Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:04 - 19.07.2019  
“İzahlı dilçilik terminləri lüğəti" PLAGİAT çıxdı? – AMEA-DA QALMAQAL
Tarix: 5-12-2018, 08:04 | Bölmə: ---

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşrt etdirdiyi "İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması ortaya çıxıb. Modern.az ölke.az-a istinadən xəbər verir ki, sözügedən institutun "Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri "İzahlı dilçilik terminləri” və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış "Dilçilik ensiklopedaiyası”ndan köçürüblər.
"İzahlı dilçilik terminləri lüğəti” kitabındakı köçürmələri üzə çıxartmaq üçün hər üç kitabı əldə etmişik.
“İzahlı dilçilik terminləri lüğəti" PLAGİAT çıxdı? – AMEA-DA QALMAQALProfessor Sayalı Sadıqovanın müəllifi olduğu kitabdakı oğurluq faktlarını görmək üçün heç dilçi olmaq da lazım deyil. Kitabın istənilən səhifəsini vərəqləmək kifayətdir edir ki, orada plagiat faktlarını aydın görəsən. Hətta misallar da eynidir.
Kitabdakı minlərlə plagiat faktından bir neçəsini təqdim edirik:
M. Adilov, Z.Verdiyeva, F.Ağayeva:
"ADIN TƏRCÜMƏSİ – Bəzi xüsusi adların başqa dillərdən Azərbaycan dilinə gətirilməsi forması (bəzən adın bir hissəsi, bəzən də ad bütövlükdə çevrilir). Adətən, xüsusi adların çoxu bir dildən başqa bir dilə tərcümə olunmur. Onlar dilə gətirilərkənorfoqrafiya qaydalarına uyğunlaşdırılsa da, öz ilkin formasını və ifadə etdiyi mənanı saxlayır. Antroponimlər tərcümə olunmasa da, onun bəzi ünsürlərinin tərcüməsinə rast gəlinir. Xüsusi adların ən çox tərcümə olunan sahəsi idarə və təşkilat adlarıdır: СССР (Союз Советских Социалистических Республик) – SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı), США (Соединенные Штаты Америки) – ABŞ (Amerika Birləşmiş Ştatları), Уральский машиностроительный завод – Ural maşınqayırma zavodu. Tərcümə ən qədim adalma formasıdır. Bəzən bu, beynəlxalq xarakter daşıyır. Azərbaycan onomastikasına gətirilən xüsusi adlar bilavasitə morfoloji yolla tərcümə edilir. Adların tərcüməsi onların formasına müxtəlif şəkilçilərin əlavəsi ilə mümkündür. Çox hallarda isə adlar kalka edilir. Məsələn: Средиземное море – Aralıq dənizi, Черное море – Qara dəniz, Новая земля – Yeni torpaq, Красное море – Qırmızı dəniz”.
S.Sadıqova və işçiləri:
"ADIN TƏRCÜMƏSİ – Bəzi xüsusi adların başqa dillərdən Azərbaycan dilinə gətirilməsi forması (bəzən adın bir hissəsi, bəzən də ad bütövlükdə çevrilir). Adətən, xüsusi adların çoxu bir dildən başqa bir dilə tərcümə olunmur. Onlar dilə gətirilərkənorfoqrafiya qaydalarına uyğunlaşdırılsa da, öz ilkin formasını və ifadə etdiyi mənanı saxlayır. Antroponimlər tərcümə olunmasa da, onun bəzi ünsürlərinin tərcüməsinə rast gəlinir. Xüsusi adların ən çox tərcümə olunan sahəsi idarə və təşkilat adlarıdır: СССР (Союз Советских Социалистических Республик) – SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı), США (Соединенные Штаты Америки) – ABŞ (Amerika Birləşmiş Ştatları) və s.”
Nümunədən gördüyümüz kimi, S.Sadıqova M.Adilovun nisbətən geniş şərhinin bir hissəsini eynilə kəsib götürüb.
Digər qarşılaşdırma:
 
