Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:52 - 14.10.2019  
Cahangir Hacıyevlə bağlı yeni xəbərlər
Tarix: 28-11-2018, 09:29 | Bölmə: ---

Beynəlxalq Bankı taladığına görə həbs olunan bankir saxlanma şəraitindən gileylənir

Cahangir Hacıyevlə bağlı yeni xəbərlərAzərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qardaşının saxlanma şəraitinin dözülməz olması ilə bağlı baş prokuror Zakir Həsənova yenidən müraciət edib. Qardaşı ilə görüş məsələsi problem olaraq qalır.

Belə ki, C.Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində 2017-ci ilin oktyabrından 2018-ci ilin may ayına qədər onunla görüş verilməyib. Bakı İstintaq Təcridxanasına köçürüldüyü vaxtdan, sentyabrın 15-dən indiyədək yenə də görüş verilmir, halbuki iş üzrə istintaq çoxdan başa çatıb.

"Ailə üzvü kimi Cahangir Hacıyevlə ancaq mən görüşürdüm. Mənimlə görüşə qadağa qoyulması, sadəcə, məhdudiyyət deyil, Cahangir Hacıyevə qarşı işgəncədir. Bunun başqa adı yoxdur. Cahangirə qəzet vermirlər, dərmanların verilməsini yubadırlar. Sizə dəfələrlə müraciət etmişik, amma cavab yoxdur. Məhkəməyə müraciət etmişik, ərizələrimizə baxmayıblar, onları itiriblər. Cənab baş prokuror, axı məhbusun da hüququ var, elə deyilmi? Cənab baş prokuror, Cahangir Hacıyevin saxlanma şəraitinin dözülməz olması barədə məlumatı nəzərinizə çatdıraraq bu işgəncələrə son qoyulmasını xahiş edirəm”, - Ə.Hacıyevanın müraciətində deyilir.

Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, bankın yüz milyonlarla manat vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən C.Hacıyev isə ittihamları qəbul etmir. Bankın vəsaitlərinin müxtəlif böyük layihələrə xərcləndiyini, bunu hökumətin özünün də bildiyini deyir. C.Hacıyev həbsinə görə həm də maliyyə naziri Samir Şərifovu ittiham edirdi. Bu ilin sentyabrında Bakı İstintaq Təcridxanasına köçürüləndən sonra Cahangir Hacıyevin həbsdə aclıq aksiyasına başladığı xəbəri də yayılmışdı. Bildirilirdi ki, Cahangir Hacıyev ona təzyiqlərin artmasına etiraz edir. Qeyd edək ki, 2015-ci ildə Cahangir Hacıyevin həbsindən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib. Ötən il Azərbaycan Beynəlxalq Bankı 3 milyard 300 milyon dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Cahangir Hacıyevə qarşı yeni cinayət işi və Bakı İstintaq Təcridxanasına köçürülməsi bu faktla bağlıdır. Cahangir Hacıyev yenə də külli miqdarda mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı dindirilib. Cahangir Hacıyevin bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. İstintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırma aparıb. Əminə Hacıyevanın sözlərindən belə aydın olur ki, artıq araşdırma bitib.

Əvvəlki istintaq işində Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb. Sonradan iş məhkəməyə göndərilib və bununla bağlı ittihamedici hökm çıxarılıb.

Yada salaq ki, bu ilin yanvarında Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, Emin Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə Emin Sadiq "MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki  Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.

Xəbər 1430 dəfə oxunub






Oxşar xəbərlər

Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto
Əli Kərimli camaatı yürüşə çağırdı, özü niyə gəlmədi ?
"İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov yazdı
Parlament yekdilliklə yeni Baş nazirə səs verdi
Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Novruz Məmmədovun istefa xəbəri TƏSDİQLƏNDİ - Baş nazir vəzifəsinə Əli Əsədov gətirilir
Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...
Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı
Neftin bahalaşması davam edir
Honq Konq niyə Çin olmaq istəmir?
Bu gün Milli Şura piket keçirir (ŞƏRH)
Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi
Vilayət Eyvazov Göygölün yüksək rütbəli rəisləri sərəncama götürüb
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb
“Lion” klubu baş məşqçisini qovub
Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır
Şəmkir Prokurorluğu bələdiyyə sədri ilə sakinin "namus davası"nı araşdırır
Mir Şahin Milli Şura üzvünün ŞOK səs yazısını yaydı – VİDEO
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Salman Farsinin həyatı
Qarabağ üçün mühüm dönəm - “Vəziyyət ciddiyə dəyişməsə...”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32279] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00920] calend [0.00072] topnewsend [0.00519] rsssend [0.00000] ehgend [0.01410] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29199]