Koçaryan Paşinyanla mübarizəyə başlayır

  • 18 okt 2018, 15:37
Ermənistanın sabiq prezidenti Robert Koçaryan partiya yaratmaq və müxalifətə keçmək fikrində olduğunu deyib.
Virtualaz.org-un məlumatına görə, bu barədə R.Koçaryan RİA Novosti-yə müsahibəsində deyib.
O bildirib ki, hazırda Ermənistanın müxalifət düşərgəsində boşluq hiss etdiyi üçün siyasətə qayıtmağı qərara alıb: "Əgər siyasətə qayıdırsansa, o zaman partiya yaratmaq barədə də düşünmək lazımdır. Partiyanın necə adlandırılacağı prinsipial deyil. Prinsipial olan adaptasiya olacağın yanaşmalardır. Mən hazırda müxalifət meydanında ciddi boşluq görürəm və güman edirəm ki, onu ölkənin maraqlarına uyğun doldurmaq lazımdır”.
Sabiq prezident Ermənistanda hansısa yüksək vəzifə tutmaq niyyətində olmadığını deyib: "Əgər belə bir niyyətim olsaydı, mən 10 il özəl həyatımı yaşamazdım. Situasiya elə inkişaf edir ki, şərait özü səni prosesin içinə cəlb edir”.
Bununla belə, R.Koçaryan qarşıdan gələn parlament seçkilərində iştirak edə bilməyəcəyini də deyib: "Mən partiyasız idim. Bu o deməkdir ki, partiyanı sıfırdan yaratmalıyam. Buna görə də seçkiyə yeni komanda ilə getmək istərdim. Yeni situasiya ilə əlaqədar yeni, dərrakəli, gənc və enerjili insanları partiyaya cəlb etmək lazımdır. Bəzilərini isə sənin tanıdığın, səninlə işləyən köhnə komandadan cəlb etmək lazımdır”. 
Oxşar xəbərlər