Eldar Əzizova yazılan ŞİKAYƏT Qusara qayıtdı AMMA

  • 15 okt 2018, 11:12

Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan 62 yaşlı 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu "Demokratik.Az"-a şikayət göndərib. Bu ilin iyulunda başçıdan başçıya gileylənən şikayətçi bu kəs yazır:

"Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1-ci müavini, ( Bakı şəhər İHB-nın səlahiyyətlərini icra edən ) hörmətli həmyerlimiz Eldar Əzizov cənablarına etdiyim müraciətim də Qusar RİHB-sı Şair Alxasovun ürəyində öz vətəndaşına qarşı məhəbbət, mərhəmət hissi oyada bilmədi, yaşayış evimi məhkəmənin qərarı olmadan, bütün əmlakımı qəsdən məhv etdirdiyinə görə kompensasiya ödəmədi.     

        Azərbaycan Respublikasının prezdenti, hörmətli İlham Əliyev cənablarının uzaqgörən siyasəti, rəhbərliyi, sərəncamları əsasında, Bakı şəhərində, Respublikamızın demək olar ki, bütün rayonlarında geniş tikinti-quruculuq işləri, yeni müasir yollar salınır, körpülər tikilir, müasir tipli yaşayış evlər tikilərək imkansız şəxslərə, Qarabağ müharibəsi əlilərinə, elm - incəsənət xadimlərinə, KİV-si əməkdaşlarına və digər kategoriyadan olan Azərbaycan Respublikasının vətəndaşlarına təmənnasız olaraq verilməkdədir.
     Ölkə prezdenti hörmətli İlham Əliyev cənabları öz 50 illik yubileyini təm - təraqla qeyd etməyərək, daimi yaşayış yerlərindən qaçqın-köçkün düşmüş vətəndaşlarımıza baş çəkərək onlarla  qeyd etmişdir.
     Hesab edirəm ki, bütün vəzifəli şəxslər Ölkə prezdenti İlham Əliyev cənablarından nümunə götürməklə, öz vətəndaşları ilə təvəzökar davranmalı, müraciətlərinə, xahişlərinə, təkliflərinə, şikayətlərinə vaxtında ədalətlə baxmaqla, ədalətli qərar qəbul etməli, yeni iş yerlərinin açılması üçün təşəbbüs göstərməli, öz vətəndaşlarına qarşı mərhəmətli , ədalətli olmaqla Ölkə prezdentini daxili və xarici siyasətini sıravi vətəndaşlara tövsiyyə edildiyi çərşivədə təbliğ edilməsi üçün təşəbbüs göstərməlidir.
    Yol çəkmək, körpü tikmək, imkansıza əl tutmaq, yaşca özündən böyük insana hörmət etmək, yüksək vəzifə sahibinə hörmət və ehtiram bəsləmək həmişə xeyirxah əməl sayılmışdır.
   Qusar RİHB-sı Şair Alxasov isə, 1992-1993-cü illərdə Qusar rayonun Samur qəsəbəsi ərazisində əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim yaşayış evimi məhkəmənin qərqrı olmadan, rəsmi xəbərdarlıq edilmədən, heç bir əsas-səbəb olmadan,  hətta söküntü vaxtı iştirakım təmin olunmadan ekskavatorla sökdürməklə, bütün əmlakım qəsdən məhv edilməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaratmaqla,  cinayət tərkibli hərəkətin baş verməsinə rəhbərlik etmişdir. Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələb etdikdə isə, o, öz nüfuzundan, vəzifə səlahiyyətlərindən sui istifadə edərək, Qusar rayonun sabiq prokuroru Zahid Vəliyev cənablarına qanunsuz tapşırıq verməklə, zərərçəkmiş vətəndaşa kompensasiya ödəmək əvəzinə, zərərçəkmiş vətəndaşa qarşı cinayət işi başladaraq, materialları Qusar rayon məhkəməsinə göndərmişdir. 3 il ərzində Qusar rayon məhkəməsində aparılmış lüzumsuz məhkəmə baxışlarından sonra, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli hökmü ilə mənə bəraət verilmiş, həmin hökm yuxarı instansiya məhkəmələrin mövcud qərarları ilə öz qüvvəsində saxlanılmaqla, mənə qarşı qanunsuz cinayət işi başlandığına görə, Dövlət büdcəsindən mənə vurulmuş maddi və mənəvi zərərə görə 1700 manat məbləğində vəsait təzminat şəklində ödənilmişdir.
