Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:05 - 20.04.2019  
ARİF ALIŞANOVUN MÜƏMMALI DİSSERTASİYA İŞİ ÜZƏ ÇIXDI
Tarix: 6-11-2018, 21:17 | Bölmə: ---

ARİF ALIŞANOVUN MÜƏMMALI DİSSERTASİYA İŞİ ÜZƏ ÇIXDI"Təzadlar""ın Azərbaycanın elm ictimaiyyətini ciddi narahat edən elmi plagiatlıq xəstəliyi ilə bağlı araşdırmaları davam edir... Dəfələrlə bu istiqamətdə sensasiya doğuracaq araşdırmalarımız nəticəsini verib. Hələki "Təzadlar" bu sahədəki uğurlu araşdırmaları ilə ilkdir, heç bir KİV-in edə bilmədiyini edib. Ən sonuncu araşdırmamız: Prezident yanında AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun doktorluq və professor diplomlarının qanunsuzluğu ilə bağlı apardıöımız araşdlrmalar onunla nəticələndi ki, o, daşıdığı vəzifəsinə uyğun olmadığı üçün bu vəzifədən kənarlaşdırıldı...

AzTV sədrinin plagiat elmi işində Rusiya izi...

...Arif Alışanov uzun illərdir millət vəkilidir, amma bir dəfə də olsun dil açıb danışdığının şahidi deyilik. Sizcə, Milli Məclisdə qızğın müzakirələrə susan belə bir adam elmi iş yaza bilərdimi? Özü də rus dilində... AzTV əməkdaşlarından birinin söylədiyi yadımıza düşür:"Arif müəllim rus dilində pis danışır...". 
Amma o, elmi iş yazır, elmlər doktorluğuna iddualıdır... VƏ ən maraqlısı və sual doğuranı budur ki, redaksiyaya 6 ay əvvəl belə bir məlumat daxil olanda dəfələrlə bu elmi işin referatını axtarmışıq, bir qayda və qanun olaraq Azərbaycan Mərkəzi Kitabxanasına verilməli olan bu elmi işin izi belə yoxdur, tapılmır. Niyə? Nə baş verir? 
BEləliklə, "Təzadlar"ın Araşdırma Qrupu Arif Alışanovun elmi işinə tam aydınlıq gətirdi... Onun müdafiə etdiyi dissertasiya Rusiyanın elmi mərkəzlərinə verdiyimiz sorğu, ardınca bu araşdırma ilə bağlı ezamiyyədə olan əməkdaşımızın gətirdiyi sənədlər hamımızı dəhşətə gətirəcək səviyyədədir.
Təsəvvür edirsinizmi, Arif Alışanov 2004-cü ildə müdafiə etdiyi və rus dilində yazılmış elmi işində görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin hakimiyyətini pis vəziyyətə qoyur, mərhum Prezident Heydər Əliyevin hakimiyyəti dövründə Bakıda ruslara qarşı təcavüzdən bəhs edir, sonra belə bir yaramaz elmi iş üzrə namizədlik müdafiə edir, doktorluğa, professorluğa iddialı olur... 
Gəlin tələsməyək, sənədli araşdırmamızı az sonra oxuyun və özünüz nəticə çıxarın...

A.Alışanov dissertasiyasında niyə Qarabağı Azərbaycanın tərkib hissəsi deyil, "statusu üstündə münaqişə aparılan ərazi” kimi təqdim edi? 

