Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var

  • 18 noy 2018, 01:44

Fransada benzin qiymətinin qalxmasına qarşı etiraz aksiyaları zamanı xəsarət alanların sayı 106-ya çatıb.

Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Xəbərə əsasən, 244 min etirazçının keçirdiyi aksiya zamanı bir nəfər ölüb, daha 106 nəfər isə xəsarət alıb.

Onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir. Etirazlar zamanı 52 nəfərin saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl xəsarət alanların sayının 47 olduğu bildirilirdi.

Hazırda 1200 nəfərdən sakin Parisdə prezident iqamətgahının qarşısında aksiya keçirir. 

Oxşar xəbərlər