Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:49 - 19.02.2019  
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
Tarix: 19-11-2018, 09:20 | Bölmə: ---

Həftənin mühüm gözləntisi: İlham Əliyev bu gün Minskə gedir - imzalanacaq onlarla sənəd, diqqətdə saxlanacaq yüksək hərbi texnologiyalar mövzusu; belaruslu ekspert: "Azərbaycanda birgə hərbi zavodlar qurula bilər...”

“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?Azərbaycan prezidenti İlham Əliyev Belarusiyanın paytaxtı Minskdə rəsmi-işgüzar səfərdədir. Bu gün - noyabrın 19-da Minskdə bir sıra önəmli görüşlərin keçiriləcəyi gözlənilir.

Bu, onun Belarusa sayca 5-ci səfəridir. Belarus lideri Aleksandr Lukaşenko isə artıq 4 dəfə Bakıda olub. Minsk ziyarəti çərçivəsində 10-dan çox sənəd imzalanacaq. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib ki, sənədlər siyasət, iqtisadiyyat, hərbi-texniki, mədəni-humanitar və digər sahələri əhatə edəcək. Bu da səfərin önəmindən xəbər verir.

Məlum olduğu kimi, ötən həftə Belarusdakı səfirimiz Lətif Qəndilovu qəbul edən Lukaşenko səmimi söhbət zamanı KTMT ("Rus NATO-su”) mövzusunda və Ermənistanın qurumun baş katibliyinə iddiasından doğan cığallığından da söhbət açıb. Beləcə, "Batka” dost Azərbaycana bir növ hesabat verib. Bu isə "müttəfiq” Ermənistanda ciddi qıcıq yaradıb. Hətta Ermənistan XİN-in sözçüsü diplomatik etiketə sığmayan bir tərzdə Lukaşenkonu məzəmmət edib, səfirlə görüş faktını Belarus lideri tərəfindən "qeyri-korrekt” davranış adlandırıb.

Əslində Azərbaycan KTMT-nin üzvü olmadığı üçün məntiqlə bu qurumun hansısa daxili məsələsi Belarus prezidenti ilə Azərbaycan səfirinin görüşündə müzakirə predmeti olmamalı idi. Göründüyü kimi, Lukaşenko "tabu”ya məhəl qoymayıb və İrəvanı əməlli-başlı, həm də nümayişkaranə şəkildə pərt edib. Belə bir davranış "qurşaqdan aşağı” zərbə də adlandırıla bilər. Bu da Azərbaycan-Belarus əlaqələrinin həqiqətən qarşılıqlı etimada söykəndiyinin və yüksək səviyyədə olduğunun təzahürüdür. Eyni zamanda bu slavyan ölkəsinin Azərbaycanın, yoxsa Ermənistanın yanında olması barədə İrəvana aydın bir mesajdır.

Təsadüfi deyil ki, Ermənistan baş nazir əvəzi Nikol Paşinyan Lukaşenkodan mütləq izahat tələb edəcəyəni bildirib. O, Belarus liderindən hansı səbəbə görə KTMT-nin problemini təşkilata üzv olmayan dövlətlə, yəni Azərbaycanın səfiri ilə müzakirə etdiyini soruşub. "Bu mənim də hansısa xarici ölkənin səfirini çağırıb onunla KTMT-nin bağlı qapılar arxasında keçən iclası haqqında danışmağıma bənzəyir. Mən təəccüb edirəm ki, 30 il ölkəsinə rəhbərlik edən bir adam bu addımı necə ata bilər. Mən, əlbəttə ki, Belarus prezidentindən, həm də başqasından (Qazaxıstan prezidenti Nursultan Nazarbayev nəzərdə tutulur - red.) izahat tələb etməliyəm”,- deyə Ermənistan baş naziri bildirib.

Belarus tərəfinin isə Paşinyanın bu özündənrazı və təhqiramiz açıqlamasına reaksiyası gecikməyib. Cavab yetərincə sərt olub. Ölkə XİN-in mətbuat katibi Anatoli Qlaz deyib: "Yəqin Paşinyan hələ anlamayıb ki, ”küçə demokratiyası"nın qaydaları böyük siyasətdə keçərli deyil. Görünür Ermənistanın baş nazir əvəzi özünü beynəlxalq prokuror qismində zənn edir".

