Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:24 - 17.11.2019  
Mahmudovun kompromatlarını Zamirə Hacıyeva Londonda gizlədə bilər – sensasion
Tarix: 25-11-2018, 11:17 | Bölmə: ---

Həbsdəki sabiq bankir arvadının hədəfə gəlməsinin kökündə bu amil dayana bilər; Anar Mahmudovun Londonda təcili şirkət açması il gizli videolarla nə əlaqəsi? 

Beynəlxalq Bankın həbsdəki sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva girov müqabilində azadlığa buraxıldıqdan sonra hazırda London polisinin nəzarəti altındadır. Z.Hacıyevanın gözlənilmədən dinc həyatının bu cür dəyişməsi bir çox iddialara səbəb olub. Həmin versiyalardan biri də Z.Hacıyevanın qudası Eldar Mahmudovla sıx əlaqələrinin olması ilə bağlıdır.

Belə iddialar var ki, Eldar Mahmudov vəzifədə olduğu illərdə ən müxtəlif üsullardan istifadə etməklə topladığı kompromatların – əsasən gizli videoları, qanunsuz dinləmə yolu ilə əldə edilən səs yazılarının böyük əksəriyyətini Londonda saxlayır. E.Mahmudov vəzifəsindən çıxarılandan sonra onun  rəhbərlik etdiyi bandanın təkcə sahibkarları soyub-talamadığı, hələ də tam çevrəsi bilinməyən şəxslər barədə şantaj xarakterli videomateriallar topladığı üzə çıxmışdı. MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi ki, MTN qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var. Keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını da açıqlamışdı – 2 min 800 şantaj videosu. Ərəstun Oruclu 2800 rəqəminin ona mötəbər mənbələrdən verildiyini diqqətə çatdırmış, lakin başqa detallar haqda danışa bilmədiyini söyləmişdi.

Hələ o dövrdə "Eldar Mahmudov həmin kompromatları harada saxlaya bilər” sualına cavab axtararkən ən çox diqqətçəkən persona sabiq nazirin qudası, hazırda axtarışda olan Z.Hacıyeva oldu. Bu da səbəbsiz deyildi. Britaniyada "İzahedilməz Sərvət Sərəncamı” (UWO) tətbiq olunmadığı dövrlərdə Zamirə Hacıyeva faktiki olaraq Azərbaycan hakimiyyəti üçün əlçatmaz idi.

Yada salaq ki, E.Mahmudovun həbs edilməməsi ilə bağlı ən ağlabatan iddialardan biri əlindəki kompromatlar göstərilirdi. Aydındır ki, sabiq nazir əlindəki materialları, onu həbsdən qurtaran videoları ölkə daxilində deyil, xaricdə və ən etibar etdiyi şəxsdə saxlayır. Belə şəxs kimi Z.Hacıyeva ən ideal personadır.

Eldar Mahmudovla Z.Hacıyevanı şəxsi tanışlıqları hələ quda olmazdan əvvələ söykənir. E.Mahmudov 2004-cü ildə nazir təyin olunandan 8 ay sonra – 2005-ci ilin martında "Qara kəmər” əməliyyatı baş tutdu.  MTN-in gerçəkləşdirdiyi əməliyyat zamanı Hacı Məmmədovun bandası ifşa edildi. Sağ-salamat azad ediləndən sonra Z. Hacıyevanın onun azad edilməsinə rəhbərlik etmiş bir şəxsə dərin minnətdarlıq hissinin olması da təbiidir. Sonradan Mahmudovlarla Hacıyevlərin qohum olmasında bu olayın yer alması ehtimalı da böyükdür.  Z.Hacıyeva ilə Eldar Mahmudovu yaxınlaşdıran bir qadının girovluqdan azad edilməsi və üzərindən yaranan qohumluq bağlarıdır. Tərəflər bir-birinin inamını, etibarını, etimadını illər əvvəl qazanıb və ötən zaman ərzində qohumluq bağları bu güvəni bir qədər dərinləşdirib.  Bu səbəbdən də kompromatları ən etibarlı şəxslərindən bir olan Z.Hacıyevaya verməsi,  ehtiyac yarandığı təqdirdə ictimailəşdirilməsi haqda qərar qəbul etmə səlahiyyəti verməsi də mümkündür.

