Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:01 - 22.09.2018  
“XƏYANƏT və RÜŞVƏT BAĞIŞLANMAYACAQ!” - Səfər Mehdiyev sərt danışdı
Tarix: 12-09-2018, 11:37 | Bölmə: ---

"Xəyanət və rüşvət bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə həmin şəxslər cəzalandırılacaq”.

Bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. O, eyni zamanda rüşvət vermək istəyənlərin də məsuliyyətə cəlb ediləcəyini bildirib.

Mətbuat konfransında çıxış edən Komitənin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib ki, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb: "Komitənin daxili istintaq idarəsində kemidirdiyimiz 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb. 9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfərin vəzifəsi aşağı salınıb. 47 nəfər son şiddətli töhmət verilib. 113 nəfərə töhmət verilib. 20 nəfərə irad bildirilib. 228 nəfər barəsində isə tənbeh tədbiri seçilib”.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında sərhəd keçid məntəqəsində sıxlığın aradan qaldırılması məsələsinə də toxunub: "”Sınıq Körpü” sərhəd keçid məntəqəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir.  Bu ayın sonunda həmin mərkəz istifadəyə veriləcək.  Bu yeni bir modeldir. Hesab edirik ki, bundan sonra həmin mərkəzin vasitəsilə sözügedən məntəqədə sıxlığın aradan qaldırılması prosesi baş tutacaq”.

O bildirib ki, 8 ay ərzində komitədə bir sıra struktur islahatları aparılıb: "Bu çərçivədə iki yeni baş idarə yaradıldı. Bu da kadr çatışmazlığının aradan qaldırılmasına xidmət etdi. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi  1 milyon 500 min insana xidmət göstərib.  Bu da son illərdə rekord göstərici hesab oluna bilər.Təkcə ” Qırmızı körpü” sərhəd keçid məntəqəsində gün ərzində 17 min rezident və qeyri-rezidentə xidmət göstərilib”.

S.Mehdiyev qeyd edib ki,  8 ay ərzində 250 gənc kadr işə götürülüb: "Bu müddətdə həmçinin 6155 min hüquqpozma faktı qeydə alınıb. Bunlardan 458-i  cinayət xarakterli olub. Bu da 6 milyon 135 min manat məbləğində vəsait təşkil edib.  Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150 fakt qeydə alınıb.  Bu da 1 ton 19 kq 906 qram narkotik vasitə deməkdir.  169 nəfər narkotik vasitə keçirən şəxs tutulub. Onlardan 132-si  Azərbaycan vətəndaşı, 37-si isə əcnəbi olub”. 

Komitə sədri həmçinin əlavə edib ki, struktur islahatları komitədə ixtisara səbəb olmayıb: "Sadəcə təkrarlamalar aradan qaldırılıb”.

****

Gömrük Komitəsi sədrinin öz əməkdaşlarına "xəyanət və rüşvət” xəbərdarlığı maraq doğurur. Rüşvət, korrupsiya məsələsini anlamaq çətin deyil. Bəs XƏYANƏT xəbərdarlığı nə deməkdir? Bir gömrük işçisi kimə və necə xəyanət edə bilər? Burda xalqa, dövlətə, yoxsa rəhbərliyə XƏYANƏTDƏN söhbət gedir? 

Hər 2 halda bu xəbərdarlıq o qədər də yerinə düşmür. Dövlətə xəyanət, əlbəttə ki, ən ağır cinayət sayılır və təbii olaraq Gömrük Komitəsi rəhbərliyinin bu halda hansısa bağışlamasından söhbət gedə bilməz.

Rəhbərliyə sədaqət və xəyanət məsələsinin isə belə açıq şəkildə qoyulması çoxlu suallar doğurur. Məsələn, sual oluna bilər ki, bir gömrük işçisi rəhbərliyə necə xəyanət edə bilər? Bəli, əvvəllər xəyanət məsələsi aktual ola bilərdi. Lakin indi şərait dəyişib axı. Hazırda Gömrük Komitəsində hansısa gizli sövdələşmələr, monopoliya, "qara kassa”, paket kimi hallar yoxdursa, deməli xəyanət mühiti də olmamalıdır. 

Görünür hörmətli komitə sədri XƏYANƏT xəbərdarlığını köhnə alışqanlıqdan dolayı dilə gətirib… 

Vaqif NƏSİBOV

Xəbər 428 dəfə oxunub






Oxşar xəbərlər

İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13198] initstartout [0.00014] initstartin [0.00074] calstart [0.01023] calend [0.00059] topnewsend [0.00477] rsssend [0.00000] ehgend [0.00809] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10671]