*****

Şübhə yox ki, İrəvanın Astana uğursuzluğunun ardınca - hansı uğursuzluqda ki, "Batka”nın məxsusi əməyi var, - Azərbaycan səfiri ilə Lukaşenkonun səmimi söhbəti və bundan az sonra İlham Əliyevin Belarus səfəri İrəvanda daha əzici və əsəbi bir ovqat yaradacaq. Həm də o səbəbə ki, səfər zamanı çoxlu anlaşmalar imzalanacaq və bununla da Bakı-Minsk əlaqələri və dostluğu, o sırada hərbi sahədə əməkdaşlıq növbəti impuls qazanacaq.

Belaruslu hərbi ekspert Aleksandr Alesin şübhə etmir ki, Minskdə iki lider hərbi-texniki əməkdaşlığı da müzakirə edəcəklər. Onun fikrincə, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçəcək, hətta Azərbaycan ərazisində ikili və hərbi təyinatlı məhsulların, o cümlədən müasir pilotsuz uçan aparatların yaradılması üçün yığım üzrə istehsalat, birgə hərbi zavodlar qurula bilər".

Beləcə, Azərbaycan işğalçı Ermənistanın hərbi blok üzrə müttəfiqi sayılan Belarusu ondan daha da uzaqlaşdıracaq. Bəzi siyasi təhlilçilərə görə, tezliklə Ermənistan KTMT-də ümumiyyətlə, təklənə bilər...

*****

Əlamətdardır ki, Belarusdakı səfirimizin A.Lukaşenko tərəfindən qəbuluna qarşılıq olaraq, Bakıda da İlham Əliyev Belarusun ölkəmizdəki səfirini qəbul edib. Görüş zamanı İlham Əliyev ölkələrimizi bir-birinə tam miqyaslı münasibətlərin bağladığını söyləyib. "Həmçinin hərbi-texniki sahədə əməkdaşlıq münasibətlərimizin mühüm amilidir. Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə prezident səfirlə söhbətdə bildirib.

"Bizim münasibətlərimiz sarsılmazdır, möhkəm bünövrəyə malikdir, dostluq, qarşılıqlı hörmət, dəstək münasibətlərinə əsaslanır və gələcəyə yönəlib. Əminəm ki, mənim dost ölkəyə qarşıdakı səfərim bu münasibətləri daha da möhkəmləndirəcək” - Azərbaycanın dövlət başçısı əlavə edib.

*****

"Yeni Müsavat” xatırladır ki, noyabrın əvvəllərində Ermənistan prezidenti Armen Sərkisyan da Minskdə olub. Lakin tərəflər arasında heç bir sənəd imzalanmayıb. Lakin Sərksiyanın səfəri bütövlükdə nə yerli, nə də beynəlxalq KİV-lərin diqqətini çəkib. Çünki diqqətəlayiq hər hansı hadisə baş verməyib. Baş verməsi mümkün də deyildi. Ona görə ki, Ermənistanla Belarusu birləşdirən ortaq maraqlar, dəyərlər, faktiki, mövcud deyil - baxmayaraq ki, onların hər ikisi KTMT-də və Avrasiya Birliyində təmsil olunur, formal olaraq müttəfiq sayılır.

Ancaq rəsmi Minsk dəfələrlə praktikada göstərib ki, Azərbaycanla əlaqələrə üstünlük verir, nəinki işğalçı Ermənistanla. Onu da qeyd edək ki, Azərbaycan və Belarus beynəlxalq meydançalarda da hər iki ölkə üçün mühüm məsələlərə dair bir-birinə daim dəstək verir. Rəsmi Minsk birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bunu 2016-cı ilin aprel müharibəsində də nümayiş etdirib. İrəvanı özündən çıxaran həm də budur.

