İstanbuldan xəbər - "Lotu Quli" sabah azad ediləcək

  • 09 okt 2018, 11:29

Xəbər verildiyi kimi, "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlidov dünən İstanbulda saxlanılıb. Türkiyənin aparıcı media qurumlarının yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlayıblar. Bəzi mətbuat orqanları isə N.Səlifovun Azərbaycana ektradisiya ediləcəyini yazıblar. 

Ancaq Musavat.com-a bilgili qaynaqlardan məlum olub ki, Azərbaycan tərəfinin belə bir tələbi yoxdur, çünki N.Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib. Həm də o, Azərbaycan vətəndaşı deyil. 

"Lotu Quli"nin Gürcüstana və Rusiyaya ekstradisiya edilməsi barədə ehtimallar da öz təsdiqini tapmır. Musavat.com İstanbuldakı mənbəyə istinadla xəbər verir ki, barəsində aparılan müvafiq araşdırma işləri başa çatdıqdan sonra, daha dəqiqi, sabah N.Səlifov azadlğa buraxılacaq və Türkiyədə yaşamaqda davam edəcək. 

Oxşar xəbərlər