Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:47 - 18.03.2019  
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Tarix: 9-12-2018, 12:15 | Bölmə: ---

"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?Ötən gün "HOZU" ləqəbilə məşhurlaşan baş redaktor Bəhruz Quliyev milli məclisin sayqılı deputatı Vahid Əhmədova ittihamlar yağdıraraq yandaşlarının yanında öz "Səs"-inin reytinqinə əlavə xal almağa çalışıb...

Baş redaktor siyasi ekspert qismində bəyan edib ki, adıçəkilən deputat milli məclisdəki son çıxışı ilə ictimai rəyi çaşdırır, təxribata yol verir. Dövlətimizin apardığı siyasi-iqtisadi siyasətinə süni şəkildə kölgə salır...

Bəhruz Quliyev deputat Vahid Əhmədovun manatın növbəti devalvasiyaya uğrayacağı, ölkədə maliyyə problemlərinin yaşanacağı barədə verdiyi bədbin "proqnozlarına" açıq-aşkar düşmən münasibəti sərgiləyib və bunları deyib: "Vahid Əhmədovun xalq arasında süni gərginlik yaratmaq cəhdləri mən deyərdim ki, birbaşa təxribatçılıq məqsədi daşıyır. Onun dövlətin apardığı məqsədyönlü siyasətinə qarşı çıxışları da belə nəticəyə gəlməyə əsas verir ki, o, öz qaranlıq siyasi keçmişini unutmayıb". "Görünür, bu şəxs öz deputatlıq mandatından sui-istifadə edərək, açıq-aşkar dövlətimizin siyasəti əleyhinə fikirlər səsləndirməklə radikal müxalifətçilik dövrləri üçün darıxdığını nümayiş etdirir".

Baş redaktor deputata qarşı qərəzə köklənərkən maliyyə nazirinin açıqlamasından olduqca bərk yapışıb. İqtisadi detalları zərrə qədər dərk etməsə də...

"Vahid Əhmədovun maliyyə nazirinin manatın dayanıqlığı və sabitliyə əsaslanması barədə fikirlərini təhrif etməsi birbaşa ictimai rəydə çaşqınlıq yaratmağa və dövlətimizin apardığı siyasi-iqtisadi siyasətə süni şəkildə kölgə salmağa hesablanıb" - deyə baş redaktor bildirib.

Maliyyə nazirliyinin fikirlərini "Olaylar.az"-a təkrarlayarkən bir neçə il öncə Qubada baş vermiş iğtişaşları da xatırladan B.Quliyev Vahid Əhmədovu həmin hadisəyə görə də ittiham edib. Deyib ki, deputat həmin vaxt xalqı qızışdırıcılığa meylli ifadələri ilə qeyri-sabitliyə çağırıb: "Bütün bunlar isə onun ənənəvi və qaragüruhçu müxalifət sindromlarının yenidən oyanması ilə əlaqələndirilə bilər. Çünki onun bəlli keçmişi hər kəsə məlumdur. Bu gün Vahid Əhmədovun dövlətin müəyyənləşdirdiyi siyasi-iqtisadi kursa qarşı qeyri-real, əsaslandırılmamış rəyləri əslində onun barəsində formalaşmış fikri kifayət qədər sübuta yetirmiş olur".

Baş redaktor son olaraq bildirib ki, Vahid Əhmədov kimilərinin nə demələrindən, hansı saxta, sifarişli "proqnozlarla" çıxış etməsindən asılı olmayaraq, ictimai rəy həmin fikirlərə ciddi yanaşmır və dövlətinin apardığı məqsədyönlü siyasi-iqtisadi siyasəti dəstəkləyir".

Yuxarıdakı kəskin və ittiham dolu fikirlərin deyilməsi, deputatın fikirlərinin tənqidi normal görünmür və belə ağır düşüncənin məhz Bəhruz Quliyevin dilindən pərvazlanması təsadüfi deyil. Axı, nə qədər "hozu" olasan ki, deputatın dediyi arqumenti "çürütmək" əvəzinə, adamı yersiz, əsassız ittiham edəsən. Böyük ehtimalla, son günlərdə deputata daş atan zümrə məhz bu qəzet şefinin dililə də danışa bilir. 

Qısaca, onu qeyd edək ki, Azərbaycan müstəqilliyindən üzü bəri ölkənin maddi durumunu, iqtisadi-sosial məsələləri olduğu kimi qavrayan bir iqtisadçı millət vəkilinin "bədbin proqnozları" əsla dövlət maraqlarının ziddinə, ictimai rəyin çaşdırılmasına hesablana bilməz. Vahid Əhmədovun iqtisadi açıqlamaları olsa-olsa vətənini, dövlətini sevən bir alimin düzənsiz dünya iqtisadiyyatına baxışlarında əsl məntiqi tapıb, hökuməti xeyirli konsepsiyanın tətbiqinə çağırmaqdır. Makroekonomik dirçəlişimiz naminə təkliflər verib, həyəcan təbili çalıb yaxın gələcəkdə baş verə biləcək növbəti iqtisadi partlayışları önləmək üçün bir prafilaktika aşılamaqdır.

Əslində, deputata qarşı hücuma "səbəb" kimi göstərilən açıqlamasında ciddi bədbinlik - təxribat elementləri yoxdur. "Əgər yoxdursa, onda bu nə olay, nə çaxnaşmadır?" - deyə bilərsiniz. Bəhruzkimilərin hərəkətləri qaragüruhçuluqdur!, Vahid Əhmədova qarşı anti-təbliğatdır!, qisasçılıqdır!, vəssalam!..