M. Adilov, Z.Verdiyeva, F.Ağayeva:
 
"ƏMR CÜMLƏSİ. Danışanın iradə xüsusiyyətlərini (istək, arzu, rica, əmr, xəbərdarlıq, etiraz, hədə, çağırış, göstəriş və s.) ifadə edən cümlə. Əmr cümlələri aşağıdakı qrammatik vasitələrin köməyi ilə formalaşır: 1. Əmr intonasiyası ilə: Əllər yuxarı! İrəli yoldaşlar, yalnız irəli! (S.Vurğun). Addımla marş! 2. Xəbəri feilin məsdər, əmr və vacib şəkillərində çıxış etməklə: Oxumaq, oxumaq, yenə də oxumaq (V.İ.Lenin). Dayan, bu evə getmə! (İ.Hüseynov). 3. Bir sıra ədatların (ha, hi, da, də) və ədat funksiyasında çıxış edən sözlərin (gör, görüm, görək, qoy, qoyun (uz), gəl, gəlin (iz), bax, baxın(ız) köməyi ilə: Qoy şeirimi oxusun şən pioner dəstəsi (S.Rüstəm). Gəl çıx da! Bax, danışma ha!”.
S.Sadıqova və işçiləri:
 
"ƏMR CÜMLƏSİ. Danışanın iradə xüsusiyyətlərini (istək, arzu, rica, əmr, xəbərdarlıq, etiraz, hədə, çağırış, göstəriş və s.) ifadə edən cümlə. Əmr cümlələri aşağıdakı qrammatik vasitələrin köməyi ilə formalaşır: 1. Əmr intonasiyası ilə: Əllər yuxarı! İrəli yoldaşlar, yalnız irəli! (S.Vurğun). Addımla marş! 2. Xəbəri feilin məsdər, əmr və vacib şəkillərində çıxış etməklə: Oxumaq, oxumaq, yenə də oxumaq (V.İ.Lenin). Dayan, bu evə getmə! (İ.Hüseynov). 3. Bir sıra ədatların (ha, hi, da, də) və ədat funksiyasında çıxış edən sözlərin (gör, görüm, görək, qoy, qoyun (uz), gəl, gəlin (iz), bax, baxın(ız) köməyi ilə: Qoy şeirimi oxusun şən pioner dəstəsi (S.Rüstəm). Gəl çıx da! Bax, danışma ha!”.
M. Adilov, Z.Verdiyeva, F.Ağayeva:
 
"PSEVDONİM. İctimai xadimlərin, yazıçıların və başqalarının müəyyən məqsədlərlə özlərinə seçdikləri əlavə, sonrakı ad (Bu, təxəllüsdən geniş anlayışdır).
Vladimir İliç Ulyanov 39 psevdonimdən istifadə etmişdir ki, bunlardan biri – Lenin sonralar dünya proletariatının rəhbərinin familiyası kimi rəsmiləşmişdir. Aleksey Maksimoviç Peşkov əslində daha çox Maksim Qorki psevdonimi ilə məşhurdur”.
 
S.Sadıqova və işçiləri:
"PSEVDONİM. İctimai xadimlərin, yazıçıların və başqalarının müəyyən məqsədlərlə özlərinə seçdikləri əlavə, sonrakı ad (Bu, təxəllüsdən geniş anlayışdır).
Vladimir İliç Ulyanov 39 psevdonimdən istifadə etmişdir ki, bunlardan biri – Lenin sonralar dünya proletariatının rəhbərinin familiyası kimi rəsmiləşmişdir. Aleksey Maksimoviç Peşkov əslində daha çox Maksim Qorki psevdonimi ilə məşhurdur”.
F.Veysəlli:
 
"MORFOLOGİYA. …Böyük alman şairi Y.V.fon Göte canlı orqanizmlərin forma və strukturunu öyrənən elmi morfologiya adlandırıtdı. Sonralar bu termin XIX əsrdəfleksiya və sözdüzəltmədən bəhs edən bir anlayış kimi dilçiliyə gətirildi. Ənənəvi qrammatikada buna forma haqqında təlim deyirlər (alm.Formenlehre). Ç.Hoket (1907) morfoloji modellərin 3 növünü fərqləndirir: a) amerikan strukturalizmində geniş işlənən distribusiyaya əsaslanan (element və düzüm qrammatikasıdır-item-and arangement-grammar, kombinasiya morfologiyası); b) generativ-transformasional grammatikada (item-and process-grammar) (buna proses morfologiyası da deyirlər; burada əsas abstrakt formalar transformasiyalar vasitəsilə üst struktur formalarına çevrilir); c) word-and paradigm-modell (buna paradiqm morfologiyası da deyirlər, ancaq burada əsas vahid kimi söz götürülür)…. ”.
S.Sadıqova və işçiləri:
 
