Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:19 - 17.11.2019  
Təzadlı Hacıyevlər - biri Londonda itlə gəzir, digəri “it günün”dəki məhbəsdə
Tarix: 7-12-2018, 09:46 | Bölmə: ---

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin və həyat yoldaşı Zamirə Hacıyevanın həyat hekayəti...

Təzadlı Hacıyevlər - biri Londonda itlə gəzir, digəri “it günün”dəki məhbəsdə 10 il əvvəl Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin adı monetar payçıların qəpik-quruşunu verməməkdə hallanırdı. Adamlar qəpiklərini toplayıb manata çevirmiş, həmin pulları da verib səhm almışdılar. Gözləntiləri vardı ki, səhmlərini aldıqları istehsal müəssisələrinin sahibkarları onlara qəpik-quruş divident verəcək, güzəranlarını təmin edəcəklər. Müəssisələri  Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Bank almışdı və dividen gözləyən  adamları, sadəcə, onları saymırdı. Halbuki həmin monetar payçıların cəminə 10 ildə ödəniləcək məbləğ üst-üstə heç bir milyon manata qədər olmazdı.

İllər ötdü. Əlləri hər yerdən üzülmüş payçılar bu gün kənarda oturub Zamirə Hacıyevanın Londonda jurnalistlərə "go away” deyib üzünə ittiham aktını tutub uzaqlaşmasını seyr edirlər. Cahangir Hacıyevi isə hətta doğmaları belə görmürlər-əynində daha şık kostyumu yoxdur və həbsdədir! 

Britaniyalı jurnalistlər eks dövlət bankiri Cahangir Hacıyevin həyat yoldaşının əynindəki paltarları belə qiymətləndirməkdən çəkinmirlər. Bu də səbəbsiz deyil. Cahangir Hacıyev 10 il ərzində adamlara qəpik-quruş vermədiyi müddətdə xanımı Böyük Britaniyada alış-verişə 109 milyon 140 min dollar pul xərcləyib! Hansı ki, Zamirə Hacıyevanın sağa-sola xərclədiyi bu məbləğin cəmi 1 faizi yüzlərlə insanı ümidlərinə çatdıra bilərdi.

Zamirə Hacıyeva isə ərindən fərqli olaraq ənənəvi həyat tərzindədir. Onu malikanəsinin yaxınlığında itini gəzdirərkən  625 avro dəyərində "Gucci Ace” krassovkasında, 530 funt sterlinq dəyərində zolaqlı "Gucci” trikotaj idman şalvarında və 290 funt sterlinq dəyərində "Miu Miu” günəş eynəyində olmasını Britaniya jurnalistləri çəkmişdilər.  Onun çantası isə xüsuilə bahalıdır, Hermes şirkətinin "Constance” brendindən olan əl çantasının qiyməti 6500 funt sterlinqdir. Hacıyevanın qara rəngli və jurnalistlərin hansı markadan olduğunu müəyyən edə bilmədikləri gödəkcəsi isə 800 funt sterlinqə yaxın dəyərləndirilib. İtin aksessuarları isə təxminən 1000 funt sterlinq dəyərində qiymətləndirilib. Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.

Xatırladaq ki, indi 55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə həmin aktivlər müsadirə olunacaq. Bunun üçün onun 6 ay - 2019-cu ilin iyuna qədər vaxtı var.

***

Zamirə Hacıyeva bahalı iti ilə Londondakı bahalı məhlələrdə gəzib dolaşdığı müddətcə onun həyat yoldaşı Cahangir Hacıyev olduqca çirklənmiş havası ilə məşhur olan 13 saylı cəzaçəkmə müəssisəsində həyatla çarpışmaq zorundadır. Azərbaycanın ən ağır saxlama şəraiti olan müəssisəsində dustaq həyatı yaşamış məhbuslar oradakı durumu qısa olaraq "it günündə” ifadəsi ilə qiymətləndirirlər. Hoşimoto diaqnozu qoyulan sabiq bankiri də məhz ora köçürüblər. Ora köçürüləndən sonra  Cahangir Hacıyevin vəkili Aqil Layıc da 13 saylı cəzaçəkmə müəssisəsində durumdan danışarkən "çox bərbaddır, kritikdir” ifadələrini işlətmişdi.