Digər diqqətçəkən məqam da var – Z.Hacıyeva saxlanılandan az əvvəl E.Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyada MEA Capital Limited adlı maliyyə şirkəti açıb. Məgər Z.Hacıyevanın kürəkəni, Eldar Mahmudovun oğlu həmin şirkəti daha əvvəl aça bilməzdi? A.Mahmudovun şirkəti Londonda bu ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvolik məna daşıyır: Mahmudov Eldar və Anar.  Yayılan məlumatlarda deyilirdi ki, pul vəsaitləri- hansı ki, E.Mahmudovun əlinin altında olan poqonlu quldurlar tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılıb- əsasən bu şirkətdə cəmləşib.

Mümkündür ki, təkcə pul vəsaitləri deyil, kompromat materiallar da Z.Hacıyevadan alınaraq həmin şirkətin seyflərinə doldurulub.

Britaniya mənbələrinin xəbərinə görə, "MEA Capital Limited” şirkətinin yaradılması üçün  C.Hacıyevin rəhbəri olduğu və soyub-taladığı Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub. Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb.

Bir məqama da diqqət edək – Z.Hacıyevanın adı son  olaylardan xeyli əvvəl, məhz Eldar Mahmudovun əlində 2800 seks videosunun olması xəbəri ictimailəşəndən sonra gəlmişdi. Buna qədər Z.Hacıyevanın həyat yoldaşı, hazırda həbsdə olan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin adı aylarla mətbuatın gündəmində olsa da, Z.Hacıyevanın barəsində məlumatlara rast gəlinmirdi.

Üstəlik, 2800 video haqda məlumatlar ictimailəşəndən sonra Z.Hacıyevanın Beynəlxalq Bankın xəzinəsindən həyat yoldaşının pul qabı kimi istifadə etməsi yada düşmüşdü. Elə həmin günlərdə də Z.Hacıyevanın barəsində cinayət işi başladı, onu axtarışa verdilər. Həmin günlərdə  Z.Hacıyevanın vəkili açıqlama verib demişdi ki, müvəkkili xarici ölkə vətəndaşıdır və onun ekstradisiyası da mümkün deyil. Bu məqam Z.Hacıyevanın E.Mahmudovun kompromatlarını ən etibarlı şəkildə qoruyub saxlamaq üçün imkanlara malik olduğu qənaətini möhkəmlətmişdi. Artıq Z.Hacıyevanın xarici ölkə vətəndaşı olması onun Azərbaycana ekstradisiyasının qarşısını alan amil deyil. Bu da onun E.Mahmudovun həbsindən illər öncə əlindəki materialları Hacıyevlərin xaricdəki mülklərindən birinin zirzəmisində, mansardında gizlədilmiş seyfin içində, ya da hansısa gözəllik ilahəsi şəklində imarətin bir küncünə qoyulmuş heykəlin içindəki gizli dolabda saxlamasını təhlükəli edir. Bunu Eldar Mahmudov da dərk edir. Onun kompromat arxivi sahibinin qudasından oğluna dəyişdirməsi də təəccüblü olmamalıdır. Bu halda isə Z.Hacıyevanın Azərbaycan hakimiyyəti üçün əhəmiyyəti azalır, Anar Mahmudov əsas hədəfə çevrilir. Sabiq nazirin oğluna qarşı ittihamları artacağı halda bu ehtimalların reallıqla əlaqələri də dəqiqləşəcək.

Qeyd edək ki, Z.Hacıyeva Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə suçlu bilinir. 2017-ci ilin iyununda Nərimanov Rayon Məhkəməsi barəsində 4 ay müddətə həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verib. Cahangir Hacıyevə gəldikdə isə  2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. C.Hacıyev özünü təqsirli bilmir.  Cahangir Hacıyevə 3 ay əvvəl yeni ittihamlar da irəli sürülüb və o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Noyabrın 10-da Qaradağ Rayon Məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin yeni istintaq üzrə həbs müddətinin daha 2 ay artırılması ilə bağlı qərar verib. Məlumata görə, məhkəmə ibtidai istintaqın təqdimatı əsasında qərar çıxardıb. C.Hacıyev hazırda mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, kommersiya, qeyri-kommersiya təşkilatlarinda qulluq mənafeyi ilə bağlı cinayətlərdə ittiham olunur. Onun Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 193 (cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə istintaq edildiyi bildirilir. (musavat.com)

Xəbər 1484 dəfə oxunub






Oxşar xəbərlər

Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31997] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00881] calend [0.00050] topnewsend [0.00425] rsssend [0.00000] ehgend [0.02909] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27577]