"MORFOLOGİYA. …Böyük alman şairi Y.V.fon Göte canlı orqanizmlərin forma və strukturunu öyrənən elmi morfologiya adlandırıtdı. Sonralar bu termin XIX əsrdəfleksiya və sözdüzəltmədən bəhs edən bir anlayış kimi dilçiliyə gətirildi. Ənənəvi qrammatikada buna forma haqqında təlim deyirlər (alm.Formenlehre). Ç.Hoket (1907) morfoloji modellərin 3 növünü fərqləndirir: a) amerikan strukturalizmində geniş işlənən distribusiyaya əsaslanan (element və düzüm qrammatikasıdır-item-and arangement-grammar, kombinasiya morfologiyası); b) generativ-transformasional grammatikada (item-and process-grammar) (buna proses morfologiyası da deyirlər; burada əsas abstrakt formalar transformasiyalar vasitəsilə üst struktur formalarına çevrilir); c) paradiqm morfologiyası, burada əsas vahid kimi söz götürülür)…. ”.
Qeyd edək ki, əqli mülkiyyəti oğurlanmış M.Adilov və Z.Verdiyeva bir neçə il əvvəl vəfat ediblər.
Azərbaycan Dillər Universitetinin (ADU) professoru Fəxrəddin Veysəlli bildirib ki, "İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması barədə ona məlumat çatdırılıb:
"Mənə çatdırıblar ki, belə bir şey olub. İndi bunlar necə ediblər, sözün düzü bu barədə geniş məlumata malik deyiləm. Hazırda həmin kitab məndə olmadığı üçün qəti fikir bildirə bilmirəm. Gərək bunu araşdırım. Ancaq siz jurnalist kimi araşdıra bilərsiniz. İzahlı dilçilik terminləri ilə bağlı bizim kitablarımızın birinci və ikinci cildləri hələ 2006-2008-ci illərdə çapdan çıxıb. Həmin kitablar internetdə də yerləşdirilib”.
Professor deyib ki, alimlərin plagiatlıqla məşğul olması çox pis hərəkətdir:
"Plagiat çox yaramaz hərəkətdir. Xüsusilə də özünə hörmət edən alim gərək belə hərəkət etməsin. Çünki bu bir alimin etikasına uyğun gəlmir. Eyni zamanda qanun tərəfindən müəllif hüququları qorunur. Bununla bağlı Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir. Bu biabırçılıqdır. Onlar elə-belə alim, küçədən gələn adam deyillər. İndi əlimdə fakt olmadığı üçün çox söz deyə bilmirəm. Əslində, bu çox yaramaz, alçaq və həddindən artıq pis əməldir. Bütün ölkə miqyasında buna lənət oxunmalıdır”.
Professor Sayalı Sadıqova da ittihamlara cavab verib.
Alim bildirib ki, artıq bir neçə ay əvvəl kitabın təqdimat mərasimi keçirilib və təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyıi də iştirak edib:
 "Artıq kitabın təqdimnatı bir neçə aydır ki, olub, bəyənilib və dövlət mükafatımızı almışıq. Kitabda hər hansı plagiatlıq olsaydı, indiyədək bunun səsi çıxardı. Fəxrəddin müəllim Veysəlli Dilçilik Ensiklopediyası yazıb, orada alman, rus, ingilis lüğətləri var. Bizim kitabımız isə sırf Azərbaycan qramatikasında işlənən terminlərin lüğətidir. Buna isə heç kəs nə isə deyə bilməz. Bizim kitabın üzərində 6 nəfər işləyib, burada heç bir köçürülmədən söhbət gedə bilməz. Bizim yazdığımız kitab Azərbaycan dilinin qramatikası əsasında ilk dəfə sanballı yazılmış izahlı dilçilik lüğətidir. Kitab yazılan zaman bizim qarşımızda Azərbaycan dilinin qramatikası olub. Azərbaycanda hər 5 ildən bir termenoloji lüğət yenilənir. Bizim əlimizdə olan əsas mənbə isə Qəzənfər müəllimin kitabları olur. İndi bizim yazdığımız lüğətdə hansı köçürülmədən söhbət gedə bilər? Bu, qətiyyən ola bilməz”.
Xəbər 1628 dəfə oxunub






Oxşar xəbərlər

“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Gəncə Dövlət Universiteti yenə "VURULDU" - NİYƏ?
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13967] initstartout [0.00018] initstartin [0.00105] calstart [0.01083] calend [0.00064] topnewsend [0.00405] rsssend [0.00000] ehgend [0.00630] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11608]