Bəhruz Quliyevin qavramadığı iqtisadi müzakirəyə Quba hadisələrini "əlavə etməsi", həmin hadisəyə görə əsassız ittiham səsləndirməsi, deputatı radikal müxalifətçiyə bənzətməsi də bəd niyyətindən xəbər verir... 

Hesab edirəm ki, Vahid Əhmədovun mövcud fəaliyyəti, siyasi əqidəsi və vicdanı hansısa sifarişlə saxta proqnozlar verməyə imkan yaratmır. Bu sezilmir, indiyədək heç şahidi də olmamışıq. Ona qarşı yağan arqumentlər öləzi və çürükdür. Amma, iqtisadiyyatın nə olduğunu belə anlamayan bir baş redaktorun təlaşını anlamaq çətin deyil.

Çox ehtimal ki, bu "Səs"-in sahibləri deputatın ara-sıra Milli Məclisdəki çıxışlarından ürkək düşənlərdir. Amma azğın bir media kəsiminin digər ziyalılarımız kimi deputat Vahid Əhmədova atdıqları sonuncu qara daşın sapandı yenə sınıq-salxaqdır...

Qeyd edim ki, hörmətli millət vəkilimiz Vahid Əhmədov özünə qarşı səslənən ittihamlara artıq tutarlı cavabını ifadə edib.

Bəhruz Quliyev anlamalıdır ki, ağıllı cəmiyyət Vahid Əhmədovu yox, bu durumda onun özünü ictimai rəyi yanıldan, bir millət vəkilinə qarşı "media təxribatı"nın aləti kimi sifarişli məqsədlərin elementlərini yaxşı oxuyur...

Osman Nərimanoğlu

Demokratik.Az   

 
Xəbər 1492 dəfə oxunub






Oxşar xəbərlər

Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ
944 nəfər ÖLÜB-DİRİLDİ: Ölümdən sonra həyat varmış
Əfv olunan siyasi məhbuslar - Tam SİYAHI
“Azərişıq” ASC işıqlı Novruz vəd edir
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRƏNCAM
Terrorun varlığı da, qibləgahı da şeytandır
Prezident əfv sərəncamı imzalayıb - TAM SİYAHI
ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi - elmi-praktiki konfransı keçirilib
Melioratorlara inandırıcı ittiham: - “Kim pul verir, onun əkin sahəsinə su buraxırlar”
“Oqtay Əsədov spikerdir deyə, ailəsi acından ölməlidir?” - Deputat
Zidandan "Real"ın futbolçularına sərt xəbərdarlıq
Əziz Əliyevin təhsil almasına Hacı Zeynalabidin Tağıyev necə kömək edib ?
Eldar Əzizov Abdin Fərzəliyevin "xətrinə dəyib" - İCLASDA
Vidadi Zeynalov azadlığa buraxıldı
Tahir Kərimli: “Nəsiminin nəşi Azərbaycana gətirilsin”
Köçəryanın həbs müddəti uzadıldı
VII Qlobal Bakı Forumu başladı - prezidentin dünyaya mesajları
İrəvanın Qarabağla bağlı “dəvəquşu” siyasəti
Brexit təxirə salınıb
Moskva vilayətində erməni iş adamı qətlə yetirildi
Evinin sənədi olmayanlara xoş xəbər
“Leş mafiyası”na daha bir ittiham
İlham Əliyev Moldova Prezidenti ilə görüşüb
Qoy, Azərbaycanda bilsinlər ki... - Nisanovdan ismarış
Beyləqanın icra başçısı vətəndaşların qəbul gününü "boykot" edib
Səfər Əbiyev illər sonra göründü – Fotolar
Azərbaycan öz antivirus sistemini təqdim edəcək
Xarici yumurtalar “yerli” adı ilə əhaliyə satılır
Hüquq müdafiəçiləri Fuad Ələsgərovla görüşdülər
Kamil Zeynallının həbs müddəti bəlli oldu
Zamirə Hacıyevanın izahat üçün vaxtı daralır
Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib
Hafiz Hacıyev canlı yayında ayaqqabısını çıxardı - VİDEO
Beyləqanın sabiq deputatı sakinlərin torpağını "işğal" edib - İttiham
ADAU daha bir nominasiyanın sahibi oldu
Jurnalistdən sərt TƏLƏB: "Məhkumları müxtəlif xəstəliklərdən qorumalısınız..."
"Gənc Aqronomlar Məktəbi" layihəsi start götürüb
Türkiyədə hərəkat başladı: Ordu Xankəndini vursun!
Kəmaləddin Heydərovun daha bir şirkəti ləğv olunur
İsrail hərbçisi müsəlmanları təhqir etdi
Azərbaycanlı milyarder Putinin qəzəbinə tuş gəldi
ATƏT sədri bu gün İrəvana səfər edəcək
“Kia” Çindəki zavodunun fəaliyyətini dayandırır
2020-ci ildə Tolioda keçiriləcək Olimpiya Oyunlarına 500 gün qalıb
Bu gün Yel çərşənbəsidir
Sərxoş azərbaycanlı təyyarədə çətin anlar yaşatdı
"AXH" və "AXCP" birləşmək istəyir? - Amma, Qurban Məmmədov AXH-dən getsin!
Bakıda tezliklə yeni rayon yaradılacaq
BDU-ya yeni rektor gəldi - SƏRƏNCAM

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13203] initstartout [0.00014] initstartin [0.00065] calstart [0.00937] calend [0.00053] topnewsend [0.00416] rsssend [0.00000] ehgend [0.00542] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11125]