    9 il ərzində Qusar RİHB-sı Şair Alxasovun qanunsuz, şifahi tapşırığına əsasən ailəmizə vurulmuş maddi-mənəvi zərərə görə kompensasiya ala bilmədiyim üçün, həmyerlimiz, Azərbaycan Respublikasında böyük nüfuzu, hörməti olan, haqqa, ədalətə həmişə dayaq duran, imkansız vətəndaşlara həmişə köməklik edən, Bakı şəhər İHB- nın 1-ci müavini, hörmətli Eldar Əzizov cənablarına müraciət etməli oldum. Həm də,  müraciətimin surəti işıqlandırılmaqla, geniş oxucu kütləsinə çatdırılması məqsədilə,  çoxlu saylı internet xəbər portallarına göndərdim.
   Bakı şəhər İHB- nın 1-ci müavini Eldar Əzizov cənablarının tapşırığı əsasında müraciətimə vaxtında cavab verilmiş, müraciətim ətraflı olaraq araşdırıldıqdan sonra, tədbir görülməsi məqsədilə  aidiyyatı üzrə Qusar RİHB-sı Şair Alxasova göndərmişdir.
 Qusar RİHB-sı Şair Alxasov isə, hal-hazıra qədər mənə heç bir cavab verməmiş, kompensasiya ödənilməsi məqsədilə aidiyyatı üzrə sərəncam verməmiş, hətta, həmyerlimiz,  hörmətli Eldar Əzizov kimi, hörmətli bir vəzifə sahibin reaksiyasına heç bir cavab verməyərək, zərərçəkiş vətəndaşın ailəsinin pozulmuş hüquqlarının bərpası üçün heç bir təşəbbüs göstərməmişdir.
     9 il ərzində etdiyim xahişlərim, müraciətlərim,  " DAŞÜRƏKLİ " Qusar RİHB-sı Şair Alxasovda öz zərərçəkmiş vətəndaşına qarşı, məhəbbət, mərhəmət hissi oyatmayaraq, onda  kin, küdurət, qisas hissi oyatmışdır.
   Hesab edirəm ki, haqq-ədalət həmişə qalib gəlir, ancaq Qusar RİHB-sı Şair Alxasov anlamalıdır ki, 10-20 il keçsə də, mən ondan öz haqqımı, məhkəmənin qərarı olmadan yaşayış evimi sökməklə, bütün əmlakımı qəsdən məhvə etməklə, evimdəki küllü miqdarda pulumun oğurlanması ilə əlaqədar, ailəmizə vurulmuş maddi və mənəvi zərəri ondan tələb edəcəyəm.
   Qusar RİHB-sı Şair Alxasov Qusar rayonuna icra başçı təyin ediləndən hal-hazıra qədər, Qusar rayonunda hörmət, nüfuz qazana bilməmiş, vətəndaşlarla təvəzökar davranmamış, vətəndaşları qəbul etməmiş, vətəndaşların yaşayış evlərini məhkəmə qərarı olmadan qanunsuz sökdürmüş, rayonun işsiz camaatını işlə təmin edilməsi üçün heç bir təşəbbüs göstərməmiş, rayona investisiya cəlb edə bilməmiş, rayonda mövcud, hektarlarla strateji torpaq sahələri özünə yaxın adamların adlarına qanunsuz, şübhə doğuran sənədlər əsasında özəlləşdirmiş, Azərbaycan Respublikasının prezdenti İlham Əliyev cənabları tərəfindən ünvanlı olaraq Qusar rayonuna buraxılmış milyonlarla vəsait, özünə yaxın şirkətlər vasitəsilə xərcləyərək, rayonda heç bir tikinti-quruculuq işləri aparmamış, hətta, külli miqdarda Dövlət vəsaitinin səmərəsiz xərclənməsi, yeyinti hallarına şərait yaratmış, qanunsuz olaraq kommersiya fəaliyyəti ilə məşğul olmaqla, öz biznesinin həcminin genişləndirilməsi ilə məşğul olmuşdur.
  Ümüdvaram ki, Qusar RİHB-sı cənab Şair Alxasov, ürəyindəki kin-küdrəti ataraq, ürəyində öz vətəndaşına qarşı məhəbbət, mərhəmət hissi oyadaraq, Azərbaycan Respublikasının Müqəddəs qanunlarını rəhbər tutarq, Azərbaycan Respublikasının hörmətli prezdenti İlham Əliyev cənablarının tövsiyyələrini, siyasi, iqtisadi kursunu rəhbər tutaraq, ailəmizə qarşı etdiyi qanunsuz, cinayət tərkibli hərəkəti dərk edərək, ailəmizə ədalətli məbləğdə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edəcəkdir. 
  Hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov tərəfindən ailəmizə qarşı qanunsuz olaraq vurulmuş zərərə görə kompensasiya ödənilərsə, mən onunla barışaraq, onu özümə dost, qardaş saya bilərəm, əks təqdirdə isə mən həmişə Şair Alxasovu özümə düşmən, ev yıxan, ev sökən, ən əzazil, qəddar adam hesab edəcəyəm.

   İmza: Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu 

Demokratik.Az qarşı tərəfin də söz haqqını tanıyır...

 

Demokratik.Az

Oxşar xəbərlər