Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:33 - 19.09.2019  
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub
Tarix: 16-10-2018, 08:22 | Bölmə: ---

QURUMUN RƏSMİ SAYTINDA GÖZÜKMƏYƏN, BİZƏ ELAN EDİLMƏYƏN QƏRAR ƏSLİNDƏ KİMƏ VƏ NƏYƏ LAZIM İDİ? 

Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxubÖtən ay Mətbuat Şurasının icraçı direktoru, uzun müddət şuranın hüquq komissiyasının üzvü olmuş Şəmsəddin Əliyevin təşkilatçılığı ilə redaksiyamıza qarşı müəmmalı "XƏBƏRDARLIQ” qərarı çıxarılıb. Bir sıra saytlarda hələ də göz oxşayan və yayılan bu qeyri-rəsmi saxta qərara hətta "CİDDİLİK QİYAFƏSİ” də geyindirilib. Maraqlıdır, qərarın detalları, "xəbərdarlığın” nədən ibarət olması cavabdeh olsaq da, indiyədək redaksiyamızdan gizlədilir. Tam bir aydır ki, nə baş verdiyini anlaya bilmirik. Peşəkar media təmsilçilərinin toplaşdığı MŞ-də bizə qarşı fırladılmaqda olan gizlin çarxın səbəbindən, ("NOTA”dan - RED) qərəzdən bugünədək xəbərsizik.

Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxubÖz işinə bəlli qayda və şəxsi maraqları naminə ciddi yanaşmayan, nəticədə də tez-tez şikayətçi tərəflərin hamisinə çevrilməkdə olan bir MŞ funksioneri  təmsil olunduğu ictimai birliyin nizamnəməsini, jurnalistika adına yazılan və yazılmayan etik - hüquqi normaları aşkar surətdə pozmağa davam edir. Dilindən bəlağətli din-iman şüarı düşməyən icraçı katibə dəfələrlə müraciət etsək də, barəmizdə yaydırdığı "xəbərdarlıq” barədə müfəssəl bilgiləri verməkdən maraqlı bəhanələrlə yayınır.  

"Demokratik.Az” xatırladır ki, cari ilin avqustundan etibarən fb sosial şəbəkəsi üzərindən tərbiyyəsiz və bir qrup savadsız şəxslər tərəfindən saytımızın rəhbəri, jurnalist Osman Nərimanoğlunun ünvanına təhqirlər yağdırmaqla, şəxsinə qarşı böhtan – yalan dolu yazı və statuslarla total hücumlar təşkil edilir. Heç bir etikaya və media adına yaraşmayan bu provokativ fəaliyyətin önündə isə, kafe yandırdığına görə 11 il azadlıqdan məhrum edilmiş bir şəxs görünür. Lakin, zaman ötdükcə, "Bakı Xəbər” qəzetinin müxbiri vəsiqəsini daşıyan həmin məhkumun -Məhəmmədəli Qəribli adlı şousevər şəxsin və başına toplaşanların sadəcə bir "marionetka” olduğu üzə çıxır.  

Bu barədə geniş yazmağa ehtiyac duymadan bildirək ki, məhz M.Qəribli adlı şəxsin qondarma və məqsədli şikayəti əsasında 18 sentyabr 2018-ci il tarixinə MŞ-yə çağırılmışıq. Məhz həmin gün təhqir olunan Osman Nərimanoğlu adı əksinə, MŞ-də təhqir edən imza sahibinə çevrilib.

Təəssüf ki, 14 senytabrda bizə "dəvət” yazan icraçı katib Ş.Əliyev əsasən Gəncədə fəaliyyət göstərən "Demokratik.Az” rəhbərliyinə cəmi 3 günlük imkan tanımaqla, mövzu ətrafında lazımsız iclas qurub. İclasa üzürlü səbəbdən qatılmamağımız da adama sərf edib, beləcə qərəzli və qaranlıq qərarını yaymağa tələsib.

Hələ 17 sentyabrda şurada müzakirəsi planlaşdırılan əsassız şikayətin gündəlikdən çıxarılmasını və ya yığıncağın növbəti yaxın tarixə dəyişdirilməsini yazılı və şifahi qaydada Şəmsəddin əfəndidən xahiş etmişdik. MŞ-nin nizamnamə və şikayətlərə baxılma prinsiplərinə görə də məlum şikayətə baxılmalı deyildi. Bunu anlamaq üçün "Mətbuat Şurasına Şikayətlərin verilməsi və onlara baxılma qaydaları”-na nəzər yetirmək kifayət edər. Lakin, əvvəldən şikayətçinin "vəkilinə” çevrilən katib qərəzli qərarını yaymağa, sadəcə məzlum tərəfə günah atmağa hədəflənib. Bir gün sonra da hüquqi məsləhətlər verdiyi (istiqamətləndirdiyi-red) şikayətçinin saçma-sapan "ciddi xəbərdarlıq” qərarını yaymasına yaşıl işıq yandırıb. Xoşqədəmin verilişinə çıxıb özünü reklama üstünlük verən və efirlə qazanacağı tanınmışlıqla da 2020-də ölkə başçısından ev alacağını deyən biri də bunu ustalıqla və utanmadan icra edib. Hansı ki, maraqlı tərəf olduğu üçün, "şikayətçinin" bu "xəbərdarlığı" sevinərək yayması özlüyündə bir yazıqlıq əlamətidir.

Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxubBizdə haqlı suallar yaranıb: - "Görəsən Şəmsəddin Əliyevin bu təəssübkeşlik nümunəsi, qərəzi və mərəzi nəyin müqabilində və kimlərin xahişilə sezilir?! MŞ-yə hər keyfinə düşənin şikayət eləməsi halları axı hansı mexanizmlə tənzimlənir?Bəlkə, vaxtilə Rəsul Quliyevə əqidə nökərliyi edən Aydınlardan qorxub, tapşırıq alıb? Oturduğu postda "bitərəf” və "qərəzsizlik” andı olan bu ağsaqqal müzakirəyə çıxartdığı bir mövzunu sonradan aidiyyatı polisə şikayət üçün nədən istiqamətləndirib, şikayətçi zavallının əlinə əlavə ərizə də verərək PŞ-yə NİYƏ göndərib?”. Əgər, yayılan 4cümləlik "ciddi xəbərdarlıq” səsvermədə qəbul sayılıbsa, niyə MŞ-nin rəsmi saytında dərci həyata keçirilməyib, niyə "Demokratik.Az”-a məlumat verilməyib?.

Özünü təqvalı, imanlı kimi göstərən Şəmsəddin müəllim yəqin bilmir, belə riyakarlıq, ikiüzlülük xarakteri bir müsəlmana əsla yaraşıq gətirməz. Hələ, yaşı peyğəmbər yaşı isə, deməli, belə naqis əməllər haqq dünyasında insanın cənnətə düşmək şansını da əməllicə azaldar. Bizə isə hələlik "Allah Şəmsəddin müəllimi hidayət etsin” deməkdən başqa geriyə bir söz qalmır...  

Əslində, "Demokratik.Az” saytının ("Demokratik Dövlət” qəzeti) öz fəaliyyətinin 7-ci ilində Mətbuat Şurasıyla nəhayət ki, növbəti dəfə yollarının kəsişməsi, yada düşməyimiz müsbət gəlişmədir, bizə görə. Çünki, şuraya üzv olmağımız üçün, belə anlarda silkinib ciddi media qurumuna yol ala bilməyimizə stimulverici hisslərimiz oyana bilərdi. Lakin, görünür şura yeni üvzlərə ehtiyac duymur, əksinə, bizlərə "hədəf” kimi baxılır, qurumun təmsilçiləri bağlı qapıların arxasından "hegemonluq hissləri”ni kənar KİV-lərə hücumları ilə aşikar edir. Baş verənlərdən qeyri məntiqə varmaq müşkülü var. Şurada təmsil olunan Ş.Əliyev kimilərinin qeyri-ədalətli hərəkətləri başda MŞ sədri, millət vəkili cənab Əflatun Amaşov olmaqla, orada təmsil olunan azman jurnalistlərə inamı və rəğbəti belə heç edir. Təəssüf, təəssüf, çox təəssüf...

İllər öncəsində "jurnalistlərin keşikçisi olacaq bir qurum yaranır” eşqilə təsis edilən Mətbuat Şurası görün nə hala gəldi ki, bir zekin, özlərinin reket qəzetçi elan etdikləri bir topa media avaralarının söyüş ritorikalarına rəvac verir, sözün məsuliyyətsizliyi ilə alver edirlər.  

Hesab edirik ki, MŞ-nın səlahiyyətlisi olan Şəmsəddin bəyin davranışları birmənalı olaraq bizim jurnalist, media nüfuzumuza ciddi zərərvurma cəhdi, müstəqil mediaya qarşı aşkar repressiya nümunəsidir. Haqqımızda belə əsassız şikayətə baxılması məhz kimlərinsə bizə olan qərəzinin göstəricisidir. Bu isə biabırçılıq və yolverilməzdir.

Sonda, qətiyyətlə tələb edirik ki, MŞ bu məsələni ciddi araşdırıb, icraçı katibin qərəzli və tərəfkeş fəaliyyəti nəticəsində KİV-lərin imicinə zərbə yetirmək cəhdlərinin obyektiv qiymətini versin.

Biz bu məsələdə artıq təşəbbüskar tərəfik və bütün araşdırmalara tam açığıq. İnanaq ki, dürüst, şəffaf fəaliyyəti ilə hörmət qazanmış digər MŞ aktivləri "Demokratik.Az”-a (Osman Nərimanoğluna-red) qarşı bu qıcıqverici mövqenin əsl səbəblərini üzə çıxaracaqlar.

Bu durumda, onsuz da öləziməkdə olan ictimai rəyi çaşdıran, olduqca pis tendensiyalara səbəb olan arzuolunmaz şəxslərin öz həyatlarındakı və karyeralarındakı qara ləkəni bizə - xüsusilə sağlam mətbuata bulaşdırmaq cəhdlərinə əsla yol verməyəcəyik.

"Demokratik.Az”

Xəbər 3796 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31440] initstartout [0.00018] initstartin [0.00073] calstart [0.01597] calend [0.00086] topnewsend [0.00825] rsssend [0.00000] ehgend [0.01124] tagsstart [0.00100] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27612]