Ağcəbədinin İcra başçısı maşın karvanı ilə kəndə gedir - VİDEO

  • 16 dek 2018, 22:39

Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovla bağlı youtebe-da şok görüntü yayılıb ( https://www.youtube.com/watch?v=qSPc42-YexQ).

Videodan aydın olur ki, bu görüntülər dekabrın 11-də, Ağcabədi rayonunun Avşar kəndində qeydə alınıb. 

Məlumatda qeyd olunur ki, icra başçısı Şahin Məmmədovun Dövlət Yol Polisinə məxsus avtomaşının və bir neçə bahalı avtomobildən ibarət maşın karvanın müşaiyyəti ilə Avşar kəndinə getməsində məqsəd bir hüzr mərasimində iştirak etmək olub.
Qeyd edək ki, icra başçısı Şahin Məmmədovun rayon ərazisində DYP-nin müşaiyyəti ilə hərəkət etməsi haqqında məlumatlar bundan əvvəl yayılsa da, youtebe-dəki video bunun ilk təsdiqidir. 

İcra başçısını müşaiyyət etməyin DYP-nin yerli bölmələrinin vəzifələrinə aid olub-olmamasına isə Baş Dövlət Yol Polisi aydınlıq gətirməlidir. Bildirək ki, Şahin Məmmədov uzun müddətdir ki, Ağcabədinin icra başçısı kürsüsündə əyləşib və belə əlahiddə davranışları ilə tanınıb.

Həmin videosüjeti təqdim edirik.

Oxşar xəbərlər