QHT Qubada Region Gənclərinin Maarifçilik Forumunu keçirdi

  • 25 dek 2018, 17:50

Gənclər üçün Təhsil Mərkəzi Quba rayonunda "Region Gənclərinin Maarifçilik Forumu”nu keçirib.

Forumu giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova regionda gənclərinin bir araya gələrək belə tədbirlər keçirməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək, ölkəmizdə maarifçilik ənənələri, onun tarixi, təhsilin inkişafı, xüsusən də Mərkəzin 6 regional ofisi vasitəsilə həyata keçirdiyi maarifçilik missiyası barədə danışıb.

Mərkəzin Quba Regional Ofisinin rəhbəri İnqilab Fərzəliyev çıxışında təmsil etdiyi qurumun ölkənin şimal bölgəsinin gəncləri arasında apardığı maarifçilik işləri, həyata keçirilən tədbirlər və görülməsi planlaşdırılan işlər barədə fikirlərini bildirib.

Forumda Azərbaycan Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva, Xaçmaz Rayon Gənclər və İdman idarəsinin rəisi Elman Məmmədov, Quba Rayon Təhsil İdarəsinin nümayəndəsi Yasəmən Cəbrayılova və digərləri də çıxış edərək öz fikirlərini bölüşüblər.

Forum panel iclaslarında öz işini davam etdirib.

Oxşar xəbərlər