Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:32 - 22.08.2019  
NURU PAŞAYA AĞIZ BÜZƏNLƏRƏ - "Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət"
Tarix: 15-09-2018, 09:32 | Bölmə: ---

NURU PAŞAYA AĞIZ BÜZƏNLƏRƏ - "Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət"Ara-sıra böyük sərkərdə Nuri Paşa əleyhinə söylənilən hədyanlara, insafsız çıxışlara cavab olaraq, dünya şöhrətli dahi bəstəkarımız, həm də mahir publisistimiz Üzeyir bəy Hacıbəylinin 12 noyabr 1918-ci il tarixli "Azərbaycan” qəzetinin 37- ci sayında "Ü.Əbdül” imzası ilə dərc etdirdiyi "Nuri Paşa həzrətləri şərəfinə böyük bir ziyafət” başlıqlı məqaləsini ictimaiyyətə təqdim edirik. Bu, Üzeyir bəyin həmin ziyafətdən reportaj xarakterli yazısıdır. Oxuyun və həqiqətləri görün. Nuri Paşaya olan ehtiramın özünüz şahidi olun. Ümid edirik ki, böyük Türk dünyasının təkrarsız dühası Üzeyir bəy Hacıbəylinin bu məqaləsi xalqımızın içərisinə nifaq salmaq istəyənlərə tutarlı cavab olacaq. Məqalə Üzeyir bəyin "Azərbaycan” qəzetində dərc olunmuş yazılarının toplusu olan "Üzeyir bəy Hacıbəyli. Bayrağımız sarsılmaz” ( tərtib edən - Aslan Kənan, məsləhətçi – xalq yazıçısı Elçin, redaktor – Paşa Kərimov, rəyçilər – Ataxan Paşayev və Abid Tahirli) kitabından götürülmüşdür. /Səadət QARABAĞLI-üzeyirbəyşünas/

