İŞİD Suriyada “Ən-Nüsra”ya hücum etdi

  • 11 okt 2018, 08:17

Suriyada İŞİD ("İslam dövləti” terror qruplaşması) terrorçuları ”Ən Nüsra” qruplaşmasının döyüşçülərinə hücum ediblər.

Oxu.Az "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə Latamna yaşayış məntəqəsində baş verib.

Hücum zamanı "Ağ dəbilqə” təşkilatından olan iki əsgər öldürülüb. Dörd nəfəri itirən terrorçular isə xlorla dolu iki balonu ələ keçiriblər.

Rusiya tərəfinin məlumatında deyilir ki, xlorla dolu balonlar Hələb əyalətinin cənubuna aparılıb və İŞİD-ə yaxın olan "Harras Əd-Din” terror qruplaşmasına verilib.

Demokratik.Az

Oxşar xəbərlər