Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:46 - 26.05.2019  
Professor Şah İsmayıla "hücum" çəkdi - Eldar Sabiroğlu cavab yazdı
Tarix: 20-11-2018, 12:41 | Bölmə: ---

Azərbaycan tarixini nə qədər çək-çevirə salmaq olar? Adam utanır. Belə çıxır ki, tariximiz başdan-ayağa saxtalıq üzərində qurulub və milli mənsubiyyəti şübhə doğuran, qanı qarışıq şəxslər Azərbaycan adlanan məmləkətə hökmranlıq ediblər.

Təəssüf ki, bu biabırçı tendensiya son illər bizim öz araşdırmaçı (?) alimlərimiz tərəfindən daha böyük şövqlə müzakirə mövzusuna çevrilərək insanlarımızda tarixi şəxsiyyətlərimizə qarşı inamsızlıq və bir az da sərt ifadə etsəm, nifrət hissi aşılamaq məqsədi daşıyır.

Bu cür gərəksiz söhbətlər hətta ölkə telekanallarınadək gəlib çıxmışdır. Millətə dərs keçənləri başa düşmək olmur. İlin-günün bu vaxtında zərərli mühakimələr, "elmi” yanaşmalarla cəmiyyətin onsuz da çarmıxa çəkilən səbri ilə niyə oynayırsınız? Fikirlərimdə yanılmaq istərdim, lakin sapı özümüzdən baltaların tariximizi iki şaqqıya bölməsinə biganə qala bilmədim. Düşmənə bundan artıq "elmi” hədiyyəni bəxşiş etməyin adını tapa bilmirəm. Ermənilərin gecə-gündüz iddia etdikləri də budur ki, Azərbaycanın dürüst tarixi olmayıb və guya yazılanlar da bütünlüklə şişirtmələri, həqiqətdən kənar yalanları özündə ehtiva edir.

Məni bu qeydləri Ankarada xəstəxanada həyəcanla qələmə almağa vadar edən tətqiqatçı ədəbiyyatşünas alım kimi yaradıcılığına həmişə hörmətlə yanaşdığım və etibarlı oxucusu oldugum professor Nizaməddin Şəmsizadənin tarixin hansısa pas atmış arxivindən uydurma bir "sənədə” əsaslanaraq Şah İsmayıl Xətai haqda heç bir ölçüyə sığmayan iddia ilə çıxış etməsi oldu. Təpəmdən tüstü çıxardı. Əvvəlcə səhhətimə zəhər qatıb özümü narahat etmək istəmədim. Professorun Şah İsmayılın milliyyətini şübhə altına almasına sadəcə dözə bilmədim.

Xətainin həyat və yaradıcılığını azdan-çoxdan oxuyan və Səfəvi hökmdarının dövlət idarəçiliyindəki
fəaliyyətinə müəyyən dərəcədə bələd olan birisi kimi Nizaməddin müəllimin "tapıntılarını” ilk dəfə idi ki, eşidirdim. Sən demə, Xətai təmiz azərbaycanlı olmayıb, qanı qarışıq düşüb. Tədqiqatçı onun yunan qarışığı olduğunu irəli sürsə də, əslində erməniliyə işarə etdiyini hiss etmək çətinlik yaratmır. Alimin xətrinə dəyməsin, deyəsən, elə onun özü Şah İsmayıla nifrət edənlərin başında dururmuş!!!

Görün nə deyir:

- Xətai təmiz müsəlman deyildi, onun damarlarından xristian qanı axırdı…

Bununla kifayətlənməyən N.Şəmsizadə Səfəvi hökmdarını qəddar, intiqamçı, başkəsən, qaniçən kimi təqdim edərkən bundan rahatlıq tapdığını gizlətməyə çalışsa da, vurğularından hər şey çılpaqlığı ilə nəzərə çarpır.

Hələ yaxşı ki, Hitlerin Şah İsmayılın törəməsi olduğunu dilə gətirməyib. Tədqiqatçı Səfəvi hökmdarını dini dövlət ideologiyasına çevirməkdə də günahlandırıb. Burada müyyən həqiqət vardır. Lakin professorun bu məsələni xüsusi qabartması çox maraq doğurur. Tarixdə bundan daha təhlükəli dini cərəyanlar, xiristianlığın dövlət ideologiyası səviyyəsinə qaldırıldığı dövrlər də olub. Yəqin N.Şəmsizadə tarixin qaranlıq səhifələrində gömülmüş 4 qanlı Səlib müharibəsini xatırlamamış deyildir.Yürüşün kimlərin üzərinə tuşlandığı və haralara qədər gedib çıxdığı tarixin yaddaşından silinməyib. Birinci Xaç yürüşündə qərbi Avropa ölkələrinin orduları Yaxın Şərqdə Qüdsə, Fələstinə qədər gedib çıxmışdı…

Bu gün Azərbaycana olan basqılarda da oxşar motivləri – ərazilərimizin işğalında hansı dinin daşıyıcısı olan dövlətlərin rolunu və yardımını görə bilərik. Dinlərin müharibəsinin əsas bünövrəsi məhz Səlib yürüşlərindən sonra qoyulmuşdur. Ona görə də İslamın ideoloji səviyyəyə yüksədilməsində Şah İsmayılın hədəfə alınmasını ədalətsizlik hesab edirəm. Lakin bu məsələdə müəyyən mənfi meylləri tam inkar da edə bilmərik.

Ümumiyyətlə, Xətai dövrünün bəzi ziddiyyətli tərəfləri barədə danışa, hətta mübahisəli məqamlar üzərində dartışa da bilərik. Ancaq hörmətli Nizaməddin Şəmsizadənin Azərbaycan tarixinin böyük və şərəfli parçası olan Səfəvilər dövrünü və Şah İsmayılın özünü yerdən-yerə vurmasını heç bir halda qəbul edə bilmərik.

Eldar Sabiroğlu
Ankara – Yaşam xəstəxanası.
20 noyabr, saat 2.19

Xəbər 1363 dəfə oxunub






Oxşar xəbərlər

Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19225] initstartout [0.00016] initstartin [0.00063] calstart [0.00941] calend [0.00069] topnewsend [0.00522] rsssend [0.00000] ehgend [0.00842] tagsstart [0.00076] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16692]