Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:00 - 05.12.2019  
Ermənistan böhran zolağında - Kreml sürprizi
Tarix: 17-12-2018, 09:41 | Bölmə: ---

Düşmən ölkə seçkiləri adladı, problemləri isə bir az da artdı; yeni ilin ilk aylarındaca Paşinyanı ağır sınaqlar gözləyir, çünki...

Ermənistan böhran zolağında - Kreml sürpriziÜstündən bir həftədən çox keçsə də, Rusiya prezidenti Vladimir Putin Paşinyanı seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etməyib. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sözlərindən belə anlaşıldı ki, ümumiyyətlə, Kremldən təbrik gözlənilmir. Yalnız XİN tərəfindən rəsmi İrəvana formal məzmunlu məktub ünvanlana bilər.

Ermənistanın "müstəqillik” tarixində keçirilmiş seçkilərə Rusiya tərəfdən belə ən aşağı səviyyəli reaksiya hələ olmamışdı. O da diqqətçəkicidir ki, Rusiyanın da daxil olduğu, son vaxtlar İrəvanın kaprizləri üzündən daxili gərginlik yaşanan KTMT-nin üzv dövlətlərinin heç biri Paşinyana təbrik göndərməyib. Ancaq Putin 2017-ci ilin aprel parlament seçkilərində o vaxtkı prezident Serj Sərkisyanı partiyasının qələbəsi münasibətilə təbrik eləmişdi.

Fərq ortada. Bu, Putinin, ümumən Rusiya rəhbərliyinin Nikol Paşinyan və komandasına qəzəbli münasibətinin bariz təzahürüdür. Eyni zamanda, ikitərəfli əlaqələrdə yeni bir mərhələnin başlanmasının anonsudur. Hansı mərhələnin? Bir az sonra biləcəyik. Dəqiq olan odur ki, Ermənistanda seçki bitsə də, Paşinyan legitimlik qazanıb öz yerini bərkitsə də, ölkənin problemləri faktiki, çoxalıb.  

Şübhə yox ki, Putinin dostu, ad günündə şəxsən zəng edib təbrik elədiyi eks-prezident Robert Köçəryanın seçkiyə iki gün qalmış təzədən həbs olunması Kremlin qəzəbini daha da artırıb. Bu qəzəb, yəqin ki, Paşinyana yalnızca quru təbrikin çox görülməsi ilə bitməyəcək, həmçinin Moskvanın Ermənistana münasibətlərində hansısa formada "maddiləşəcək”.

*****

Məsələn, artıq soyuq qış qapını kəsdirib. Rusiya ilə Ermənistan arasında imzalanmış qaz müqaviləsinin müddəti isə iki həftə sonra - dekabrın sonunda bitir və yenilənməlidir. Rusiya işğalçı ölkəyə daxili bazar qiymətinə satdığı qazın (min kub metr üçün 150 dollar) qiymətinə təzədən baxmağa hazırlaşır. İrəvan isə qiymətin heç olmasa, indiki səviyyədə, yəni Rusiyanın cənub bölgəsinin əhalisinin aldığı qiymətdə qalmasına çalışır, hətta bundan da ucuz olmasını istəyir.

Məlumdur ki, təbii qaz isə əsas enerji daşıyıcılarından biridir və gündəlik tələbat məhsullarının qiymətinə birbaşa təsiri var. Üstəlik, Rusiya Ermənistanın qaz təchizatında monopolist dövlətdir, işğalçı ölkənin energetik infrastrukturu da Moskvanın nəzarətindədir. Siyasi, hərbi asılılıq da öz yerində. Bundan əlavə, Ermənistanın Rusiyaya xeyli kredit borcu var. Qonşu İran isə enerji bazarda ciddi paya malik deyil. İrəvan istəsə belə, qaz alıcısını Rusiyadan İrana dəyişə bilməz. Yəni tam vassal asılılığı.  

