"Əmr olarsa, Naxçıvan ordusu İrəvanı şumlayar" – Qüdrət Həsənquliyev

  • 08 dek 2018, 17:28

"Lazarev klubunda toplaşan Rusiya vətəndaşları öz ölkələrini pula satanlardı. Ağlı başında olan rusiyalılar başa düşür ki, Cənubi Qafqazda Rusiyanın mövqelərinin gücləndirilməsi Azərbaycanla dostluq münasibətlərinin inkişaf etdirilməsindən keçir”.

"AzPolitika.info”nun məlumatına görə, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlərin ən aktual mövzusuna çevrilmiş "Lazarev klubu” adlı Moskvanın oyuncaq qurumunun Naxçıvanla bağlı sərsəm bəyanatlarına münasibət bildirərkən deyib.

Partiya sədri mövzu ilə bağlı moderator.az saytına açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsinə, suveren hüquqlarının həmin ərazidə bərpasına mane olmamalı, öz forpostunu başa salmalıdır ki, Ermənistanın da inkişafı Azərbaycanla münasibətlərin bərpa olunmasından keçir.

"Naxçıvan məsələsinə gəldikdə isə… onlar bizə mesaj göndərirlər ki, nəinki işğal altındakı torpaqları azad etməyəcəklər, hətta Naxçıvanı istəyirlər. Əvvəla, Naxçıvanın təhlükəsizliyinə Türkiyə dövləti də qarantdır. İkincisi, Azərbaycan Respublikası Prezidentinin birbaşa rəhbərliyi ilə Naxçıvanda güclü ordu formalaşdırılıb və onun başında Azərbacanın ən istedadlı generallarından biri – Kərəm Mustafayev dayanır. Əgər Ali Baş Komandanın əmri olarsa, Naxçıvan Əlahiddə Ümumqoşun hissələri İrəvanı sözün həqiqi mənasında şumlayar”.

Oxşar xəbərlər