NURU PAŞA HƏZRƏTLƏRİ ŞƏRƏFİNƏ
BÖYÜK BİR ZİYAFƏT
10 təşrini-sani (noyabr) yekşənbə gününün axşamı Bakı şəhər əhalisi tərəfindən qəhrəman ordumuzun şanlı komandanı Nuru Paşa həzrətləri şərəfinə yay klubunun zalında böyük və mütəntən bir ziyafət verildi.
Klubun içi və dəhlizləri gözəl və pürqiymət xalılar ilə döşənmiş, divarları dəxi ay-ulduzlu al bayraqlarla bəzənmiş idi. Yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı və həm Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənnümsaz olmaqda idilər.
NURU PAŞAYA AĞIZ BÜZƏNLƏRƏ - "Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət"Hökumət əhlindən ümum nazirlərimiz Baş nazir ilə bərabər, şəhərimizin bütün böyük məmurları, ümum zabitən əfəndilər, İran konsulu cənabları, ziyalılarımız, böyük tacirlərimiz və sair əyan və əşrəf ziyafətdə hazır idilər.
Nuri Paşa həzrətlərinin salona virudi əsnasında musiqi orkestri tərənnümsaz olub məclis əhli səlbəsteyi-ehtiram durub, Paşa həzrətlərini səmimiyyətlə salamladılar; bədə hər kəsimiz başında özünəməxsus olan yerini tutub ziyafət başlandı.
Yemək əsnasında Baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq bəliğ bir nitq söyləyib, Azərbaycan türklərini bəndi- əsarətdən xilas ilə naili-səadət olması yolunda tökülən Osmanlı türk qanına işarə ilə "bu qan və bu qan tökülən mübarək yerlər heç bir vəqt unudulmaz və xatirdən çıxmaz”, - buyurdular. Badə Nuri Paşa həzrətlərinə müraciətən idareyi-kəlam edərək Azərbaycan türklərinin təşəkkürati-əmiqanələrini Paşa həzrətlərinə bildirib, qədəh qalxızdı. O halda bütün həzar ayağa duraraq müzəffər və şanlı komandanımız Paşa həzrətlərinin şərəfinə şərbət nuş olub, sürəkli alqışlarla ishari- məsərrət və şadimani etdilər.
Həqiqət, bu böyük məclisdə hamının, baxüsus Bakı əhlinin olmazın dərd, möhnət bəla və zillət çəkdikləri və olmazın həqarətlərə düçar olduqları ağarmış saç-saqqallarından, solğun çöhrələrindən, məhzun gözlərindən bəlli olan üzlərində bu axşam o qədər bəxtiyarlıq və bundan dolayı o dərəcə şükr və səna əlaimi peyda və hüveyda idi ki, keçmiş qara günlərin fəna təsirləri bugün nail olduğumuz ağ günlərin sürurbəxş əsərləri müqabilində unudulmaq üzrə olduğu aydın və aşkar idi!
Əvət! Fəna təsirlər unudulur, fəqət o təsirləri buraxan qara günlər unudulmaz, onları unutmaq üçün ya filosof olmalıdır, ya laübalı!..
Nə qərib təsadüf:
Təqribən bir il bundan əqdəm, bugun ay-ulduzlu türk bayrağı ilə donadılmış olan bu salonda bolşevik Suxarçev, Nikolay Romanova məxsus bir hakimi-müstəbid vəziyyətini alaraq, hüquqi - siyasiyyə və insaniyyələri xüsusunda ağız açmağa "cürət” edən Bakı müsəlmanları təhrid yolu ilə: ”Bakıda daşı daş üstə qoymaram! ”- degə meydan oxuyurdu.
Buna qarşı olaraq Şurayi - Milli rəisi Rəsulzadə Məhəmməd Əmin yoldaşımız "Əvət! Biz istirdadi - hüquq yolunda mübarizə edəriz, nəticədə bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar. Fəqət əmin olunuz, müvəqqəti müzəffəriyyət sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!” –deyə gələcəkdən xəbər vermişdi.
Bu axşam Rəsulzadə cənabları öz səlis nitqində bu fəqərəyi yada salıb, qanlı və həqşikən suxarçevlərin rəcəz oxuduğu bu meydanda bugun daimi və azim bir türk zəfərinin bayram edilməsinə işarə ilə həqq sözün həqq yerinə düşməyindən dolayı izhari - məsərrət və məmnuniyyət eylədi.
Əvət! Əgər Suxarçev bu axşam klub salonuna bir nəzər yetirib də bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitlər, bu cəsur əsgərlər, bu bəşaş və bəxtiyar çöhrələri görsə idi, hədisinin nə qədər gülünc və bica olduğunu özü də etirafa məcbur olardı.
Rəsulzadə nitqinə davam edərək, siyasi üfüqdə qara buludlar görünən kibidir, lakin bu qara buludlara qarşı nurilərimizin zülmət şikən nuri var, dedikdə bütün əhli-məclis ayağa qalxıb Paşa həzrətlərini xüsusi bir təzim və təbcil ilə alqışlamağa başladılar.
Bir ildən bəri əziz müsafirimiz və keçirdiyimiz qara günlərə bizimlə bərabər şərik olan Rövşən bəy həzrətlərinin bəliğ nitqi o qədər yanıqlı və o qədər atəşli idi ki, hazirun üzərində böyük bir təsir buraxdı. Qayeyi - amalımıza yetmək, istirdad edilmiş hüququmuzu son qüvvəmizlə saxlamaq və bu yolda fədakarlığa hazır olmaq üçün bu gecənin şərəfinə yəmin lüzumundan bəhslə əhli-məclisin ruhunu yüksəldirdi.
Hazirun aramızda oturan bir zatın nitqinə müntəzir göründü, bu zatın illərdən bəri eşitmədiyi səsini eşitmək, fikrini bilmək, nəzəriyatından xəbərdar olmaq istəyirdi. O, möhtəşəm zat sevgili ustadımız Əhməd bəy Ağayev idi ki, nitq söyləmək üçün yerindən qalxarkən salonda dərin bir sükunət əmələ gəlib, hər kəs bütün diqqətini ona tərəf ətf etdi.
Əhməd bəyin nitqində bəzilərinin gözlədiyi atəş yox idi, əmma həqiqi bir səmimiyyət vardı; "Bən Bakıyı İstanbulda və İstanbulu Bakıda görüb də özümü o qədər bəxtiyar görürəm ki, dəha ölsəm də qəmim yoxdur, dünyadan kam almış gedirəm” kibi sözləri o qədər səmimi bir və lisan və lisan hal ilə söyliyordu ki, eşidənlər dəxi özünü Əhməd bəy kimi bəxtavərd və bəxtiyar hiss edirdilər.
Biz Əhməd bəyin nitqini icmala cəsarət etməyib, təmamilə qəzetimizdə dərc üçün lütfən bizə göndərmək ümid və istidasilə oxucularımızı səbrə dəvət edirik.
Bu qədər nitq və alqışlara cavab olaraq Nuri Paşa həzrətləri gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir taqım əndişələrdən təmiz qılmağla sürur və şadimani - binəhəyəatımızı mucib olan qayət bəliğ və səlis bir nitq iradilə məclis əhlini şərəfyab və minnətdar buyurdular.
Bu nitqin təsiri öylə idi ki, hər kəsdə gələcəyə artıq əndişəsiz bir nəzər əmələ gəlib kəndinə böyük bir ümid, yüksək bir ruh hiss edərək, xoşbəxt və xoşvəxt bir hal ilə bir-birini təbrik edib, məclisə xitam verdilər.

Ü. ƏBDÜL

"Azərbaycan” qəzeti,

12 noyabr 1918-ci il.

P.S /O.N/ - Mənim profilimdə Nuru Paşamın - mənəvi DƏDƏMİN və Hürriyyətimə yol açan bir BABAMIN şəkli var. Bununla qürur duyuram, mənəviyyatı kasad savadsızlara isə bir daha duyururam: - NURU PAŞA qeyrətli DƏDƏLƏRİMİZİN, tarixi-mənəvi dəyərlərimizin kölgəsində varoluşunuza bari bircə dəfə göyə əl açıb ŞÜKR edin. Yoxsa, nankorluq və DƏDƏLİK inkarınız özünüzü inkar və məhv edəcək!

Demokratik.Az

Xəbər 2794 dəfə oxunub






Oxşar xəbərlər

Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14149] initstartout [0.00015] initstartin [0.00080] calstart [0.00775] calend [0.00039] topnewsend [0.00272] rsssend [0.00000] ehgend [0.00555] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12366]