Deyildiyi kimi, Bakı və Minsk silah ticarəti üzrə də tərəfdaşlardır ki, bu da İrəvanda xüsusi narahatlıq doğurur. Hətta rəsmi İrəvan (həm Nikol Paşinyan və onun devirdiyi Serj Sərksiyan, həm də təzəlikcə Minskdə olmuş prezident Armen Sərksiyan) Bakı ilə Minsk arasında hərbi əməkdaşlığı əngəlləmək üçün dəfələrlə cəhdlər edib. Lakin nəticə olmayıb. Son olaraq, ermənilərin çox öyündüyü "İsgəndər M”-ə alternativ sayılan Belarus istehsallı "Polonez” raket kompleksləri ikitərəfli münasibətlərin səviyyəsinə daha bir sübutdur. 

Belə bir durumda Azərbaycan prezidentinin Minskə səfərə yollanması işğalçı ölkənin yuxusunu daha da qaçıracaq. Lukaşenkonun "Bizim danışılası çoxlu mövzumuz var. Azərbaycan üçün bizim qapılarımız açıqdır. İlham Əliyevlə razılaşmamız müqəddəsdir və söz vermişik ki, onlara əməl edəcəyik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur” sözləri isə gözlənildiyi kimi, Ermənistanda xüsusi əsəbilik yaradıb.

*****

İlham Əliyevin Belarus səfərinin KTMT-nin Astana sammitindən az sonraya təsadüf etməsi də diqqət çəkir və ən azı, Bakı və Minskə öz aralarında "saat əqrəbləri”ni tutuşdurmaq fürsəti yaradır. Bu da İrəvanda yəqin ki, əlavə təlaş doğuracaq.

O da sirr deyil ki, Astana sammitində yeni baş katib məsələsində Ermənistanın fiasko ilə üzləşməsində Lukaşenkonun da prinsipiallığı mühüm rol oynayıb. Yəqin ki, buna görə o, azərbaycanlı həmkarının minnətdarlığını alacaq. Çünki KTMT-də hansı ölkə təmsilçisinin baş katib olması Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan üçün az önəm kəsb etmir. Nə xoş ki, bu vəzifəyə ən şanslı namizəd məhz Belarus təmsilçisi, üstəlik, vaxtilə Bakıda hərbi təhsil almış general Stanislav Zasyadır.

"Yeni Müsavat”

Xəbər 601 dəfə oxunub






Oxşar xəbərlər

“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı
İsmayıllıda kriminal dəstə tutulub
"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli
Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)
İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar – SİYAHI
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Məxfi Qarabağ danışıqları: ABŞ və Rusiyanın planı?
Əfv Komissiyası daha bir iclas keçirdi
"Bakı-xəbər"in müxbiri Göygöl Məhkəməsində öz "ipi"nə dolaşdı
Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib
Azərbaycanda milli sosial şəbəkə yaradıldı
Şəbnəmə ərindən 380 minlik hədiyyə EV
Soçidə üçtərəfli sammit: Putin, Ərdoğan və Ruhani
Bakıya yağış, rayonlara leysan yağacaq
ABŞ ərəb koalisiyasından çıxır
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
Azərbaycanda korrupsiya daha çox tikinti sahəsindədir?
Söyün Sadıqovun həbsinin GİZLİNLƏRİ
ABŞ və Çin liderləri görüşüə bilər
“Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir”
İsgəndər Həmidov Qarabağ komitəsindən NİYƏ istefa verdi?
Ən yüksək qazanclı basketbolçular onlardır
Avropa İttifaqı Səudiyyə Ərəbistanının terrorla mübarizəsindən narazıdır
Gürcüstanın Azərbaycana 7,8 milyon dollar borcu var
YAP-da QHT nümayəndələri ilə görüş keçirilib
Qarabağ mitinqinə icazə verilmədi - Sonrası
DTX-nin həbs etdiyi casus - hansı məqsədlə istifadə ediləcəkdi?
Türkiyədə "Xocalı Parkı" AÇILDI

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17367] initstartout [0.00019] initstartin [0.00098] calstart [0.01119] calend [0.00067] topnewsend [0.00439] rsssend [0.00000] ehgend [0.00866] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14681]