Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:42 - 18.01.2019  
İnqilab eyforiyası bitdi - Paşinyan məhşər ayağına çəkilir
Tarix: 9-01-2019, 09:26 | Bölmə: ---

Düşmən ölkədə yeni kritik dönəm başlayır; "Keçid dövrü başa çatdı, səhv limiti tükəndi” yazan qərbyönlü erməni mediası Paşinyandan real iş tələb edir; erməni baş nazir əvəzi isə xalqa Leninsayağı çağırış etdi: "İşləmək, işləmək, işləmək...”

İnqilab eyforiyası bitdi - Paşinyan məhşər ayağına çəkilirDünən Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəlişinin 8 ayı tamam oldu. Bu müddət istənilən siyasi qüvvə üçün özünü yaxşı tərəfdən göstərmək baxımından kifayət qədər böyük zamandır. Lakin müstəqil erməni təhlilçiləri də etiraf edirlər ki, bu müddətdə işğalçı ölkənin siyasi, sosial-iqtisadi problemləri və təhlükəsizliyi ilə bağlı inqilaba qədərki ağır vəziyyət inqilabdan sonra da öz ağırlığını saxlayır.

Ən əsası, Sərkisyan rejimini, Qarabağ klanını devirən erməni xalqının öz güzəranı əsla yaxşılaşmayıb, ölkədən kütləvi köç səngiməyib, böyük xarici sərmayələri Ermənistana cəlb eləmək mümkün olmayıb, xarici borclar artıb, xarici siyasət prioritetləri dəqiqləşməyib. Dağlıq Qarabağ məsələsi və müharibə riski də öz yerində. Paşinyan və komandası ötən zaman kəsiyində də populist bəyanatlar verməkdə davam edib.

Nəticədə 8 ay öncə ilə müqayisədə Paşinyana qarşı istər Rusiyanın, istərsə də Qərbin (ABŞ-ın) inamı-etibarı azalıb. Ermənistan daxilində də ona inam zədələnib. 9 dekabr parlament seçkilərində elektoratın cəmi 48%-nin seçkilərə gəlməsi həm də bunun anonsu idi.

*****

Bu arada Paşinyan ölkə vətəndaşlarını Yeni ilin ilk iş gününün başlaması münasibətilə təbrik edib (?!) və yenə populizmindən qalmayıb. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə Painyan özünün facebook səhifəsində yazıb və mövcud problemlərin həlli yolunu göstərib: "Bizim bütün problemlərimizin yalnız bir həll yolu var, bir müstəsna yol var. Onun adı - zəhmətdir. Yaşasın zəhmət! Hamı iş başına”, - deyə o bolşeviklərin lideri Leninsayağı öz xalqına müraciət edib.

Amma problem də elə Ermənistanda iş qabiliyyətli əhalinin özünə normal iş tapıb işləyə bilməməsindədir. Artıq sadə ermənilər Paşinyan və komandasının bu problemi həll edəcəyinə inanmırlar. Əsas da əlbəttə ki, Ermənistanda inqilabdan sonrakı, indiki durumdur. Ölkədə artıq inqilab eyforiyası bitib və hamı təzə hökumətdən real nəticə gözləyir.

"Bundan sonra Paşinyan komandası əvvəlki aylardakı kimi istifadə elədiyi təbliğati tezislər hesabına nəticəsizliyi izah edə bilməyəcək”. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü armenianreport.com-un dünənki baş məqaləsində deyilir.

"Yanvarın 14-də yeni hökumət formalaşacaq və baş nazir təyin ediləcək. 14 yanvarda mahiyyət etibarilə postinqilab dövrü bitir - hansı dövrdə ki, cəmiyyət aprel-mayda əldə olunmuş status-kvonun möhkəmlənməsi üçün hökumətin kiçik və böyük uğursuzluqlarına göz yumurdu. Yanvarın 14-sən sonra isə cəmiyyət artıq tələbkar olacaq, inqilabın maddiləşməsini tələb edəcək. Başqa yandan, daha əvvəlki real və ya təbliğati tezislər işə yaramayacaq”, - deyə məqalədə bildirilir.

Məqalədə ardınca deyilir: "İnqilab günlərində və ondan sonrakı 8 ayda biz təzə hökumətdən dəqiq siyasi və iqtisadi mesajlar eşitmədik. Bu mənada hələ bəlli deyil ki,  Paşinyanın 2019-cu ilin prioriteti kimi elan elədiyi iqtisadi inqilabın qayəsində nə durur. Yalnız inqilab sonrası keyfiyyətli seçkilər xarici sərmayələr üçün stimul ola bilməz, ona görə ki, Ermənistanın siyasi və iqtisadi sisteminin mahiyyətinin necə olacağı naməlumdur. Keçid dövrü başa çatıb. Əgər hətta Nikol Paşinyan bundan sonra da diletantlıq edəcəksə, buna artıq tələbkar olan toplum dözməyəcək. Başqa sözlə, Nikol Paşinyanın komandası kritik cizgini keçib, səhv eləmək limiti artıq bitib”.

*****

Erməni siyasi şərhçinin də sözlərindən qənaət hasil olur ki, artıq işğalçı ölkədə postinqilab eyforiyası başa çatıb və yanvarın 14-də o, formal olaraq da bitəcək. Bu da o anlama gəlir ki, Nikol və komandası yavaş-yavaş məhşər ayağına çəkiləcək. Real işlər görmək, uğurlu islahatlar aparmaq üçünsə, yuxarıda vurğulandığı kimi, bir neçə mühüm şərtin təmin olunması vacibdir. "Halva-halva deməklə ağız şirin olmur”, olmayacaq.

Özü də Nikol Paşinyan bir neçə ağır problemə eyni vaxtda güc vurmalı olacaq ki, erməniləri vəd elədiyi "cənnət”ə apara bilsin. Bu isə əksər təhlilçilərə görə, olduqca qəliz məsələdir. Daha doğrusu, mümkünsüzdür. Çünki həmin problemlər xarici siyasət oriyentirləri və həlli yetişən Dağlıq Qarabağ problemi ilə birbaşa bağlıdır...

"Yeni Müsavat”ın analtik xidməti

Xəbər 244 dəfə oxunub






Oxşar xəbərlər

Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15224] initstartout [0.00016] initstartin [0.00092] calstart [0.01099] calend [0.00065] topnewsend [0.00495] rsssend [0.00000] ehgend [0.00791] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12592]