Təzadlı Hacıyevlər - biri Londonda itlə gəzir, digəri “it günün”dəki məhbəsdə Vəkilin dediklərindən sitat: "Cahangir Hacıyev dəfələrlə sıra baxışına çıxarkən yerə yıxılıb, burnundan qan açılıb. Orada durum çox pisdir.  Orada müəssisə ikiqat yüklənib. Yəni min nəfərlik yerdə 2 min nəfəri saxlayırlar. Orada hər 100 dustağa 1 tualet düşür. Tualetə görə gün ərzində növbə olur. Həmin müəssisə Avropa Şurasının, BMT-nin İşgəncələr Əleyhinə komitələrinin rəylərində dustaqların saxlanması üçün yararsız müəssisə kimi qiymətləndirilib. Sovet dövründə müəssisənin yaxınlığındakı dağlıq ərazidə radioaktiv tullantılar basdırılıb. Həmin tullantıların şüalanması bu gün də davam edir və məhbusların əynindəki paltarlar həmin şüaların təsiri altında qırmızıya çalan rəng alır”.

Daha bir sitatı xatırlayaq: "13 saylı cəzaçəkmə müəssisəsi cəzanın içində cəza yeridir. Penitensiar Xidmət əməkdaşlarından kimsə intizam məsuliyyətinə cəlb edilirsə, qaydaları pozursa, onu cəzalandırmaq üçün 13 saylıya xidmətə yollayırlar. Ora Penitensiar Xidmət əməkdaşları üçün cərimə batalyonudursa, görün dustaqların vəziyyəti nə yerdədir. Cahangir Hacıyev havasızlıqdan əziyyət çəkir. Bu onun ürəyindəki problemi dərinləşdirir. 13 saylı cəzaçəkmə müəssisəsi cəzaya məhkum edilmiş şəxslərin 2 qat cəzalandırılması yeridir. Orada xüsusi imtiyazlı məhkumlar yoxdur. ”Burjuy" kameraları orada yoxdur. Ora faktiki olaraq qeyri-insani şəraitin olduğu bir yerdir. Elementar yaşıllıq yoxdur, ətrafdakı daş karxanalarından qalxan toz-tozanaq müəssisədə nəfəs almanı belə çətinləşdirir. Vəkil otağında hər 5 dəqiqədən bir stolun üstünü silirik ki, toz olmasın. Radiasiyalı tullantılardan ayrılan şüa və Lökbatanın kanalizasiya sularının töküldüyü göldən gələn üfunət iyi də dözülməz həddədir".

2016-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edilən C.Hacıyev məhkəmələrinin  birində 13 saylı müəssisə haqda bunları demişdi: "Məni məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada bir gündə cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdur. Təsəvvür edin, həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, 6 gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin. Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər. Bu cür vasitələrlə mənə işgəncə vermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar”.

Bir tərəfdə London küçələrində bahalı geyimlərdə dolaşan, bahalı malikanədə yaşayan, zirzəmisində növbənöv son dərəcə bahalı - biri 4 min dollara olan çaxırlar saxlayan Zamirə Hacıyeva, digər tərəfdə isə olduqca ağır durumda saxlanılan, yemək-içməkdən belə kənar qalmış, "qara dustaqla” eyni tələblərlə çıxış edən həyat yoldaşı Cahangir Hacıyevin həyat hekayələri beləcə davam edir.

"Yeni Müsavat”

Xəbər 1460 dəfə oxunub






Oxşar xəbərlər

Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40382] initstartout [0.00020] initstartin [0.00069] calstart [0.00976] calend [0.00057] topnewsend [0.00440] rsssend [0.00000] ehgend [0.10879] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27860]