumuzun düşməndən dəfələrlə üstün olmasından keçir və bütün resurslar bu hədəfə yönəldilib.

Silahlı Qüvvələrimizin silah-sursatla təchiz olunması istiqamətində İsraillə, Türkiyə, Rusiya, Pakistanla sıx əməkdaşlıq edilir. Son zamanlar isə bu sıraya ölkəmizin digər müttəfiqi Belarus da əlavə olunub. Məlumata görə, son illər Belarus şirkətləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasında yer alan "S-125 Peçora” və "Osa” zenit raket komplekslərinin modernləşdirilməsi proqramına qatılıblar. BMT-nin Adi Silahlar Registrinə təqdim edilən hesabata əsasən, Azərbaycan 2005-2017-ci illərdə Belarusdan 153 ədəd T-72 tankı, 60 ədəd BTR-70, 158 ədəd haubitsa əldə edib. Bu haubitsalardan 12-si 203 mm-lik "Pion” (atış məsafəsi 50 kilometr) özeyeriyən artilleriya sistemi, 26-sı 2017-ci ildə alınmış "Giatsin-B”, 120 ədədi isə D-30-dur. Bunlarla yanaşı, Azərbaycan adıçəkilən ölkədən 11 ədəd "Su-25" döyüş təyyarəsi əldə edib. Bu təyyarələr modernləşdirilib.

Qeyri-rəsmi informasiyaya görə, on illik əməkdaşlıq ərzində Minsk Bakıya təxminən 500 milyon dollarlıq silahlar, hərbi təyinatlı texnika və avadanlıq satıb. Son zamanlar Belarus Ermənistanı Azərbaycana satdığı "Polonez” raket kompleksləri ilə şok vəziyyətinə saldı. "Polonez”in üzərində döyüşə hazır 8 raket var. Kompleks düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Bu isə Ermənistanın "İsgəndər” təhdidlərinə tutarlı cavabdır.

Üstəlik, Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının alışını 85,7% artırıb. Məlumata görə, əgər 2017-ci ildə Azərbaycanın Türkiyədən aldığı müdafiə və aviasiya məhsullarının qiyməti 34,143 milyon dollar təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 63 milyon 409 min dollara bərabər olub.

Amma sadə respondentlərin daha çox ünvanladıqları suallardan biri budur: Azərbaycan bu qədər müasir silah-sursat, hərbi texnika alırsa, bəs onlardan düşmənə qarşı nə zaman istifadə olunacaq? Əslində haqlı yanaşmadır. Bəli, düşmənin mövqeyi bəllidir. Ermənistan sülh yolu ilə yola gəlmək istəmir. Əksər ekspertlər də deyir ki, ikinci aprel zərbəsi lazımdır ki, düşmən konstruktiv mövqe sərgiləsin. Elə isə yolumuzu kəsən nədir?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, alınan, yaxud istehsal olunan silahların dərhal tətbiq olunması mütləq deyil: "Çünki silahlı qüvvələr formalaşır, inkişaf edir, yeni silahlar, yeni imkanlar üzə çıxır. Bununla əlaqədar qarşıya qoyulan tapşırıqlar çərçivəsində silahlı qüvvələr formalaşır. Bu, təbii, normal bir prosesdir, hər bir dövlət öz silahlı qüvvələrini müasir silahlarla silahlandırmağa çalışır”. O ki qaldı Azərbaycan Silahlı Qüvvələrinə, Ş.Ramaldanov dedi ki, burada əsas məqsəd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üzərinə düşən vəzifələri yerinə yetirməkdir: "Həm də təbii ki, qarşımızda böyük bir vəzifə durur və Silahlı Qüvvələrimiz də buna hazırlaşır. Söhbət işğal altındakı Qarabağ torpaqlarının azad olunmasından gedir. Bununla əlaqədar Azərbaycan Silahlı Qüvvələri, əlbəttə, silahlanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı öz çıxışında demişdi ki, Azərbaycan və Ermənistanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa bir zamanda işğalçı ordunu darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu da təbii ki, Azərbaycanın bugünkü silahlanması, bugünkü potensialı ilə bağlıdır. Azərbaycan Silahlı Qüvvələri bu gün o resursa malikdir ki, işğal olunmuş ərazilərin azad edilməsi funksiyasını yerinə yetirsin. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı var və silahlı qüvvələrimiz onun əmrini yerinə yetirir. Ona görə də Azərbaycan Silahlı Qüvvələri bu gün daim gündəlik fəaliyyətində özünün döyüş hazırlığını yüksəldir, mütəxəssislərin peşəkarlığını artırır və bu fəaliyyətini davam etdirir”.

Polkovnik Ramaldanov Azərbaycan ordusunun gücünün beynəlxalq miqyasda təsdiq olunmasına da diqqət çəkdi:"Beynəlxalq qurumların reytinqinə görə, Azərbaycan ordusu dünyanın 50 güclü ordusunun sırasında özünə yer alıb. Bu qiyməti biz verməmişik, ən nüfuzlu beynəlxalq qurumlar verib. Bu gün Azərbaycanın hərbi mütəxəssisləri istər Gürcüstan və Türkiyə ilə birgə təlimlərdə, istər hansısa yarışlarda - Rusiyada tankçıların, Qazaxıstanda topçuların, ya da Türkiyədə xüsusi təyinatlıların yarışlarında, istərsə də Əfqanıstanda sülhməramlı qüvvələrin öz tapşırıqlarını yerinə yetirməsi - Azərbaycan Silahlı Qüvvələri öz inkişafı və peşəkarlığı ilə seçilir”. 

Azərbaycan ordusu üçün alınan silah-sursatdan, hərbi texnikadan nə zaman düşmənə qarşı istifadə olunacağına, yaxud işğalçılara qarşı əməliyyatlara başlanacağına gəldikdə, Ş.Ramaldanov aşağıdakıları söylədi: "Bilirsiniz ki, bununla əlaqədar Azərbaycan prezidenti hələlik Qarabağ məsələsinin sülh yolu ilə həll imkanlarının tükənmədiyini deyib. Qeyd edib ki, əgər sülh yolu nəticə verməsə, biz güc yolu ilə öz torpaqlarımızı azad edəcəyik. Danışıqlar bərpa olunub və bu istiqamətdə artıq müsbət addımlar da atılmaqdadır. Qarşı tərəfdə, Paşinyan hökumətində də sülh yolu ilə tənzimləmə istiqamətində müəyyən meyllər hiss olunur. Azərbaycan Silahlı Qüvvələri əmr alarsa, tapşırığı yerinə yetirməyə hazırdır. Azərbaycan ordusundakı müasir silahlar və döyüş hazırlığı buna tam imkan verir”.

Xəbər 1093 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26359] initstartout [0.00018] initstartin [0.00270] calstart [0.01302] calend [0.00067] topnewsend [0.01466] rsssend [0.00000] ehgend [0.01342] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.21833]