Cehun Bayramova MÜRACİƏTLƏR Cəlilabad TŞ-də aranı qarışdırdı - direktorlar toplandı

  • 12 noy 2018, 15:22

"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, Cəlilabaddan təhsil nazirliyinə yazılan şikayətlər rayon TŞ-də gözlənilməz hal yaradıb. Ötən gün TŞ müdiri bütün direktorları bir araya toplayaraq, Ceyhun Bayramova yazılan şikayətlərin qarşısının alınmasını müzakirə ediblər. Əsasən, son zamanlar ayrı-ayrılıqda müəllimlər tərəfindən yuxarılara göndərilən məktublar hədəflərini olduqca narahat edir...

Saytımıza verilən məlumata görə, müdir Hafiz Cavadov narahatlıqla rayonu əhatə edən məktəblərdə baş alıb gedən özbaşınalıqların maksimum gizlədilməsini, müxtəlif KİV orqanlarında yayılmaqda olan qeyri-rəsmi korrupsiya və rüşvətxorluq "sözdələşmələrinin" ört-bas olunmasına yeni yollar axtarır.

İndiyədək yayılan iddiaların rəsmi TƏKZİBinə çalışmayan H.Cavadovun direktorlar vasitəsilə bundan sonra yazılacaq şikayətçiləri neytrallaşdırmaq barədə düşünür.

Xatırladaq ki, sosial şəbəkədə müzakirə olunan son müraciətlərdən biri, Cəlilabadın sıravi müəllimi, Ramil Sadıqlı tərəfindən yazılıb. Şikayətçi müəllim rayon təhsil şöbəsinin ard-arda rəhbərlik etmiş müdirləri ittiham edərək, H.Cavadovun qanunsuz və rüşvətxor əməllərinə yer ayırıb.

R.Sadıqlı qeyd edib ki, müdir öz "taktikası” ilə faktiki olaraq 3 min müəllimin, 129 məktəbin cibin girməklə məşğuldur. İddiasına görə, rayonda təhsil qənimi olan H.Cavadov şeytana "papış tikir”. Ədalətsiz idarəetməsinə etiraz edənləri isə hədə-qorxu və şantajla qorxudur, rüşvət yaşasın deyə...

Direktor ittiham etdiyi təhsil şefinin aylıq gəlirinin də təxminən 20 25- min manat olduğunu hesablaya "bilib".

Məktubda cənab nazirdən xilas uman müəllim Cəlilabad təhsilinin respublika üzrə 70-ci yerdə tutmasını bilavasitə təhsil sistemindəki korrupsiya və rüşvətin səbəb olduğunu bildirməklə, sözünü tamamlayıb…

Demokratik.Az olaraq qeyd olunanları dəqiqləşdirmək məqsədilə, Cəlilabad rayon TŞ-nin saytındakı əlaqə telefonuna (iş telefonu - 0252455205) dəfələrlə zəng etsək də, qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz uğursuz alındı.

Qarşı tərəfin söz haqqını tanıdığımızı bir daha bəyan edirik.

Demokratik.Az 

Oxşar xəbərlər