Xəbər verdiyimiz kimi, dekabrın 6-da Sankt-Peterburqda Paşinyan Putinlə qazın qiyməti ilə bağlı da müzakirə aparıb. Lakin Ermənistan üçün müsbət nəticə əldə edə bilməyib. Peterburq görüşündən sonra isə parlament seçkiləri keçirilib, seçkilərdə Paşinyanın bloku qalib gəlib, Köçəryanın həbsi baş verib. Başqa sözlə, qaz məsələsi ətrafında situasiya indi 6 dekabrdan öncəkindən daha kritikdir. Moskva İrəvana indi daha qəzəblidir. Hələlik isə ermənilər təsəlli ilə yaşayırlar.

"Rusiya danışıqlar bitənədək Ermənistan üçün qazın qiymətini dəyişməyəcək. Ona kimi köhnə müqavilə qüvvədə qalacaq”. "Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistanın energetik infrastruktur və təbii resurslar naziri səlahiyyətlərini icra edən Qaregin Baqramyan İrəvanda jurnalistlərə açıqlamasında deyib.

"Yəni əgər biz ilin sonunadək anlaşa bilməsək, bu, o demək deyil ki, yanvarın 1-dən qazımızı kəsəcəklər. Nə qədər ki, anlaşmamışıq, onu köhnə qiymətə alacağıq. Danışıqlar isə davam edir. Az öncə bu mövzuda iki ölkə rəhbəri söhbət edib. Təbii ki, söhbət bizim üçün maksimum sərfəli qiymətdən gedir”, - deyə o qeyd edib. Lakin nazir əvəzi söhbətin təfərrüatını açıqlamayıb.

Rusiya ilə danışıqlar isə Paşinyanın arzuladığı qiymətlə bitməyə də bilər. Rusiya, Putin nəyə görə ona güzəşt eləsin ki? Moskva artıq marağındadır ki, yavaş-yavaş Paşinyanın reytinqi "əriməyə” başlasın və daxildə ona qarşı narazılıq, müxalif mövqe güclənsin.

*****

İrəvan-Moskva münasibətlərinin perspektivini təhlil edən bir çox siyasi təhlilçilər hesab edirlər, seçkilərdən sonra rus-erməni əlaqələrini yeni sınaqlar və hətta macəralar gözləyir. Qərbin Paşinyandan gözləntilərini də ciddiyə alsaq, düşmən ölkənin seçkilərdən dərhal sonra böhran zolağına daxil olduğunu söyləmək mümkündür.

"Artıq aydındır ki, Rusiya-Ermənistan əlaqələrində dərin böhran var. 9 dekabr parlament seçkiləri bu situasiyanı ortaya çıxarmaq üçün, yalnızca səbəb rolu oynayıb. Özü də Moskvanın aşkar narazılığı belə görünür, çoxqatlıdır və özündə bir neçə komponenti ehtiva edir”.

"Yeni Müsavat” xəbər verir, bu barədə 1 in.am saytında erməni şərhçi Sərkis Arsruninin yazısında deyilir. Müəllif daha sonra yazır: "Vladimir Putin mahiyyət etibarilə Ermənistanda inqilabın qəti qələbəsini ruh yüksəkliyi ilə təbrik edə bilməz. Ermənistanda artıq Rusiyanın təsir dairəsini daraldan bir parlament formalaşıb (Onun 77%-ni qərbpərəstlər təşkil edəcək - ”YM"). Rusiyanın artıq Respublikaçılar Partiyasını (Serj Sərkisyanın partiyası - "YM”) və Robert Köçəryanı ikinci qütbə çevirmək planı boşa çıxıb, gözlənilən islahatlar isə Ermənistandakı Rusiya oliqarxik seqmentinin təsirini sıfırlaya bilər. Nəhayət, Paşinyanın Avropa strukturları ilə bağlı siyasəti də Moskvanı narahat edir. Ona görə ki, Ermənistan Rusiyanın satellitindən müstəqil siyasət aparan subyektə çevrilə bilər ki, bu da Kremlin gündəmindən kənardır. İstənilən halda, Rusiya-Ermənistan münasibətlərindəki böhrandan qazanan üçüncü tərəf Azərbaycan olacaq".

