Azərbaycanda işsizlik azalmaqda davam edir

  • 30 dek 2018, 10:21

2018-ci il dekabrın 1-dək Azərbaycanda rəsmi olaraq 30,4 min işsiz qeydə alınıb ki, bu da bir il ərzində 17,8 faiz azalma deməkdir.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

İşsizlərdən 38,1 faizi qadındır.

Hesabata əsasən, bu il dekabrın əvvəlinə Azərbaycanın iqtisadi fəal əhalisinin sayı 5 137,6 milyon nəfərə yaxın olub.

Qeyd edək ki, 2018-ci il noyabrın 1-ə olan vəziyyətə əsasən, muzdla işləyən şəxslərin sayı 1 552,8 milyon nəfərə bərabər olub. Onlardan 884,7 min nəfəri dövlət sektorunda, 668,1 min nəfəri özəl sektorda işləyir.

Neft sektorunda işləyənlərin sayı 33,9 min nəfər, qeyri-neft sektorunda işləyənlərin sayı 1,5 milyon nəfərdən çox olub.

Oxşar xəbərlər