... Bəzi məmurların alimlik eşqinə düşməsi çox vaxt səthi və aşağı səviyyəli işlərin ortaya çıxmasına səbəb olur. Ölkədən kənarda "müdafiə” olunan belə "elmi” işlər isə hətta müəyyən siyasi-tarixi və mənəvi saxtalaşdırmalara yol açır. Hələ AzTV-nin maliyyə və texnika işləri üzrə sədr müavini olduğu dövrdə elmdə də "iz qoymağa” cəhd etmiş Arif Alışanov 2004-cü ildə Moskvada Rusiya EA-nın Sosial-Siyasi Tədqiqatlar institutunda dissertasiya müdafiə etmişdir. Lakin uzun müddət həmin dissertasiyanı ictimaiyyətdən gizli saxlamağa çalışmışdır. 
İndi məlum olur ki, Rusiya ilə Azərbaycan arasında miqrasiya məsələlərinə həsr olunmuş həmin "araşdırmada” ciddi siyasi təhriflər vardır. Bu təhriflər daha çox rusların və etnik ermənilərin Azərbaycanı tərk etməsinin səbəbləri və bu prosesə aid statistikada özünü göstərir. Məsələn, Alışanov faktiki olaraq Azərbaycanı ruslar üçün dözülməz şəraitin yaradılmasında günahlandırır və avtoreferatın 19-cu səhifəsində belə yazır: "Sovet İttifaqının dağılmasından sonra (...) Rusiya ilə Azərbaycan arasında əhalinin miqrasiya mübadiləsinin xarakteri radikal olaraq dəyişdi. Miqrasiya aydın şəkildə ifadə olunan məcburi xarakter aldı. 1997-ci ildə Azərbaycandan Rusiyaya məcburi miqrasiya ən yüksək həddə çatdı və bütün Zaqafqaziyada ümumi miqrasiya axının 46%-ini təşkil etdi. Təbii ki, bu, problemə sırf Rusiya baxışıdır, çünki 1997-ci ildə Azərbaycanda tam sabitlik hökm sürürdü, Moskva ilə münasibətlər qaydasında olduğundan heç bir rus Bakıdan getmək məcburiyyətində qalmamışdı.
A.Alışanov "əsərində” Qarabağ konfliktinin miqrasiya proseslərinə təsirini qeyd etsə də, bu konfliktin ərazi iddiaları ilə bağlılığını göstərmir, dolayısı ilə Azərbaycanın ərazi bötövlüyünün əleyhinə gedərək Qarabağın statusunun mübahisəli olduğunu qeyd edir: "80-ci illərdə Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri o dövrdə meydana gəlmiş etnik kütlələrin qarşılıqlı köçürülməsinə səbəb olan Dağlıq Qarabağın statusu məsələsinə dair konfliktlə əlaqədardır” (səh.12). Belə "incə” yanaşmaya əhsən!
ARİF ALIŞANOVUN MÜƏMMALI DİSSERTASİYA İŞİ ÜZƏ ÇIXDI-YENİLƏNDİ
Düşünmək olar ki, belə "siyasi obyektivliyə” və "neytral mövqeyə”ə görə Ermənistanda Alışanovun şərəfinə abidə ucaldılmalıdır. Bu adam, sanki Azərbaycan ərazisinin 1/5 hissəsinin Ermənistan tərəfindən işğalı haqda danışmaqdan "diplomatik” şəkildə imtina edir, yəni rus alimləri qarşısında "qərəzsiz” görünməyə çalışır. Çünki ona həqiqət yox, Vətən təəssübü yox, elmlər namizədi diplomu lazımdır.
Həmin diplomu verəcək şəxslərə xoş görünmək üçün Alışanov "araşdırma”sında şayiə səviyyəsində gəzən fikirlərə, o cümlədən, guya Rusiyada çalışan azərbaycanlıların hər il öz vətənlərinə 2,5 milyard dollar vəsait göndərməsi mülahizəsinə də istinad edir. Ən pisi odur ki, "iqtisadçı alim” bunu naşıcasına Qərb investorlarının Azərbaycanın neft sahəsinə qoyduğu sərmayə ilə müqayisə edir.
Dissertasiyada Azərbaycan iqtisadiyyatının durumu, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı, miqrasiya prosesinin səbəb və mərhələləri, miqrantların gəlirləri, neft sənayesinə qoyulan investisiyalar, H.Əliyev dövründə aparılmış iqtisadi siyasət və s. barədə də ciddi yanlışlıqlar vardır ki, bunların açıq müzakirəsi və A.Alışanovun bunlara cavab verməsi çox vacibdir.

Qeyd: Hazırda redaksiya əməkdaşları A.Alışanovun adışəkilən "elmi” işi ilə bağlı daxil olmuş analitik yazı üzərində çalışır. Rusiya EA-nın Sosial-Siyasi Tədqiqatlar institutu ilə əlaqə saxlanılır və daha ətraflı araşdırma yazısı "Təzadlar” qəzetinin növbəti buraxılışında çap ediləcəkdir.
(Davamı var)
"Təzadlar"ın Araşdlrma Qrupu

Xəbər 1044 dəfə oxunub






Oxşar xəbərlər

Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16446] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00851] calend [0.00045] topnewsend [0.00339] rsssend [0.00001] ehgend [0.00547] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.14527]