*****

Politoloq Qabil Hüseynlinin fikrincə isə, Rusiya əvvəlkitək Ermənistanı əzizləyib sinəsinə basmağa hazır deyil (axar.az). "Digər tərəfdən Rusiya avtoritar rejimdir. Belə rejimlər özünə yaxın olan dövlətləri (rejimləri) hətta seçkilərin nəticələri bilinmədən təbrik edir. Paşinyanın Rusiya tərəfindən təbrik edilməməsi Rusiya-Ermənistan münasibətlərində mövcud problemlərin nə qədər dərin olduğunun və getdikcə də artdığının əyani sübutudur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, bundan sonra Putin Paşinyanı təbrik etsə də, bu, gecikmiş, protokol qaydalarına, nəzakət xətrinə edilmiş olacaq: "Yəni ki, əsaslı mahiyyət daşımayacaq. Burada maraqlı məqam odur ki, Ermənistanın KTMT-də olan digər müttəfiqləri də hələ Paşinyanı təbrik etməyib. Bu da həmin dövlətlərin də Paşinyana qarşı çox tərəddüdlü mövqedə olmaları ilə bağlıdır. Çünki Paşinyan indiyə qədər öz davranışları, siyasi bəyanatları ilə dünya ictimai rəyində təzadlı və aydın mövqeyə malik olmayan bir siyasətçi kimi tanınır. Bu səbəbdən onun hakimiyyətdə tam möhkəmləndikdən sonra hansı siyasi xətt üzrə gedəcəyi barədə birmənalı fikirlər səsləndirilmir”.

Politoloqa görə, Paşinyan əvvəl yol verdiyi səhvlərin nəticələrini, bəhrəsini dadmaqdadır: "Qərb də tərəddüd içindədir. Əvvəla, Qərb belə hesab edir ki, nə olur-olsun, Ermənistan Rusiyanın ağuşundan çıxmayacaq. Çıxsa da, onu böyük fəlakətlər gözləyə bilər. Necə ki, vaxtilə Ermənistan parlamentində gülləbaran hadisəsi baş verdi. Orada Rusiyanın cızdığı xətdən kənara çıxan adamların hamısı sıradan çıxarıldı. İndi də Rusiya həm zorbalıq nümayiş etdirir, həm də Paşinyana öz yerini göstərməyə çalışır. Hazırda Paşinyan ”Nə tökərsən aşına, o da çıxar qaşığına" prinsipi üzrə seçkidən əvvəl yol verdiyi siyasi yanlışların nəticəsini dadmaqdadır. Yəqin ki, bütün bunlar gələcəkdə Paşinyana xalqa verdiyi vədlərin yerinə yetirilməsində çox ciddi çətinliklər yaradacaq".

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 1142 dəfə oxunub






Oxşar xəbərlər

"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?
"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov
Paşinyan Xankənində Azərbaycanla danışıqları müzakirə edir
“Gözlə bizi, can Azərbaycan”
Etibarnamələrin verilməsi elektronlaşdırıldı
Onlar vəzifələrini niyə İTİRDİLƏR?..
Millət vəkili xanım jurnalistə vəzifə verdi (FOTO)
YAP Siyasi Şurasının müraciəti təqdim edilib
Prezident ailəsində xoş gün (FOTOLAR)
Prezident mifləri dağıtdı: bundan sonra nələr olacaq?
“Bir ildir özümə qadağa qoymuşam” – Ramiz Novruz
Məzahir Pənahov seçki bülletenləri çap etdirir
Bələdiyyə seçkilərində 41800 namizəd iştirak edir
Şəmkirdə ağır yol qəzası: 5 nəfər ölüb
Prezidentin yeni köməkçisi Anar Ələkbərovun DOSYESİ
Yeni Ombudsmanın atası DANIŞDI
Zərdabda Axundun oğlu sərxoş yaxalanıb
Psixoloqlar da diaqnostik qiymətləndiriləcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27794] initstartout [0.00016] initstartin [0.00070] calstart [0.00963] calend [0.00056] topnewsend [0.00444] rsssend [0.00000] ehgend [0.00615] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25562]